"Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" .....                     5000 manat maaş alıram, necə qənaət edim? .....                     PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! .....                     Paşinyan komandasına xəbərdarlıq etdi: .....                     Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... .....                     Şirkətlər qrupunda yeni ASC yaradılıb .....                     "Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək .....                     38 yaşlı sabiq məmur həbsxanada öldü .....                     Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb .....                     Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... .....                     İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... .....                     “Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” .....                     Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək .....                     Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... .....                     TARİXİ BAKI... HƏDƏFDİRMİ? .....                     Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı .....                     Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası .....                     Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı .....                     Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI .....                     “Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” .....                     "Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" .....                     “Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” .....                     “Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək .....                     Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... .....                     “Bütün oyunları Ərdoğan oynayır” .....                     Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı .....                     DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI .....                     "Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" .....                     Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... .....                     Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? .....                     Dövlətin yardımı PULLA SATILIR .....                     "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" .....                     "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı .....                     Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları .....                     'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı .....                     "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı .....                 

"Erməni diasporunun və lobbisinin istəkləri, sifarişləri bu qüvvələr üçün hər zaman vacib olub" - deputat
Tarix: 21-11-2023, 09:48 | Çap et
"Erməni diasporunun və lobbisinin istəkləri, sifarişləri bu qüvvələr üçün hər zaman vacib olub"
Azərbaycan-ABŞ münasibətləri təzədən tarixin sınağına tuş gəlib. Özü də rəsmi Vaşinqtonun yanlış taktikası üzündən. Maraqlısı həm də odur ki, uzun fasilədən sonra məhz Birləşmiş Ştatların yeni səfiri Mark Millinin, nəhayət, Bakıya gəlişi ərəfəsində ikitərəfli əlaqələrdə soyuqluq yaranıb. Hətta yüksək səviyyədə qarışıqlı səfərlər dayandırılıb. “ABŞ tərəfinin Azərbaycana münasibətdə ABŞ-ın təşəbbüsü ilə keçirilən yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və "ikitərəfli münasibətlərimizdə “əvvəlki kimi” ola bilməz" bəyanatına gəlincə isə qeyd etmək lazımdır ki, münasibətlər birtərəfli ola bilməz. Beləliklə, eyni yanaşma Azərbaycan tərəfindən də bərabər şəkildə tətbiq olunacaq. Belə bir şəraitdə ABŞ-ın Azərbaycana yüksək səviyyəli səfərlərinin mümkünlüyünü də yersiz hesab edirik", - Azərbaycan Xarici İşlər Nazirliyinin ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində verdiyi əsassız açıqlamalarına dair şərhində açıq surətdə belə deyilir. Yəni ikitərəfli səfərlər rəsmən dayanıb, üstəlik, amerikalı səfirin Bakıya gəldiyi bir vaxtda...

Əlbəttə, Azərbaycan haqlı olaraq Amerikada noyabrın 20-nə nəzərdə tutulan XİN rəhbərlərinin görüşündən imtina edib. Vəziyyətin “xoşbəxt sonluq”la bitib-bitməyəcəyi isə sözsüz ki, Vaşinqtonun Ermənistana və erməni separatizminə hara qədər dəstək verəcəyindən, nə dərəcədə bölgədə daimi sülhdə maraqlı olacağından və “ziyanın yarısından qayıdıb-qayıtmayacağından” asılıdır. Yəni Azərbaycana bağlı əslində heç nə yox. Hərçənd biz də diplomatik fəallığımızı artırmalıyıq ki, ABŞ “erməni kartı”nın ona yaxşı heç nə vəd etmədiyini daha tez anlasın.

“Ermənistan və Azərbaycan münasibətlərinin nizamlanması region üçün son dərəcə vacibdir”. Bunu ötən həftəsonu ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter "AzadlıqRadiosu"nun erməni xidmətinə müsahibəsində deyib. “Bütün tərəflərin bölgədəki davamlı sülhə və təhlükəsizliyə nail olmaq üçün səylərini iki dəfə artırması zəruridir, çünki bu, insan hüquqları və demokratiyanı qorumaq naminə son dərəcə vacibdir”, - M.Karpenter qeyd edib. Amerikalı rəsmi həmçinin bildirib ki, Rusiya Bakı və İrəvan arasında danışıqlarda etibarlı tərəf deyil (“Kor kora kor deməsə bağrı çatlayar”. Guya ABŞ bizim üçün etibarlı tərəfdaş-vasitəçi imiş). Karpenter sözlərində səmimidirsə, nədən ABŞ regionda sülhə, barışığa real töhfə vermək istəmir, əksinə, öz “ayağına güllə atır”, neytral vasitəçi imicini korlayır, bölgənin açar ölkəsi olan Azərbaycanla konfrontasiya kursu götürür?

Yeri gəlmişkən, etibarlı mənbələrdən Minval.az-a məlum olub ki, ABŞ və Fransa iki aydır BMT Təhlükəsizlik Şurasında anti-Azərbaycan qətnaməsinin qəbulu üçün lobbiçilik etməyə çalışır, lakin hələ ciddi uğura nail ola bilmirlər. Xatırladaq ki, Azərbaycanın Qarabağda antiterror tədbirlərindən sonra Ermənistan və Fransanın təşəbbüsü ilə iki dəfə BMT TŞ-nin fövqəladə iclası çağırılsa da, hər iki dəfə heç bir nəticə verməyib. Görəsən, bu nə həşirdir belə? Söhbət, nəhayət, noyabrın 16-da Senatın Azərbaycan əleyhinə qəbul etdiyi aktdan gedir. Bəs Senatın ardınca Nümayəndələr Palatası da onu təsdiqləyəcəkmi? Bayden necə, sonda ona imza atarmı?

Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, deputat Asim Mollazadənin Bakı-Vaşinqton münasibətlərində gərginliyə yanaşması fərqlidir. Deputatın “Yeni Müsavat”a bildirdiyinə görə, gələn il Birləşmiş Ştatlarda prezident seçkiləri olacaq və erməni seçicilərin istəkləri amerikalı siyasətçilər üçün əhəmiyyət kəsb etdiyindən bu proses Azərbaycanla əlaqələrə mənfi təsir edib. A.Mollazadənin fikrincə, amerikalı siyasət adamları istəyir ki, qondarma erməni soyqırımı nağılları bitməsin. “Onlar narahatdırlar ki, Azərbaycanla Ermənistan arasında münaqişə tamamilə qurtarar, tərəflər birdən sülh müqaviləsi bağlaya bilər və o zaman genosid mahnılarına da son qoyular. Xüsusən də Vaşinqtonda korrupsiyaya bulaşmış amerikalı siyasətçilər bundan möhkəm narahatdır. Çünki erməni diasporunun və lobbisinin istəkləri, sifarişləri bu qüvvələr üçün hər zaman vacib olub. Elə 907-ci düzəliş aktı da həmin niyyətdən qaynaqlanırdı. O baxımdan bütün hallarda baş verənlər təəssüf hissi doğurur”, - deyə A.Mollazadə korlanmış münasibətləri belə qiymətləndirir.

Deputat hesab edir ki, Azərbaycan həmişə Amerikaya müttəfiq olduğunu nümayiş etdirib: “Bizim sülhməramlılar amerikalılar Əfqanıstandan tam çıxana qədər son günədək hava limanında onları müşayiət ediblər. Sadəcə, lobbi maraqlarından irəli gələrək bu siyasətçilər Amerikaya zərbə vururlar. Azərbaycan müstəqil ölkədir, güclü ordusu var, iqtisadi imkanlara malikdir, ABŞ-da da bunu yaxşı bilirlər. Yəni "Azərbaycan Rusiyanın yanındadır və buna görə Vaşinqton Bakıya qarşıdır" deyənlər yanılırlar. Azərbaycanın kiminsə yanında olmağa ehtiyacı yoxdur. Əgər belədirsə, siyasi-iqtisadi, hərbi təsirləri ilə Ermənistan Rusiyanın yanında olduğuna görə cəzalanmalıydı". A.Mollazadə “Axı İrəvandakı iqtidar rusyönümlü deyil” fikrinə isə “Deməli, lobbidə hamı daşnaklardan ibarət deyil” cavabını verdi. ABŞ-la münasibətlərin axarına düşməsinə gəlincə, deputat hesab edir ki, Azərbaycan öz siyasətini davam etdirməlidir: “Seçki ili bitəndən sonra hər şey öz yerinə oturacaq. Onsuz da ABŞ-ın vasitəçilik statusu yoxdur. Azərbaycan Ermənistanla sülh danışıqlarını ikitərəfli aparmalıdır. Çünki vasitəçi olmaq istəyənləri görürük, öz maraqlarından çıxış edirlər. Sadəcə, Azərbaycanın Vaşinqton görüşündən imtinası düzgün qərar idi və biz göstərdik ki, kiminsə marionetkası deyilik”.

Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, 100 illik problemi həll etmişik, torpaqlarımızda separatizmə son qoymuşuq, bu böyük uğurdur, ancaq onu da bilməliydik ki, tarixi qələbəmizi burnumuzdan gətirmək istəyənlər olacaq: “Müharibə diplomatiya və informasiya sahəsinə keçib. Üstəgəl, Ermənistanın Qərbə yaxınlaşmaq siyasəti Azərbaycana qarşı müxtəlif istiqamətlərdən təzyiqi artırıb. ABŞ və Avropa İttifaqında anti-Azərbaycan açıqlamaların sayı artıb, qanunvericilərə rəsmilər də qoşulub. Halbuki Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlı olan Vaşinqton və Brüssel məntiqlə ölkəmizlə bağlı ifadələri ehtiyatla seçməli idilər. Bizə əlavə problemlər yaratmaq istəyirlər. Bu mürəkkəb dövrü də adlayacağıq, sadəcə, elə etməliyik ki, düşmənlərimizin sayı artmasın. Sülh sazişi düşmənlərimizin arqumentini zəiflədəcək”.

Siyasi şərhçi Aqşin Kərimovun qənaətinə görə, Azərbaycanla ABŞ arasında siyasi gərginliyin yüksələn dozası Cənubi Qafqaz regionunda Ermənistan üzərindən qurulan tətbiqlərlə əlaqədar nəzərə çarpır: “Məsələ təkcə ABŞ-Azərbaycan münasibətlərindəki hədlərlə əlaqədar deyil, o, daha böyük ölçü və geostrateji rəqabətə sıx bağlıdır. Birincisi, diqqətdən yayınmamalıdır ki, ABŞ-ın qlobal siyasətinin spesifikası alternativ münaqişəli cəbhələri Rusiya və Çinə qarşı formalaşdırmaq təcrübəsi üzərində inkişaf edir. İndi üçün də ABŞ-ın Cənubi Qafqazda öz gündəliyi əsasında proqram tətbiq etməsi qorxulu bir ssenariyə doğru yön alır. Söhbət onda deyil ki, Azərbaycanla ABŞ-ın münasibətlərindəki siyasi gərginlik zirvəsi "fəth olunur". Burada ən böyük problem regiondakı geosiyasi qarşıdurmanın hərbi poliqon formasına salınması üçün Ermənistandan istifadə edilməsi və bunun ərsəyə gətirə biləcəyi təhdidlərdir". Ekspertə görə, ABŞ-ın regional çərçivələrdə kobud bərabərsizlik ərsəyə gətirməsi cəhdini Azərbaycana qarşı təzyiq orbitinə çevirməsi Bakı ilə Vaşinqton arasındakı uyğunlaşma rejiminə xələl gətirir: “Mənə görə, ABŞ Konqresində anti-Azərbaycan dinləmələri, dövlət katibinin köməkçisi Ceyms O’Brayanın "907-ci düzəliş"in icrasının müvəqqəti dayandırılması məsələsini qaldırmasını başqa bir amil də izah edir. Düşüncəmə əsasən, Azərbaycan Xarici İşlər Nazirliyinin ABŞ-a cavabında gərginliyin digər bir gizlədilən səbəbinə eyham vurulur. Bu, İran-Azərbaycan münasibətlərinin yoluna qoyulması üçün atılan addımların Vaşinqtonun sinir nöqtələrinə toxunması ilə bağlı situasiyadır".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" - Naxçıvan təhsilində QALMAQAL
Bu gün, 10:31
5000 manat maaş alıram, necə qənaət edim? - Səyyad Aran GİLEYLƏNİR
Bu gün, 10:25
PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! - BU, AYRI-AYRI ŞEYLƏRDİR...
Bu gün, 10:22
Paşinyan komandasına xəbərdarlıq etdi: - Sürprizlərə hazır olun
Bu gün, 10:19
Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... - "Bunlar nə vaxt düzələcək?.."
Bu gün, 10:09
Şirkətlər qrupunda yeni ASC yaradılıb
Bu gün, 10:01
"Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:59
38 yaşlı sabiq məmur həbsxanada öldü
Bu gün, 09:49
Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 09:46
Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... - fermerləri YENƏ ALDADIRLAR...
Bu gün, 09:44
İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... - İLGİNC İDDİALAR
Bu gün, 09:31
“Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” - FOTO
Bu gün, 09:21
Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək – İşləri 200 manatlıq şirkət görəcək
Bu gün, 09:19
Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... - Ekspert danışır...
Bu gün, 09:16
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... - ARAŞDIRMA
Bu gün, 09:08
TARİXİ BAKI... HƏDƏFDİRMİ? - AKTUAL
Bu gün, 09:01
Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı - DETALLAR
Bu gün, 08:58
Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:57
Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 08:55
Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI – FOTO/GİLEY
Bu gün, 08:47
“Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” - Efirlərdən uzaq düşən sənətkar
Bu gün, 08:42
"Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:41
"Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" - ABŞ YÖN DƏYİŞDİRİB...
Bu gün, 08:39
“Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” - ETİRAZ VAR...
Bu gün, 08:33
“Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək
Bu gün, 08:26
Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... - Özləri etiraf edir ki...
Bu gün, 08:23
“Bütün oyunları Ərdoğan oynayır” - Yunan mətbuatı təriflər yağdırdı
Bu gün, 07:24
Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı - KİV
Bu gün, 07:22
DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 07:21
"Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" - ŞOK İTTİHAM
Bu gün, 07:19
Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... - Sırski
Bu gün, 07:17
Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? – DETALLAR
Bu gün, 07:15
Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17
"Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02
"KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58
AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53
"BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49
Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47
'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36
"AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28
Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26
Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23
GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20
Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18
Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15
Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12
"Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08
Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05
Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru