Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                     "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" .....                     Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                     Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq .....                     Fransa öz uğursuzluğu ilə barışa bilmir .....                     Əgər Paşinyan Bakıya gəlsəydi... .....                     Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir .....                     Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar .....                     Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                     Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir .....                     “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, .....                     İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? .....                     Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət .....                     “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir .....                     Hakimiyyətə bu şəxs hazırlanır .....                     Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək .....                     Zəngəzur dəhlizi ilə bağlı yenilik: .....                     Moskva Tiflisin ümidini kəsdi .....                     Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq .....                 

"Sadəcə olaraq, FETÖ əlinə silah götürüb mübarizə aparan bir təşkilat deyil.." - deputat
Tarix: 16-08-2023, 05:53 | Çap et
"Sadəcə olaraq, FETÖ əlinə silah götürüb mübarizə aparan bir təşkilat deyil.."
Türkiyədə FETÖ terror təşkilatı nə qədər təhlükəli olduğunu 2016-cı ilin 15 iyulunda göstərdi.

Qeyd edək ki, həmin tarixdə FETÖ qruplaşması Türkiyədə dövlət çevrilişinə cəhd etdi.

Xatırladaq ki, özünü “Yurdda sülh konseyi” adlandıran FETÖ-çular Türkiyə Silahlı Qüvvələrinin rəsmi internet saytında və TRT-də yayımlanan bildirişdə ordunun dövlət idarəçiliyini ələ aldığını, ölkədə fövqəladə vəziyyət və küçəyəçıxma qadağası tətbiq edildiyini elan edərək legitim hakimiyyəti devirməyə cəhd göstərdi.

Eyni zamanda Ankarada polis akademiyası partladıldı, İstanbulun "Atatürk" beynəlxalq hava limanı, TRT, AKP-nin Ankara qərargahı zəbt olundu, Türkiyə Böyük Millət Məclisi havadan atəşə tutuldu.

Baş verən çevriliş cəhdinin qarşısı alındı və dövlətə qarşı terror hücumu təşkil edənlər həbs olundu. Bu gün FETÖ-ya qarşı əməliyyatlar davam etdirilir.

Dünən Türkiyənin paytaxtı Ankaranın 8 nöqtəsində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib. Bu barədə isə hüquq-mühafizə orqanları məlumat yayıb.

Bildirilib ki, keçirilmiş əməliyyat nəticəsində 15 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Bütün bunlar onu deməyə əsas verir ki, FETÖ-nün kökatma mexanizmi çox dərindir. Bu təşkilat cəmiyyət üçün hələ də ciddi təhdiddir. Bunu nəzərə alaraq Türkiyədə FETÖ-ya qarşı mübarizə davamlı olaraq aparlır. Sirr deyil ki, FETÖ uzantıları Azərbaycanda da var və hələ də bu və ya digər formada fəaliyyətlərini davam etdirirlər.

Ötən ay Azərbaycanda da FETÖ-ya qarşı əməliyyat keçirildi və 4 nəfər həbs olundu. Belə ki, FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh olan Gümrah Əbdürəhmanov, “Yurd” adlanan mərkəzin direktoru Ruslan Əliyev və təşkilati işlərə cavabdeh olan Anar Əliyev saxlanılıb. FETÖ üzvləri barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri həyata keçirilib.

Onu da qeyd edək ki, Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov və Anar Əliyevin FETÖ-nün Azərbaycandakı təhsil və təlim mərkəzlərində uzun müddətdir təşkilatın təbliğatı apardıqları və gənclərin təşkilata üzv olmasını istiqamətində addımlar atdıqları müəyyən edilib.

Xatırladaq ki, ADR Hərəkatının sədri Qubad İbadoğlu da həbs olunan FETÖ üzvü Anar Əliyevin ifadəsindən sonra saxlanılıb və məhkəmə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Eyni zamanda ötən həftə azərbaycanlı alim Fazil Qasımov da Qubad İbadoğlu işi ilə bağlı Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib.

Bütün bunlar FETÖ-nun Azərbaycan cəmiyyəti üçün də ciddi təhlükə olduğunu deməyə əsas verir. Bu baxımdan Azərbaycanda olan FETÖ uzantılarının zərərsizləşdirilməsi çox vacib hesab olunur.

DİA.AZ-ın məlumatına görə, mövzu ilə bağlı Cebhe.info-ya danışan Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev bildirib ki, FETÖ-nün Türkiyədə etdiklərini zamanında yaxından izləyib:

“Azərbaycanda da onun uzantılarının olduğu deyilirdi. Artıq həbslər də həyata keçirilib. Sadəcə olaraq, FETÖ əlinə silah götürüb mübarizə aparan bir təşkilat deyil. Onlar elm və digər müxtəlif şəbəkələr vasitəsilə işlərini qururlar və heç kimin gözləmədiyi bir şəkildə “xərçəng” kimi yayılaraq hər bir şeyi ələ ala bilirlər.

O cəhətdən FETÖ təhlükə kimi görünür. Çünki doğurdan da elə bir hal baş verə bilər ki, bir güllə belə işlətmədən görərsən ki, nələrisə ələ ala bildilər, dağıtdılar. Təbii ki, dövlətin əsaslarını sarsıtmaq, Konstitutsiya quruluşunu dəyişmək üçün məqsədli şəkildə bu cür təşkilatların yaradılması və maliyyələşdirilməsi yolverilməzdir.

Bunun da qarşısı alınmalıdır. Amma Azərbaycanda FETÖ nə qədər güclüdür, məqsədləri nədir, nə dərəcədə təhlükə törədirlər, bunu yəqin ki, xüsusi xidmət orqanları bilir. Hər halda həbslər olub, bu isə o deməkdir ki, cücərtilər olub. Onların da zamanında qarşısını almaq yolu tutulub. İstənilən halda onlar Azərbaycan cəmiyyəti üçün təhlükə yaradırlarsa, onlara qarşı mübarizə sərtləşdirilməlidir”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41
Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36
"Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34
70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26
Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25
Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17
Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15
Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10
“Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57
Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru