Cəmil Həsənli Eldar Namazovla mətbuatdakı savaşına son qoydu
Tarix: 19-02-2014, 12:42 |
Çap et
Milli Şuranın sədri Cəmil Həsənli “El” Hərəkatının sədri Eldar Namazovla mətbuat müstəvisində mübahisələrə son qoymaq qərarı verib.
Bunu APA-ya açıqlamasında C. Həsənli bildirib.
Sabiq səhiyyə naziri Əli İnsanovun son məhkəmə prosesində E. Namazova yaxınlaşaraq salamlaşdığını və məhkəmədə birgə iştirak etməyi təklif etdiyini təsdiqləyən C. Həsənli deyib ki, bu, əbədi davam etməli deyildi: “O da sözünü dedi, mən də dedim, qurtardı”.
C. Həsənli E. Namazovla bağlı məsələdə Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun ona dəstək verməsini də təbii sayıb: “Rüstəm İbrahimbəyov Milli Şuranın üzvüdür. Əgər Milli Şuranın üzvüdürsə, başqa cür necə ola bilər?”.