Qubad İbadoğlunun səhhəti günü-gündən pisləşir - AÇIQLAMA
Tarix: 31-10-2023, 07:59 |
Çap et
Hazırda həbsdə olan ADR Partiyasının lideri tanınmış iqtisadçı alim Qubad İbadoğlunun səhhəti günü-gündən pisləşir.
DİA.AZ bildirir ki, bu barədə Gununsesi.info-ya onun vəkili Zibeydə Sadıqova bildirib. Onun sözlərinə görə, həbsxana şəraiti İbadoğlunun səhhətindəki problemləri daha ciddiləşdirib:
“Qubad İbadoğlu 6 oktyabrdan 12 dozalıq insulin iynəsi vurmağa başlayıb. 23 oktyabrda insulinin dozası 18-ə qaldırılıb. 28 oktyabrdan isə insulinin dozası 22-yə qaldırılıb”.