Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                     "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" .....                     Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                     Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq .....                     Fransa öz uğursuzluğu ilə barışa bilmir .....                     Əgər Paşinyan Bakıya gəlsəydi... .....                     Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir .....                     Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar .....                     Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                     Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir .....                     “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, .....                     İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? .....                     Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət .....                     “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir .....                     Hakimiyyətə bu şəxs hazırlanır .....                     Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək .....                     Zəngəzur dəhlizi ilə bağlı yenilik: .....                     Moskva Tiflisin ümidini kəsdi .....                     Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq .....                     Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... .....                     Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? .....                     "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?" .....                     70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? .....                     Paşinyanın beş doğrusunu aparan bir səhvi .....                     Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı .....                     Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? .....                     Qarabağ Universitetinində .....                     “Prezident” doğulduğu kəndə qaçdı: .....                     Mağazalardakı “Qara cümə” FIRILDAĞI .....                     Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... .....                     Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... .....                     Xameneyini əvəzləmək üçün düymə basılıb? .....                     Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... .....                     Təbii qaza limit təyin etmək, anlaşılan deyil .....                     Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! .....                     Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər .....                     AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb .....                     "Burada Ermənistan bir bəhanə və bir vasitədir" .....                 

"Onlar Azərbaycan vətəndaşlığını qəbul etmək istəmədikləri üçün köçdülər" - FAKT BUDUR!
Tarix: 11-10-2023, 08:42 | Çap et
"Onlar Azərbaycan vətəndaşlığını qəbul etmək istəmədikləri üçün köçdülər"
Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyası işinə başlayıb. Oktyabrın 9-dan başlayan sessiyada “Dağlıq Qarabağda humanitar vəziyyət” və “Osman Kavalanın dərhal azad edilməsinə çağırış” mövzusunda təcili debatların keçirilməsi də gözlənilir.

Avropa Şurasının 46 üzv ölkəsinin parlamentarilərini bir araya gətirən assambleyada “Pegasus” casus proqramları və digər oxşar proqram təminatı, gizli dövlət nəzarəti, eləcə də Rusiyanın indiki prezidentinin seçilmə sayının (mandatının) məhdudlaşdırılmasının hüquqiliyi və qanuniliyini araşdıran hesabatlar müzakirə olunacaq.

Həmçinin “Ukraynada ədalətli sülhün və Avropada davamlı təhlükəsizliyin təmin edilməsi” mövzusunda təcili prosedur çərçivəsində müzakirə və “Dənizdə miqrantların ölümləri” mövzusunda cari məsələlərin müzakirəsi üçün müraciətlər edilib.

Avropa Şurası Parlament Assambleyasının Vatslav Havel adına insan hüquqları mükafatı həbsdə olan insan haqları müdafiəçisi və xeyriyyəçi Osman Kavalaya təqdim edilib. Artıq uzun müddətdir ki, Osman Kavalanın həbsxanada saxlanılması Ankaraya qarşı təzyiq vasitəsi kimi istifadə edilir. Osman Kavala 1957-ci ilin oktyabrın 2-si Parisdə anadan olub. O, İstanbulda Rober Liseyinin, Orta Şərq Texniki Universitetinin, Mançester Universitetinin məzunudur. Kavala 2017-ci il noyabrın 1-də həbs olunub. O, 2013-cü ildə baş verən Gezi parkı hadisələri, 2016-cı il iyulun 16-sı dövlət çevrilişinə cəhdlərlə bağlı başladılan araşdırma nəticəsində həbs edilib. İş adamı Gezi parkı hadisələrini təşkil və idarə etməkdə günahlandırılırdı. Lakin “Gezi parkı” işi üzrə barəsində bəraət hökmü çıxarılan Kavala 2016-cı ildə dövlət çevrilişinə cəhdlə bağlı işlər çərçivəsində hələ də mühakimə olunur. Hazırda həbsxanada olan Kavala Corc Sorosun Türkiyə “təmsilçisi” olaraq qiymətləndirilir. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarının birində Osman Kavalanı “Sorosun artığı” adlandırıb.

AŞ PA-da “Dağlıq Qarabağda humanitar vəziyyət”in müzakirəsinə gəlincə, aydındır ki, yenə erməni dəstəkçiləri olan dövlətlərin təmsilçiləri “zorla köçürülmə” mövzusunu gündəmə gətirəcəklər, bəlkə də Avropa Parlamentindən sonra onlar da hansısa anrt-Azərbaycan qətnaməsi qəbul etməyə çalışacaqlar. Çünki hazırda Avropa Birliyi daxil, Avropada anti-Azərbaycan ruzigarı əsməkdədir. AŞ PA-nın da Avropa Parlamenti kimi Azərbaycana qarşı hansısa sənəd qəbul etməsi gözlənilirmi? Qəbul etsələr belə, AŞ PA sənədinin hansı təsir gücü ola bilər?

DİA.AZ-ın məlumatına görə, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Avropa Şurası Parlament Assambleyasının payız sessiyası başlayan ilk gündən ermənilər və ermənilərin havadarları tərəfindən “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı dinləmələrin keçirilməsinə cəhdlər edilir: ""Dağlıq Qarabağda humanitar vəziyyət” ifadəsinin özü qərəzdən xəbər verir. Çünki “Dağlıq Qarabağ” adlı yer mövcud deyil. Yenə də mövcud olmayan adla məsələnin müzakirəyə çıxarılmasına cəhdlər artıq belə bir sənədi hazırlayanların qərəzli olmasından, qeyri-obyektiv yanaşmasından irəli gəlir. Belə bir qondarma adla nəyi müzakirə edəcəklər?! Bax bu, başadüşülən deyil. Azərbaycanın ərazisi olan Qarabağ iqtisadi rayonunda erməni azlıqları yaşayırdı və bu ərazidə Rusiya sülhməramlıları yerləşirdi. Ərazidə etnik azlıq adı altında yaşayanların bir çoxu silahlı terror qruplarında fəaliyyət göstərirdlər. Bir hissəsi Ermənistan vətəndaşları idi. Onlar Azərbaycan vətəndaşlığını qəbul etmək istəmədiklərini bəyan edib Qarabağ iqtisadi rayonundan köçdülər. Onlar öz istəkləri ilə köçüb getdilər və gedərkən Laçın sərhəd-buraxılış məntəqəsində mediaya verdikləri açıqlamalarda öz xoşları ilə getdiklərini, Azərbaycan tərəfindən onlara heç bir təzyiq edilmədiyini bildirdilər. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan da etiraf elədi ki, erməni əhaliyə zorakılıq edilməyib. Azərbaycan hökuməti ən yüksək səviyyədə qeyd olunan ərazidə yaşayan erməni əhaliyə çağırışlar etdi ki, bölgəni tərk etməsinlər, eyni zamanda onların yaşayışı üçün bütün şəraitin yaradılacağı bəyan edildi, humanitar yardımlar ilkin olaraq göndərildi. Bütün bunlara baxmayaraq, ermənilər köçmək fikirlərindən daşınmadılar və köçdülər. BMT missiyası da əraziyə gəldi və heç bir zorakılıq hallarının qeydə alınmadığını hesabatlarına daxil etdi. Bütün bunlardan sonra AŞPA hansı ”humanitar vəziyyəti" müzakirə edəcək?! Hazırda Qarabağ iqtisadi rayonunda əhali yoxdur ki, hansısa psixoloji, iqtisadi və digər əziyyətlər çəksin, vəziyyətləri yaxşı olmasın. Olmayan bir şeyin vəziyyəti barədə dinləmə keçirəcək AŞ PA?! Azərbaycan köçmüş ermənilərin Azərbaycan vətəndaşlığı almaqla geriyə qayıtmasını arzu edir və bu mövqeyi indi də qüvvədə qalır. Amma Avropa Şurasında olan qərəzli dövlətlərin təmsilçiləri bütün bu sadalananları bildikləri halda özlərini bilməməzliyə vururlar və yenə də aranı qarışdırmağa çalışırlar. Biz yaxşı bilirik aranı qarışdırmaq istəyənlər hansı dövlətlərin AŞ PA-dakı nümayəndələridir. Mən AŞ PA-da Azərbaycan nümayəndə heyətinin üzvü olduğum dövrlərdə bu simasız üzvlərin hansı oyunlardan çıxdığının şahidi olmuşam. Hətta Azərbaycan torpaqlarının 20 faizi işğal altında olanda da o simasız insanlar erməniləri müdafiə edirdilər".

Ç.Qənizadə qeyd etdi ki, Azərbaycan AŞ PA-nın hansısa qondarma dinləmə keçirməsindən və hətta ermənipərəst sənəd qəbul etsə belə, bundan narahat olası deyil: “Onlar istədikləri ənənəvi qərəzli yanaşmalarını bir kağız parçasına yazsalar belə reallıqları dəyişə bilməzlər. Çünki Azərbaycan beynəlxalq hüquqdan zərrə qədər kənara çıxan addımlar atmayıb, Azərbaycan beynəlxalq hüquqa əsaslanıb və əsaslanır. AŞ PA hansısa tövsiyə xarakterli sənəd qəbul edə bilər. Onun da cavabı Azərbaycan parlamentariləri tərəfindən elə yerindəcə veriləcək. İmperativ xarakterli olmayan qərarın olması onun təsirsiz kağız parçası olması deməkdir. Qərəz və böhtana əsaslanan hər hansı bir sənəd, bəyanat Azərbaycanı haqq yolundan döndərə bilməyib və bundan sonra döndərə bilməyəcək”. “Turan”ın xüsusi müxbirinin Strasburqdan verdiyi məlumata görə, debat oktyabrın 12-də Mərkəzi Avropa vaxtı ilə saat 16.00-da (Bakı vaxtı ilə 18.00) baş tutacaq.

Mövzu ilə bağlı xorvatiyalı deputat Domaqoy Haydukoviç məruzə ilə çıxış edəcək.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41
Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36
"Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34
70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26
Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25
Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17
Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15
Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10
“Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57
Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52
Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38
Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19
Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16
Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13
Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57
Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52
AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49
"Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16
Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09
“Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03
"Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56
Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54
Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50
"COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47
MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41
Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:39
Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Dünən, 12:38
10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Dünən, 12:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru