Azərbaycan Türkiyə ilə İsraili eyni birliyə daşıya biləcəkmi? - AKTUAL
Tarix: 9-09-2023, 08:57 | Çap et
“Azərbaycan İsrail və Türkiyə ilə yeni üçtərəfli əməkdaşlıq formatını təklif edir”. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin beynəlxalq “i24NEWS” telekanalına müsahibəsində deyib.
“Dostlarımızın bir-biri ilə dost olması Azərbaycan diplomatiyası üçün çox vacibdir. Buna görə də Azərbaycan Türkiyə ilə İsrail arasında dostluq və qarşılıqlı anlaşmanın davam etdirilməsindən məmnundur. Azərbaycan eləcə də iki tərəfdaşı arasında dialoqun və daha yaxşı anlaşmanın inkişaf etdirilməsi prosesinə öz töhfəsini verir”, - o bildirib.
H.Hacıyevin sözlərinə görə, Azərbaycan bundan sonra da bu məsələdə öz rolunu oynamağa davam edəcək: “Azərbaycanın üçtərəfli formatda əməkdaşlığımızı gücləndirmək təklifi var, belə ki, Azərbaycan, Türkiyə və İsrail qarşılıqlı fəaliyyət göstərə bilər”. Bakının yeni əməkdaşlıq formatının yeni dünya düzənində əhəmiyyəti nədir? Ankara-Təl-Əviv arasında zaman-zaman yaşanan gərginliklər fonunda bu cür üçlü format hansı üstünlüklər yarada bilər?
DİA.AZ-ın məlumatına görə, professor Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, türk-yəhudi dostluğunun tarixi çox qədimdir. Hələ yüz illər öncə İspaniya və Portuqaliyadan qovulan yəhudilər Osmanlı dövlətinin rəsmi dəvəti ilə imperatorluqda məskunlaşaraq xilas ola bilmişdilər. Belə hadisələrin üzərindən nə qədər uzun zaman keçsə də bir millətin tarixi keçmişində yaşanmış olay kimi heç vaxt unudulmur. Zaman-zaman Türkiyə dövləti İsrail dövləti arasında müəyyən anlaşılmaz məqamlar yaransa da iki xalqın kökü çox dərinlərə gedən dostluq telləri qorunub saxlanıb: “Azərbaycan bu gün artıq dünya siyasət meydanında istənilən məsələlərin həllində söz sahibi ola bilmək qədər qüdrətli bir dövlətə çevrilib. İsraillə Türkiyə kimi iki qüdrətli dövlətin arasında müəyyən hadisələr fonunda yaranmış soyuqluğun aradan qaldırılmasında dövlətimizin rolu göz qabağındadır. Azərbaycan bu iki dövlətin münasibətlərində yaranmış soyuqluğun aradan qaldırılmasına öz töhfəsini verərkən ”dostumun dostu mənim dostumdur" formulunu rəhbər tutub. Türkiyə bizə qardaş ölkə, İsrail isə ən yaxın dostumuzdur və bu səbəbdən onların öz aralarında dost olması gərəkdir. Bu dostluq artıq 2020-ci ildə ikinci Qarabağ savaşında öz sözünü dedi və o, 30 illik ədalətsizliyə son verilməsində rol oynadı. Nədən indi bu dostluq regionda mövcud olan ciddi problemlərin həllində öz sözünü deməsin?
Türkiyə, İsrail və Azərbaycan birliyi bu böyük regionda irili, xardalı bütün problemləri həll edə biləcək hərbi-siyasi güc deməkdir. Azərbaycan artıq illərdir bu birliyi yaratmaq üçün səylər göstərir. Artıq nəticə hasil olunub. Mənfur işğalçı qonşularımızın və onların havadarlarının da qorxduğu elə bu idi.
Azərbaycanın xarici siyasətini bəyənməyən “sapı özümüzdən olan” diletantlar görəsən indi nə deyəcəklər? Bu birlik Azərbaycan diplomatiyasının uğurudur. Bu birlikdə olmaq regionda ən ciddi sayılan problemləri çözmək imkanına yiyələnmək deməkdir".
Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, Hikmət Hacıyevin İsrailə səfəri zamanı yerli televiziya kanalına müsahibəsində Azərbaycanın Türkiyə və İsraillə üçtərəfli formatın təsis edilməsində maraqlı olduğunu bildirməsi əhəmiyyətli təklifdir. Ancaq rəsmi Bakının dəstəklədiyi üçtərəfli formatın yaradılması üçün Türkiyə-İsrail münasibətlərinin tərəfdaşlıq səviyyəsinə qalxması vacibdir: “Doğrudur, iki ölkə arasında münasibətlərdəki gərginlik arxada qalıb, ancaq əlaqələrin keçmiş illərdəki tərəfdaşlıq səviyyəsinə gəlib çatdığını söyləmək hələ mümkün deyil. Misal üçün Fələstin lideri Mahmud Abbasın Türkiyəyə səfərindən sonra İsrailin baş naziri Benyamin Netanyahunun da Ankaraya gedəcəyi bildirilirdi. Bu səfər hələ baş tutmayıb. Halbuki, həqiqətən Azərbaycan-Türkiyə-İsrail üçlü formatı bölgədə yeni əməkdaşlıq imkanları aça bilər. İsraildə kəşf edilən qaz resurslarının da Azərbaycan və Türkiyəni birləşdirən boru xətləriylə Avropaya nəqli hər 3 ölkənin xeyrinə olardı”.
Siyasi şərhçi Əli Orucov isə bildirdi ki, Azərbaycan, Türkiyə və İsrailin strateji əməkdaşlıq səviyyəsində blok və ya ittifaq yaratması ilə bağlı perspektivlər artıq özünü büruzə verir. Türkiyə-İsrail-Azərbaycan strateji ittifaqının qurulması bölgənin gələcək təhlükəsizlik arxitekturasının inşasında ciddi rol oynaya bilər: “Azərbaycanın yaxın müttəfiqi olan Türkiyə ilə İsrail arasında münasibətlərin genişlənməsi bölgənin təhlükəsizliyi və inkişafı ilə bağlı yeni mərhələ formalaşdırır. Türkiyə-İsrail-Azərbaycan əlaqələrinin inkişafı və üçlü əməkdaşlıq formatına çevrilməsi regional sabitlik və sülh üçün böyük əhəmiyyət daşıya bilər. Belə bir əməkdaşlıq formatı bölgədə çox güclü hərbi ittifaqın meydana gəlməsinə də səbəb olar. Hazırda qlobal siyasətdə olduqca ciddi proseslər getməkdədir. Yeni dünya nizamının formalaşması prosesi gedir. Türkiyə Azərbaycanın strateji müttəfiqi, İsrail isə bizə dost ölkədir. Onların arasında isti münasibətlərin formalaşması regional əməkdaşlığın inkişafına töhfə verər. Azərbaycanın irəli sürdüyü əməkdaşlıq formatı müsbət müsbət dəyərləndirilməlidir. Azərbaycana yaxın olan və regionun aparıcı dövlətlərindən olan İsrail ilə Türkiyə arasında dostluq münasibətlərinin qurulması üçlü əməkdaşlıq formatının reallaşmasına gətirib çıxarar. Müasir çağırışlar çoxtərəfli və çoxşaxəli əməkdaşlıqların inkişafını tələb edir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52 |
|
|
|
|