Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                     "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" .....                     Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                     Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq .....                     Fransa öz uğursuzluğu ilə barışa bilmir .....                     Əgər Paşinyan Bakıya gəlsəydi... .....                     Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir .....                     Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar .....                     Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                     Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir .....                     “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, .....                     İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? .....                     Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət .....                     “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir .....                     Hakimiyyətə bu şəxs hazırlanır .....                     Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək .....                     Zəngəzur dəhlizi ilə bağlı yenilik: .....                     Moskva Tiflisin ümidini kəsdi .....                     Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq .....                     Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... .....                     Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? .....                     "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?" .....                     70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? .....                     Paşinyanın beş doğrusunu aparan bir səhvi .....                     Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı .....                     Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? .....                     Qarabağ Universitetinində .....                     “Prezident” doğulduğu kəndə qaçdı: .....                     Mağazalardakı “Qara cümə” FIRILDAĞI .....                     Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... .....                     Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... .....                     Xameneyini əvəzləmək üçün düymə basılıb? .....                 

"Azərbaycanın mövqeyini Türkiyə və Şimali Kiprdəki dostlarımız da həmişə anlayışla qarşılayıblar" - Partiya sədri
Tarix: 10-10-2023, 09:09 | Çap et
"Azərbaycanın mövqeyini Türkiyə və Şimali Kiprdəki dostlarımız da həmişə anlayışla qarşılayıblar"
Bu həftə Azərbaycanda Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Günləri keçiriləcək. Musavat.com mötəbər qaynaqlara istinadən bildirir ki, bununla bağlı iki ölkə arasında müvafiq anlaşma əldə edilib. Bu münasibətlə Kipr Türk Dövlətinin rəhbərləri tarixdə ilk dəfə Azərbaycana gələcək.

Gələn heyət mötəbərdir və Kipr (Kıbrıs) Türk Dövlətinin rəhbərliyini əhatə edir. Qaynaqlarımıza görə, heyətdə KTD (ŞKTR) prezidenti Ersin Tatar, xarici işlər naziri Tahsin Ertuğruloğlu və digər yüksək rütbəli dövlət adamları da var.

Bir daha xatırladaq ki, belə bir hadisə Azərbaycan tarixində ilkdir. Bəlli olduğu kimi, Kipr Türk Cümhuriyyəti dünya tərəfindən tanınmayan bir ölkə, türk yurdudur. Yalnız qardaş Türkiyə onun müstəqilliyini tanıyıb.

“Azərbaycan bu sırada ikinci ola bilərmi” sualına cavab vermədən öncə dövlətimizin bu istiqamətdə konkret addımlar atdığını görmək mümkündür. Belə ki, ŞKTC günlərindən başqa, Bakı-Lefkoşa birbaşa təyyarə xəttinin açılması gözlənilir.

Bəllidir ki, Qarabağdakı separatçı ermənilərin varlığı və orada qondarma rejim yaratması ucbatından Azərbaycan Şimali Kipr Türk Cümhuriyyətini (KTD) tanıya, yaxud da ona ən müxtəlif platformalarda açıq dəstək verə bilmirdi. Yaxud da birbaşa təyyarə reysi açaraq, turizm sahəsində əməkdaşlıq edə bilmirdi. Çünki Yunanıstan dərhal Azərbaycanı şantaj edir və ərazimizdəki qondarma rejimi dövlət kimi tanıyacağı ilə təhdid edirdi. İndi Qarabağ məsələsi həll olunduğu, qondarma rejim isə “cəhənnəmə getdiyi” üçün Azərbaycan manevr etmədən “Yavru Vatan”la birbaşa əlaqə qura bilər.

Yada salaq ki, yunan Kipri və Yunanıstan Ermənistanla illərdir isti əlaqələrə malikdir. Üçlük birgə hərbi təlimlər də keçirib. Yunan Kipri Azərbaycanın Qarabağda son antiterror tədbirlərini pisləyib, ermənilərin könüllü köçünü “etnik təmizləmə” adlandırıb. Yunanıstan isə Azərbaycan qazının tədarükçüsü olan azsaylı Avropa ölkələrindən (Yunanıstan, Avstriya, Macarıstan, Rumıniya və İtaliya) olduğu üçün çox sərt reaksiya verə bilməyib.

Onu da qeyd edək ki, gələn ay İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) yubiley sammiti keçiriləcək. ŞKTC isə TDT-də müşahidəçi statusuna malikdir. Qarşıdakı sammitdə Kipr Türk Dövlətinin digər türk dövlətləri tərəfindən tanınma qərarı verilə bilərmi?

Siyasi şərhçi Əli Orucov bildirdi ki, Ermənistan-Azərbaycan münaqişəsinin mövcud olduğu dönəmlərdə də Şimali Kipr Türk Cümhuriyyəti ilə rəsmi Bakının əlaqələri xeyli vaxtdır mövcuddur. Cümhuriyyətin Bakıda nümayəndəliyi fəaliyyət göstərir: "Lakin Dağlıq Qarabağ məsələsinə görə Bakının ŞKTC müstəqilliyinin tanınmasına ehtiyatla yanaşması məlumdur. Çünki Yunanıstanın və Avropa İttifaqının bu addıma göstərəcəyi reaksiya bizim ziyanınıza olardı və taleyüklü Qarabağ probleminin həllini çətinləşdirirdi. Bundan başqa, Türkiyənin özü ŞKTC-nin müstəqilliyini tanımamışdı. Artıq Türkiyə müstəqilliyi tanıyır. Həmçinin 44 günlük müharibədən və ötən ay Qarabağın erməni separatçı rejiminin çöküşündən sonra yeni reallıqlar yaranıb. Türkiyənin bölgədə və dünyada nüfuzu, təsir imkanları artmaqdadır, TDT bir qurum kimi təşəkkül dövründədir. Bütün bunlar daha çevik və müstəqil xarici siyasət yürüdülməsini stimullaşdırır. Ona görə Lefkoşa ilə əlaqələrin genişləndirilməsinə ciddi maneələr qalmır. Şimali Kipr Türk Cümhuriyyəti ilə mədəni əlaqələrin genişlənməsini diplomatik tanınmaya gedən yolun başlanğıcı hesab etmək olar. İndiyədək Azərbaycana "yavru Vatan"dan belə yüksək tərkibdə nümayəndə gəlməyib. Məncə, mədəniyyət günlərinin keçirilməsi yüksək rəsmi şəxslərin Bakıya səfəri və yüksək səviyyəli təmasları üçün bir vəsilədir. Azərbaycan ŞKTC-nin müstəqilliyini tanıyarsa, digər türk dövlətləri də anoloji addımı ata bilər. Bu səfərdəki heyətə ŞKTC-nin prezidenti Ersin Tatarın rəhbərlik etməsi heç şübhəsiz ki, münasibətlərin yeni mərhələyə qədəm qoyulması baxımından çox ciddi hadisədir. Doğrudur, Avropa İttifaqının üzvü olan Kiprin yunan kəsimi buna sərt təpki göstərəcək, Azərbaycanla münasibətlərin Qərblə gərgin olduğu indiki dönəmdə əlavə narazılıqlar yaradacaq, lakin bu kiprli türk qardaşlarımıza Azərbaycanın geniş dəstəyinə mane olmamalıdır".

Azad Vətən Partiyasının sədri Akif Nağı isə bildirdi ki, Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin tanınması uzun müddət gündəmdə olub. Azərbaycan tərəfi uzun illər bu addımı ona görə atmayıb ki, Azərbaycanın Qarabağ ərazisində qondarma separatçı rejim mövcud olub: "Azərbaycanın mövqeyini Türkiyə və Şimali Kiprdəki dostlarımız da həmişə anlayışla qarşılayıblar. Amma indi vəziyyət dəyişib, Qarabağda Azərbaycanın suverenliyi bərpa olunub, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə tanıdığını bəyan edib. Belə bir şəraitdə artıq vaxtı çatır ki, biz Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin tanınması ilə bağlı konkret addımlar ataq. Bununla bağlı işlər gedir. Türk Dövlətləri Təşkilatının son toplantısını iki məsələ gündəmdə idi. Onlardan biri Türkmənistanın tam səlahiyyətli şəkildə quruma üzv olması, digəri isə Şimali Kipr Respublikasının üzv olması idi. Lakin məsələ həmin toplantıda təxirə salındı. Çünki müəyyən detalları dəqiqləşdirməyə ehtiyac var idi. Amma növbəti toplantıda Şimali Kipr TDT-yə üzv qəbul olacaq. Azərbaycan bu məsələdə təşəbbüskar kimi çıxış edib. ŞKTC-nin əksər rəhbərliyinin Azərbaycana gəlməsi və Şimali Kipr günlərinin keçirilməsi də hesab edirəm ki, tanınma ilə bağlı hazırlıq işlərinə xidmət edir. Prezident Ərdoğan hətta artıq bəyan edib ki, Şimali Kipr yox, Kipr dövləti adlandırmalıyıq. Yəqin ki, TDT üzvü olan dövlətlərin hər birinin Şimali Kiprin müstəqilliyini tanımaq barədə qərarları olacaq. Sonra isə TDT-nin ümumi qərarı olacaq. Buna ciddi hazırlıq işlərinin getdiyini düşünürəm. Mümkündür ki, TDT-nin növbəti toplantısında Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin tanınması ilə bağlı qərar qəbul olunacaq. Hətta ad bundan sonra Ərdoğanın dediyi kimi, Kipr Cümhuriyyəti adlandırıla bilər”.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41
Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36
"Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34
70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26
Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25
Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17
Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15
Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10
“Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57
Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52
Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38
Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19
Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16
Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13
Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57
Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52
AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49
"Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16
Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09
“Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03
"Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56
Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru