Saleh Səmədov rəisi söydüyünə görə həbs edilib .....                     “Bədənimi direllə deşib, burnumu, barmağımı sındırıb” .....                     Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı .....                     “Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası .....                     “Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...” .....                     İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib .....                     İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... .....                     Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi .....                     Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir .....                     "Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" .....                     5000 manat maaş alıram, necə qənaət edim? .....                     PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! .....                     Paşinyan komandasına xəbərdarlıq etdi: .....                     Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... .....                     Şirkətlər qrupunda yeni ASC yaradılıb .....                     "Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək .....                     38 yaşlı sabiq məmur həbsxanada öldü .....                     Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb .....                     Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... .....                     İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... .....                     “Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” .....                     Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək .....                     Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... .....                     TARİXİ BAKI... HƏDƏFDİRMİ? .....                     Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı .....                     Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası .....                     Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı .....                     Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI .....                     “Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” .....                     "Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" .....                     “Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” .....                     “Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək .....                     Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... .....                     “Bütün oyunları Ərdoğan oynayır” .....                     Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı .....                     DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI .....                     "Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" .....                     Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... .....                 

"Qarabağ məsələsi İlham Əliyevin ən güclü yeridir" - Elbəyi Həsənli AXCP sədrini hədəfə aldı
Tarix: 22-10-2023, 12:02 | Çap et
"Qarabağ məsələsi İlham Əliyevin ən güclü yeridir"
DİA.AZ: - “Çalışıram ki, Əli Kərimlinin dediklərinə münasibət bildirməyim. Bəzən o, adamı elə hövsələdən çıxarır ki, susmaq mümkün olunmur...”

DİA.AZ xəbər verir ki, bu barədə Elbəyi Həsənli özünün facebook səhifəsindəki paylaşımında yazıb. Paylaşımı bəzi ixtisarlarla təqdim edirik:

“Oradan başlayım ki, bizim müxalifətin ən böyük səhvi ondadır ki, onlar, xüsusən AXCP İlham Əliyevin Qarabağla bağlı apardığı siyasəti dönə-dönə təftiş edib. 44 günlük müharibədə əldə olunmuş möhtəşəm qələbəni sıfırlamağa çalışıb. Neçə dəfə yazmışam ki, bu, yanlış yoldur. Qarabağ məsələsi İlham Əliyevin ən güclü yeridir. Bu məsələdə xalq İlham Əliyevi ikiəlli dəstəkləyir. Qarabağ Zəfəri xalqın nəzərində İlham Əliyevə xüsusi status verib. Yəni müxalifətin Qarabağ məsələsini təftiş etməsi intihar cəhdi kimi bir şeydir. Bu yolla xalqın məhəbbətini yox, ancaq və ancaq nifrətini qazanmaq olar...

Bizim AXCP iki ayağını bir başmağa dirədi və Qarabağ məsələsindən yararlanmağa çalışdı. Yəqin ki, yadınızdadır. Deyirdilər ki, Xocalı nə oldu, Xankəndi nə oldu? Laçın dəhlizi elə, Rusiya sülhməramlıları belə. Müxalifətin çıxışlarında demaqogiya baş alıb gedirdi. İqtidar indi həmin çıxışları qoyur ortaya və o ittihamların fonunda İlham Əliyevin Xankəndindən Azərbaycan bayrağı və gerbinin görüntüləri altında çıxışını yayımlayır. Və ortada olan bu təzad müxalifəti naqolay vəziyyətdə qoyur, xalqın nəzərində onu yerdən-yerə vurur...

Sonrasın da bilirsiz. İlham Əliyev 24 saat ərzində Qarabağda erməni separatizmini bitirdi. Elə bir siyasət yeritdi ki, ermənilər könüllü şəkildə Qarabağı tərk etdilər. Bu kütləvi köçə görə beynəlxalq səviyyədə Azərbaycanı ittiham etmək üçün ermənilərin əlində heç bir ciddi arqument də yoxdur.

Kimin nə deməyindən asılı olmayaraq İlham Əliyev Azərbaycanın üzləşdiyi erməni problemini heç kimin xəyal belə etmədiyi səviyyədə xalqımızın və dövlətimizin xeyrinə aradan qaldırdı. Mən əminəm ki, İlham Əliyevin bu xidmətini heç kim tarixdən silə bilməz. Hə, bu xidməti bugünkü müxalifət kimi kiçiltməyə çalışanlar olacaq, ancaq mən heç onların da uğur qazanacağına inanmıram...

Mənim düşüncəmə görə, Qarabağ məsələsində müxalifət xalqımız kimi İlham Əliyevin yanında olmalıydı. Olmadı. Daha doğrusu, oldu görüntüsün yaradıb yenə də bu Zəfəri gözdən salmağa çalışdılar.

Nə qədər absurd olsa da Əli Kərimli indi də bu xətti davam etdirir. AXCP sədri indi də buyurur ki, İlham Əliyev deyəndə ki, Ermənistan istəsə də, istəməsə də biz Zəngəzur dəhlizini açacağıq, mən buna etiraz etdim. Bunu avantüra adlandırdım. Belə çıxır ki, bu avantüradan imtina etmək lazımdır. Dolayısı ilə Əli Kərimli Azərbaycan iqtidarını Zəngəzur dəhlizi məsələsindən imtina etməyə səsləyir. Bu çağırış haradan gəlir? Qərbdən. Əli Kərimli Azərbaycan dövlətinin, bütövlükdə Türk Dünyasının maraqlarına arxa çevirir və Qərbin sözçüsü kimi çıxış edir. Ay qurban olum sənə. Sən axı Azərbaycan siyasətçisisən. Sən Qərbin yox, Azərbaycanın marağından yana olmalısan. Fransa Azərbaycana qarşı düşmən mövqeyindən çıxış edir. Əli Kərimli hərləyib-fırladım Fransaya dolayısilə da olsa bəraət qazandırmağa çalışır...

Azərbaycan niyə Zəngəzur dəhlizi məsələsində təkid edir? Çünki Zəngəzur dəhlizi olmadan Türk Dünyasının toparlanması, bir araya gəlməsi ciddi maneələrlə üzləşir...

Ümumiyyətlə, Qərbə Zəngəzur dəhlizi lazımdırmı? Lazımdır. Ancaq bu məsələdə bir əmma var. O da ondan ibarətdir ki, Qərb Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsini istəmir. Bəs nə istəyir? İstəyir ki, o dəhliz beynəlxalq nəzarət altında və ya Ermənistanın nəzarəti altında olsun. Hamı bilir ki, “beynəlxaq nəzarət” elə Qərbin nəzarəti deməkdir. Ermənistanın da Zəngəzurdan keçəcək yollara nəzarət etməsi yenə də Qərbin bölgəni kontrol etməsi anlamına gəlir...

Zəngəzur dəhliz statusunda olması o deməkdir ki, mən, sən, o, Zəngilandan maşını birbaşa Naxçıvana sürə və ya qatarla eyni yolu gedə bilərik. Eləcə də yüklər hər iki istiqamətə ermənilərin nəzarəti olmadan keçib gedə bilər. Və sən bunu avantüra adlandırırsan. Bu, hətta, avantüra olsa belə biz bunu müdafiə etməliyik. Niyə? Çünki Ermənistan heç vaxt bu qədər zəif, Azərbaycan isə heç vaxt bu qədər güclü olmayıb. İlham Əliyev yüz ildə bir dəfə ələ düşə biləcək bu fürsətdən maksimum şəkildə yararlanmağa çalışır. Sən də Qərbin sifarişi ilə bu işə qulp qoyursan, etiraz edirsən...

Bir şeyi də deyim. Əli Kərimli durub-oturub iddia edir ki, Azərbaycan Rusiyadan asılı bir ölkədir. Rusiyanın bütün əmr və göstərişlərin Azərbaycan həmən icra edir. Mən əminəm ki, Əli Kərimli bu tezisi də məhz Qərbin sifarişi ilə tez-tez səsləndirir. Mən Qərb mətbuatını izləyirəm. Dünən Kanadanın Toronto şəhərindən yayımlanan “geopoliticalmonitor.com” saytında gedən “Why Azerbaijan should join NATO” (Azərbaycan niyə NATO-ya üzv olmalıdır?) adlı yazısını təqdim etmişdim. Götür, oxu. Orjinalına da bax. Müəllif yazır: “Rusiya ilə işgüzar münasibətləri saxlamasına baxmayaraq, Azərbaycan həmişə Qərb üçün əvəzolunmaz strateji tərəfdaş olub”. Və bu fikir Qərb mətbuatında qırmızı xətlə keçir.

Yeri gəlmişkən, həmin məqalədə deyilir ki, Paşinyanın rəhbərlik etdiyi Ermənistan İrandan dronları alır və Rusiyaya ötürür. Rusiya da o silahlarla Ukraynada günahsız insanları məhv edir. Bir də Qərb mətbuatı yazdı-yazmadı, fakt budur ki, Rusiyapərəst dediyin İlham Əliyev Ukraynaya indiyə qədər 30 milyon dollarlıq yardım göndərib. Yalnız Rusiya ilə üz-göz olandan sonra, bu yaxınlarda Nikol öz xanımını Ukraynaya ezam etdi. Təbii ki, bu da daldan atılan daş kimi bir şey idi...”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Saleh Səmədov rəisi söydüyünə görə həbs edilib - Şok təfərrüat
Bu gün, 13:12
“Bədənimi direllə deşib, burnumu, barmağımı sındırıb” - Qətlin açdığı dəhşətli FAKTLAR
Bu gün, 13:10
Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı - DİQQƏT!
Bu gün, 11:42
“Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası - RƏYLƏR...
Bu gün, 11:01
“Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...”
Bu gün, 10:47
İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib - FOTO
Bu gün, 10:44
İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
Bu gün, 10:41
Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:36
Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir
Bu gün, 10:33
"Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" - Naxçıvan təhsilində QALMAQAL
Bu gün, 10:31
5000 manat maaş alıram, necə qənaət edim? - Səyyad Aran GİLEYLƏNİR
Bu gün, 10:25
PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! - BU, AYRI-AYRI ŞEYLƏRDİR...
Bu gün, 10:22
Paşinyan komandasına xəbərdarlıq etdi: - Sürprizlərə hazır olun
Bu gün, 10:19
Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... - "Bunlar nə vaxt düzələcək?.."
Bu gün, 10:09
Şirkətlər qrupunda yeni ASC yaradılıb
Bu gün, 10:01
"Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:59
38 yaşlı sabiq məmur həbsxanada öldü
Bu gün, 09:49
Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 09:46
Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... - fermerləri YENƏ ALDADIRLAR...
Bu gün, 09:44
İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... - İLGİNC İDDİALAR
Bu gün, 09:31
“Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” - FOTO
Bu gün, 09:21
Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək – İşləri 200 manatlıq şirkət görəcək
Bu gün, 09:19
Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... - Ekspert danışır...
Bu gün, 09:16
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... - ARAŞDIRMA
Bu gün, 09:08
TARİXİ BAKI... HƏDƏFDİRMİ? - AKTUAL
Bu gün, 09:01
Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı - DETALLAR
Bu gün, 08:58
Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:57
Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 08:55
Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI – FOTO/GİLEY
Bu gün, 08:47
“Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” - Efirlərdən uzaq düşən sənətkar
Bu gün, 08:42
"Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:41
"Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" - ABŞ YÖN DƏYİŞDİRİB...
Bu gün, 08:39
“Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” - ETİRAZ VAR...
Bu gün, 08:33
“Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək
Bu gün, 08:26
Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... - Özləri etiraf edir ki...
Bu gün, 08:23
“Bütün oyunları Ərdoğan oynayır” - Yunan mətbuatı təriflər yağdırdı
Bu gün, 07:24
Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı - KİV
Bu gün, 07:22
DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 07:21
"Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" - ŞOK İTTİHAM
Bu gün, 07:19
Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... - Sırski
Bu gün, 07:17
Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? – DETALLAR
Bu gün, 07:15
Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17
"Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02
"KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58
AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53
"BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49
Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47
'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36
"AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28
Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru