"Ermənistanı faktiki olaraq Rusiya dövləti yaradıb" - deputat
Tarix: 5-12-2023, 08:55 | Çap et
Rusiya onun orbitindən Qərbə tərəf uzaqlaşmağa çalışan Ermənistanı cəzalandırmağa başlayıb. Təzyiq hələlik iqtisadi-kommunikasiya sferasına aiddir. Belə ki, on gündür (noyabrın 26-dan) Rusiya Gürcüstanla sərhəddə Yuxarı Lars keçid məntəqəsində kənd təsərrüfatı məhsullarının Ermənistandan idxalını faktiki olaraq qadağan edib. Kapitulyant ölkədə bunun siyasi qərar olduğu və Kremlin İrəvanı cəzalandırmaq niyyətindən qaynaqlandığına əmindirlər.
Ermənistan parlamentinin “Ermənistan” blokundan olan deputatı Qarnik Danielyana görə, yük maşınlarının sürücüləri və sahibkarlar gücləndirilmiş fitosanitar nəzarəti nəticəsində qanun pozuntularının qeydə alındığı və onların sərhədi keçməsinə icazə verilmədiyini vurğulayıblar. “Bu cür davam edərsə, iş adamları böyük itkilərə məruz qalacaqlar. Bunun iqtisadiyyatımız üçün fəlakətli nəticələri ola bilər. Təcili tədbirlər görülməsə, soydaşlarımıza külli miqdarda ziyan dəyəcək”, - deyə o xəbərdarlıq edib.
“Biz alternativ çatdırılma marşrutları və satış bazarları tapmalıyıq. Məsələn, qonşu Türkiyə. Əsas odur isteriyaya düşməyək və vəziyyəti daxildən daha da sarsıtmayaq, dözüm göstərək. Hər halda, suverenlik və müstəqillik kənd təsərrüfatı məhsullarının satışından əldə olunan gəlirdən daha vacibdir”.
Bunu isə Tevos Arşakyan ad-soyadlı erməni müəllif öz məqaləsində yazıb və xüsusi qeyd edib ki, N.Paşinyan hökuməti ciddi maddi itkilərə rəğmən, Moskvanın iqtisadi şantajına boyun əyməməlidir.
Ancaq Türkiyə ilə sərhədlər bağlıdır. Açılması üçün isə Ermənistan öncə Azərbaycanla sülh müqaviləsi imzalamalıdır. Əks halda, Ermənistan məhsullarının qardaş ölkə bazarlarına girişi qeyri-mümkündür. Sülh imzalanarsa, Azərbaycanla əlaqələr də qaydaya düşəcək, ölkə blokadadan tam çıxacaq. Yəni Ermənistanın taleyi öz əlindədir. Ağılları olsaydı, Bakı və Ankaranın uzatdığı barışıq əlini çoxdan sıxar, Rusiyanın asılılığından həmişəlik xilas olardılar.
Millət vəkili Aydın Hüseynov “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, Ermənistanın beynəlxalq hüquq normalarını diqqətə almaması, qonşu dövlətlərlə normal münasibətlər qurmaq istəməməsi vaxtaşırı ona problem yaradır. Millət vəkili ermənilərin 1918-ci ildən etibarən torpaq iddialarında olduğunu xatırladaraq qeyd etdi ki, dəstək ala bildikləri üçün Qərbi Azərbaycanda dövlət qura biliblər, o cümlədən SSRİ dövründə Azərbaycan torpaqlarının bir hissəsi Ermənistana birləşdirilib, son olaraq ötən əsrin 90-cı illərində torpaqlarımız işğal edilib: “Ermənistan öz dövlətçiliyini qurmalıdır. Düşmənçilik siyasəti, eyni zamanda real vəziyyəti qiymətləndirə bilməməsi Ermənistana vaxtaşırı ciddi problemlər yaradır. Ermənistanı faktiki olaraq Rusiya dövləti yaradıb, lakin Rusiya ilə düşməndir. Ermənistan Fransa, ABŞ, Kanadaya meyl edir, lakin bu dövlətlərlə də düşmən olmayacağına heç kim zəmanət verə bilməz. Ermənistan ilk növbədə təfəkkürünü dəyişməlidir, daxili işlərinə qarışmadan regionda qonşu dövlətlərlə yaxşı münasibətlər qurmalıdır. Aydın məsələdir ki, bu gün Rusiya bazarına çıxmaq üçün Azərbaycan ərazisindən keçən yol ən əlverişli yoldur. Amma ərazi bütövlüyümüzü tanımadan, həmçinin vaxtaşırı Ermənistan hakimiyyətinin üzvləri Azərbaycanı beynəlxalq birlikdə ittiham etməklə Azərbaycanla münasibətlər qurmaq istəyirlər? Eyni zamanda sülh müqaviləsini imzalamaqdan imtina edirlər. Belə olan halda Azərbaycan öz ərazisindən yol verə bilməz. Eyni zamanda Avropa bazarına çıxmaq üçün ən əlverişli yol Türkiyədən keçir. Türkiyəyə qarşı torpaq iddiası ilə çıxış etmək, olmayan soyqırımda ittiham etməklə Türkiyədən istifadə etmək qeyri-mümkündür. Digər tərəfdən, Ermənistan hesab edirsə ki, Rusiya yaxud Avropa bazarında onun kənd təsərrüfatı məhsullarını səbirsizliklə gözləyirlər, çox böyük səhv edir. Həm Avropa, həm də Rusiya bazarı alternativ yollarla zənginləşdirə bilər. Ermənistan ilk növbədə beynəlxalq hüquqa hörmətə istinad etməlidir, digər dövlətlərdən sui-istifadə yox, qarşılıqlı maraq üzərində münasibət qurmağa çalışmalıdır. Təkcə radikal müxalifətdə deyil, rəsmi hakimiyyət orqanlarında da bu prinsiplər fəaliyyətdə öz təsdiqini tapmayıb. Göründüyü kimi, yanlış xarici siyasət Ermənistana bu və ya digər şəkildə problem yaradır. Bu cür siyasət Ermənistana bundan da ağır problemlər yarada bilər”.
ReAL Partiyasının icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, kommunikasiyaların açılması ilk növbədə Ermənistana sərf edir. Ekspert Azərbaycan üzərindən bir çox istiqamətə yolun olduğuna diqqət çəkərək bunları dedi: “Ermənistanın Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Yeganə yol Abxaziya ərazisindən keçir, o da işğal altındadır. Ermənistan, sadəcə, Yuxarı Lars keçid məntəqəsi vasitəsilə avtomobil yolu ilə Rusiyaya açıla bilir. Məntəqə yüksəklikdə yerləşir. Bu səbəbdən də təbii səbəblərdən-qar uçqunu, şaxtalı hava, yolların buz bağlaması və s. ilə əlaqədar yol bəzən günlərlə, həftələrlə bağlı qalır. Zaman-zaman Rusiya bu yol vasitəsilə məhsulların keçirilməsində müəyyən məhdudiyyətlər tətbiq etməklə Gürcüstana və Ermənistana təsir edir. Ermənistanla Rusiya arasında heç də xoş olmayan münasibətlər formalaşmağa başlayıb. Görünür, Yuxarı Lars keçid məntəqəsində kənd təsərrüfatı məhsullarının idxalında problemlərin yaradılması bununla bağlıdır. Ermənistanın çox yaxşı alternativləri var. Hazırda “top” Ermənistan tərəfdədir. Ermənistan sülhlə əlaqədar prosesi uzatmasa, sülh danışıqlarında yekun nəticəyə gəlmək mümkün olsa, Azərbaycan üzərindən istənilən istiqamətə həm avtomobil yolu, həm də dəmiryollarına çıxış əldə etmək imkanı qazanır. Bu, Ermənistanın asılılığını kifayət qədər aşağı sala bilər. Bundan əlavə, yükdaşımaların maya dəyəri də aşağı salına bilər. Dünyada avtomobillə yükdaşıma çox bahadır. Dəmiryolları isə dəniz yükdaşımalarından sonra ən ucuz yükdaşıma formasıdır. Azərbaycan üzərindən dəmiryolları vasitəsilə Rusiyaya, İrana, Türkiyəyə, Orta Asiya ölkələrinə ixrac-idxal əməliyyatları keçirilə bilər. Ermənistan sülh danışıqlarını uzatmadan imzaları atarsa və kommunikasiyalar açılarsa, ilk növbədə özü qazanacaq".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Dünən, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Dünən, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Dünən, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Dünən, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Dünən, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Dünən, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Dünən, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Dünən, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Dünən, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Dünən, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Dünən, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Dünən, 11:19 |
|
|
|
|