Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov ABŞ-ın Azərbaycandakı Müvəqqəti İşlər Vəkili Hugo Gevaranın həbsdə olan siyasətçi Qubad İbadoğlunun vəkilləri Bəhruz Bayramov və Zibeydə Sadıqova ilə görüşü haqqında yazıb.
DİA.AZ Gununsesi.info-ya istinadla bildirir ki, bu görüş barədə ABŞ səfirliyinin sosial şəbəkədə yaydığı məlumatı paylaşan Kollegiya sədri bu qeydləri yazıb:
Hörmətli vəkillərimizin istintaq mərhələsində olan istənilən cinayət işinin hazırki vəziyyəti üzrə xarici ölkə səfirlərini tanış edərkən qüvvədə olan qanunvericiliyinin tələblərinin pozulmamasına, vəkil, o cümlədən, istintaq sirrini təşkil edən məlumatların yayılmamasına , ölkəmizdə akkreditə olunmuş xarici ölkə diplomatlarının isə baş verən hadisələr barədə məlumatların peşə və istintaq sirrini təşkil etməyən məlumatlar əsasında və beləliklə yalnız qanuni vasitələrlə öyrənilmasinə dair 1961-ci il tarixli “Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası”nın tələblərinə ciddi əməl etdiklərinə şübhə etmirəm”.