Zatulin kimi adamlar münasibətləri pozmağı bacara bilərlərmi? - ŞƏRH
Tarix: 3-11-2023, 08:14 | Çap et
“Ermənistanın indiki hakimiyyəti ilə Azərbaycan hökuməti əslində bir məsələdə həmfikirdir - Rusiyanı regionda sıxışdırmaqda”. Bunu “Danışır Moskva” radiostansiyasına müsahibəsində Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib.
“Ermənistanın indiki hakimiyyəti ilə Azərbaycan hökuməti əslində bir məsələdə həmfikirdir - Qarabağla bağlı bütün hadisələr, Qarabağ müharibəsi və s. nəticəsində Rusiyanı regiondan sıxışdırıb çıxarırlar”, - deyə Zatulin iddia edib.
Sədr müavininin fikrincə, Rusiyanın günahı odur ki, o, yavaş-yavaş əvvəldən bəlli olana gəlir: “2018-ci ildə hakimiyyətə gələn Paşinyan Qarabağı təslim etməyə, Rusiya ilə yollarını ayırmağa gəlirdi. Uzun müddət Rusiyada belə bir təəssürat var idi ki, o, özünəməxsus şəkildə Ermənistanın vətənpərvəridir və hansısa məqsədlərə çatmağa çalışır, müttəfiqə hörmətlə yanaşılmalıdır və s. Müttəfiqə hörmətlə yanaşmaq lazımdır, lakin bu gün bu müttəfiqin kürsüsündə oturan kəs əslində sizin müttəfiqiniz deyil”.
Zatulin Ermənistanın anti-Rusiya addımları haqda danışsa da, Azərbaycanın Moskvanı “necə sıxışdırdığı” haqda heç bir fakt sadalamayıb. Bəzi bilgili mənbələrin sözlərinə görə, Azərbaycanla Rusiya arasında bütün sahələrdə münasibətlərin yüksək səviyyədə olması, ölkə liderlərinin bir-birinə qarşılıqlı inamı olması Moskvadakı bəzi dairələri narahat edir. Zatulin onlardan yalnız biridir və aydındır ki, kimlərinsə sifarişi ilə hərəkət edirlər. O da istisna deyil ki, iki ölkə arasında inamsızlıq yaratmaq istəyənlər Qərbə bağlı erməni lobbiləri və onların Rusiyada Zatulin kimi “yemlədiyi” adamlardır.
Zatulin kimi adamlar münasibətləri pozmağı bacara bilərlərmi?
DİA.AZ-ın xəbərinə görə, politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, Rusiya Dövlət Dumasının komitə sədri Zatulin qatı ermənipərəst siyasətçi olaraq ənənəsini davam etdirir. Zatulin çıxışı zamanı Ermənistanın mövcud hakimiyyətinin reallıqlara, bölgəmizin və bölgəmizlə qonşu olan dövlətlərin maraqlarına ziddiyyət təşkil eləyən davranışlarına Azərbaycanı da şərik etməyə çalışıb: “Bu, Konstantin Zatulinin Azərbaycan əleyhinə ilk və sonuncu çıxışı deyil. Davamlı olaraq əsassız şəkildə Azərbaycanı ittiham eləyən, Azərbaycana qarşı heç bir fakta söykənməyən fikirlər səsləndirən Zatulin əslində bununla kifayət qədər yüksək səviyyədə olan Rusiya-Azərbaycan münasibətlərinə, dolayısı ilə Rusiyanın da maraqlarına zərbə vurmağa çalışır. Xüsusilə son illər Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, uzaqgörən siyasəti nəticəsində bir sıra dövlətlərlə, eləcə də şimal qonşumuz Rusiya ilə münasibətlərimiz yüksələn xətlə inkişaf etməkdədir. 2022-ci il fevralın 22-də imzalanan birgə qarşılıqlı fəaliyyətə dair razılaşma əslində Rusiya ilə Azərbaycan arasında münasibətləri strateji müttəfiqlik münasibətləri səviyyəsinə qaldırıb. Həmin razılaşmanın tələblərinin yerinə yetirilməsi istiqamətində Azərbaycan və Rusiyanın birgə iradə ortaya qoyması, xüsusilə də İlham Əliyev və Vladimir Putin səviyyəsində bu öhdəliklərin yerinə yetirilməsinə davamlı sadiqliyin nümayiş olunması Azərbaycanla Rusiya arasında münasibətləri gərginləşdirməyə çalışan həm Rusiya daxilində, həm də kənarda olan bir sıra qüvvələri çox ciddi narahat edir. Rusiyanın bölgədə nüfuzuna ciddi zərbə vurmağa, bölgə xalqlarında anti-Rusiya mövqeyinin formalaşmasına xidmət eləyən ünsürlərdən biri olan Zatulin kimiləri öz davranışları ilə Rusiyanın nüfuzuna daha ciddi zərbələr vururlar. Belə şəxslər özlərini bazara satılmağa hazır məhsul kimi təqdim etməyə çalışırlar. Belə şəxsləri əldə etmək və onlardan anti-Rusiya maraqlarına xidmət edəcək davranışlar sərgiləmək üçün hazır olan qüvvələr kifayət qədərdir. Güman ki, Zatulin Qərb dövlətlərində yerləşən erməni diaspor təşkilatlarının və Qərb güclərinin satın aldığı alətdir. Rusiyanın müvafiq qurumları Zatulin kimlərinin o cür çıxışlarının Rusiyanın milli təhlükəsizliyinə və milli maraqlarına hansı zərbələr vurduğunu araşdırmalıdırlar. Əks halda, bu, təbii ki, ciddi müttəfiqlik münasibətləri sərgiləyən dövlətlər arasında münasibətlərə zədə vura bilər".
Politoloq Azad Məsiyev isə bildirdi ki, Azərbaycanla Rusiya arasında 2022-ci il fevralında 43 maddədən ibarət müqavilə imzalanıb. Bu sənədə görə Azərbaycanla Rusiya arasında münasibətlər inkişaf etməkdədir: “Münasibətlərin inkişafı Qarabağ məsələsinin həlli prosesinə də müsbət təsirini göstərib. Qarabağda separatizmin çökdürülməsi və Azərbaycanın öz ərazisində suverenliyini bərpa etməsi Azərbaycanla Rusiya arasında münasibətləri daha da yaxşılaşdırır. Belə vəziyyət ortada olduğu bir vaxtda Zatulin kimi şəxslərin o cür iddialarının əsası yoxdur. Azərbaycanın yürütdüyü xətt Rusiyaya qarşı deyil. Bunu Rusiya rəhbərliyi yaxşı bilir. Azərbaycanla Rusiya arasında münasibətlərin xüsusilə son bir ildə daha da istiləşməsi Rusiyadakı ermənilərlə bağlı olan qrupları, siyasətçiləri narahat edir. Onlar bütün gücləri ilə Rusiya-Azərbaycan münasibətlərinin pozulmasına çalışırlar. Qəsdən dövriyyəyə əsassız, yalan, qərəzli fikirlər atırlar. Azərbaycan-Rusiya münasibətlərinin korlanmasını həm də ABŞ istəyir. Rusiyanın cənub cinahını bağlamaq üçün Azərbaycan-Rusiya münasibətlərinin korlanması Qərbə lazımdır. Belə çıxır ki, Rusiyadakı adını çəkdiyim qruplar və siyasətçilər həm də Qərbin marağına xidmət edirlər. ABŞ-ın Rusiyada böyük kəşfiyyat şəbəkəsi fəaliyyət göstərir və bu şəbəkə Rusiyanın bir çox dövlət, hökumət qurumlarına, mediasına yol tapa bilib, insanları ələ alıb özlərinə işlədə bilirlər. Ona görə Rusiya daxilində Qərbin maraqlarına xidmət eləyən insanlar var. Azərbaycan-Rusiya münasibətlərini pozmağa hesablanmış bəyanatlar səsləndirənlərin bir çoxu məhz həmin insanlardır”.
Ekspert qeyd etdi ki, münasibətlərin korlanması nə Azərbaycanın, nə də Rusiyanın dövlət maraqlarına uyğun deyil. Ona görə də Qərb və Rusiyadaxili məlum qüvvələr nə qədər çalışsa da, dövlətlər buna getməz. ABŞ bölgədə Rusiyanı tamamilə təkləmək istəyir. İrəvan artıq ABŞ-ın bu siyasətinə xidmət edir. Ancaq Azərbaycan bu cür avantüraya gedən dövlət deyil. Biz yaxın qonşuluğumuzda yerləşən nəhəng dövlətlə qarşıdurma yolunu seçmərik. Çünki bu bizim maraqlarımıza ziyan vurar.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Dünən, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Dünən, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Dünən, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Dünən, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Dünən, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Dünən, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Dünən, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Dünən, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Dünən, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Dünən, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Dünən, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Dünən, 11:19 |
|
|
|
|