Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                     Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir .....                     “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, .....                     İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? .....                     Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət .....                     “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir .....                     Hakimiyyətə bu şəxs hazırlanır .....                     Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək .....                     Zəngəzur dəhlizi ilə bağlı yenilik: .....                     Moskva Tiflisin ümidini kəsdi .....                     Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq .....                     Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... .....                     Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? .....                     "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?" .....                     70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? .....                     Paşinyanın beş doğrusunu aparan bir səhvi .....                     Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı .....                     Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? .....                     Qarabağ Universitetinində .....                     “Prezident” doğulduğu kəndə qaçdı: .....                     Mağazalardakı “Qara cümə” FIRILDAĞI .....                     Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... .....                     Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... .....                     Xameneyini əvəzləmək üçün düymə basılıb? .....                     Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... .....                     Təbii qaza limit təyin etmək, anlaşılan deyil .....                     Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! .....                     Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər .....                     AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb .....                     "Burada Ermənistan bir bəhanə və bir vasitədir" .....                     Naxçıvan MSK-nın üzvləri seçilib .....                     “Makron niyə Bakıya gəlmədi?... .....                     "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm" .....                     Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? .....                     Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” .....                     "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" .....                     MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub .....                     Dağlıq ərazilərdə qar yağacağı gözlənilir .....                     Azərbaycanda iki kollecə təyinat olub .....                     10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət .....                 

“Tələbələr 1-ci kursdan təcrübəyə getməlidir” - deputat
Tarix: 11-12-2023, 07:05 | Çap et
 “Tələbələr 1-ci kursdan təcrübəyə getməlidir”
“Böyük həvəslə çalışıb, universitetə qəbul olunub, 4 il oxudum. Zamanla görürdüm ki, universitetdə tədris ancaq nəzəri biliklərə fokuslanıb. Yəni, ixtisasımın tarixi, qaydaları, onunla əlaqəli müxtəlif fənlər xaricində praktik tapşırıqlar olmurdu. 4 ildə toplasaq, elə 3-4 dəfə praktik tapşırıq olar, ya olmaz. Sonuncu kursda isə getdiyim təcrübədə məsuliyyətsiz yanaşma ilə üzləşdim. İxtisasım jurnalistika olsa da, əsl jurnalistikanı təlimlərdə və redaksiyada öyrəndim. Təsəvvür edin, ödənişli universitet oxuyasan, amma ixtisasını gedib təlimlərdən, iş mühitindən öyrənəsən… Təlimə getməsəm, bəlkə də indi işsiz idim. Düzdür, insan işlədikcə daha çox öyrənir. Amma heç olmasa, universitetlər tələbələri real iş şəraitinin 40-50%-i ilə tanış etsə, çox gözəl olar”.

Müsahibimiz S.Məmmədli Pressklub.az saytının əməkdaşı ilə söhbətində universitetlərdə tədrisin yalnız nəzəri biliklərə əsaslanmasından narazı olduğunu bildirdi. Deyir ki, hətta sonuncu kursda təşkil edilən təcrübə prosesinə nəzarət çox zəifdir.

Son zamanlarda tələbələr universitetlərdə təhsil keyfiyyətindən narazılığını bildirir. Hətta bir çox tələbə məzun olduqdan sonra öz ixtisası üzrə işləmir, başqa ixtisasa yönəlir. Buna səbəb isə universitetlərdə ixtisasla bağlı lazımi praktik bilik və bacarıqların tədris edilməməsidir. Tələbələr oxuduğu ixtisası təcrübə edərək öyrənməyə daha maraqlıdır. Lakin bunu bir çox universitet təmin etmir. Jurnalistika, memarlıq, mühasibatlıq, müəllimlik və s. kimi bəzi ixtisaslar var ki, təcrübəsiz öyrənmək olmur. Düzdür, nəzəriyyəni də öyrənmək vacibdir. Amma 4 illik təhsil müddətinin böyük qismini nəzəriyyəyə ayırdıqda, produktivlik olmur. Buna görə də tələbələr məzun olduqdan sonra iş tapmaqda çətinlik çəkirlər.

Universitetlərdə təhsilin keyfiyyəti ilə bağlı Milli Məclisin elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Pressklub.az-a açıqlamasında bildirdi ki, universitetin vəzifəsi yalnız bilik yox, təcrübə də verməkdir.

“Hesab edirəm ki,həm ölkəmizdə, həm də dünyada təhsil sistemi yenidən qurulmalıdır. Hazırki təhsil sistemində müəyyən problemlər var və onları aradan qaldıra bilmirik. Bizim universitetlərdə verilən bilik tələbələrin gələcək həyatında onlara lazım olan savadın maksimum 50 faizini təşkil edir. Qalan bilikləri gənclər müxtəlif mənbələrdən və təlimlərdən qazanırlar”.

Deputat deyir ki, universitetlərdə laboratoriyalar, təcrübə mərkəzləri yoxdur. Bəzi sahələrdə isə mütləq təcrübə olmalıdır. O, hesab edir ki, 4-cü kursdan yox, elə 1-ci kursdan tələbələr təcrübəyə getməlidir. Həmçinin universitetlərlə işə götürən müəssisələr arasında sıx əlaqələr olmalıdır. Gənclər bu prinsiplər əsasında bilik və bacarıqlarını artırmalıdır.

Müsahibimizin sözlərinə görə, universitetlərdə nəzəri biliklərlə yanaşı, təcrübə də keçirilməlidir.

“Bütün universitetlər bu məsələyə həssas yanaşmalıdır. Bu olmadıqca biz belə problemlərlə üzləşməyə davam edəcəyik. Problemlər daha da dərinləşir. Universitetlərdə təhsilin keyfiyyəti artırılmalıdır. Təəssüf ki, bu gün Azərbaycan dünya reytinqlərində olduqca aşağı yerlərdədir. Ona görə də gənclərin əksəriyyəti oxumaq üçün xaricə üz tutur. Bu problem özünü bir çox sahələrdə göstərir”.

Vəziyyət o həddə çatıb ki, tələbələrin çoxu 4 il universitet oxuyub, savadlı kadr olmamaqdansa, vaxt itirməyib, xarici universitetlərə üz tutmaq daha məntiqlidir. Üstəlik, elə xarici universitetlər var ki, onlara qəbul olunmaq bizim universitetlərdən daha asandır. Əlbəttə, xarici ölkələrdə dahilər yetişdirən universitetlər var. Azərbaycandakı təhsil səviyyəsinin isə yaxın gələcəkdə onlara çatmağı çox çətindir. Amma Azərbaycanın savadlı və peşəkar kadrlara ehtiyacı var. Bunun üçün də ilk növbədə təhsil sistemindəki boşluqlar düzəldilməli, maksimum dərəcədə təhsilin keyfiyyəti yüksəlməlidir.

Elm və təhsil eksperti Rizvan Fikrətoğlu da Pressklıub.az-a açıqlamasında qeyd etdi ki, nəzəriyyə və təcrübə paralel aparılmalıdır.4

“Burada universitetlərin məsuliyyətisizliyi böyükdür. 1-ci kursda keçirilən fənnin təcrübəsini 4-cü kursun sonunda keçmək mənasızdır. Bəzi ixtisaslarda təcrübə üçün universitetin xeyli imkanları olur. Bu imkanlardan da istifadə edilmir. Bütün bunlar bir müddət sonra yadından çıxaracağı nəzəriyyə ilə yüklənmiş tələbə ordusunun cəmiyyətə məqsədsiz transferinə aparır”.

Ekspertin toxunduğu məsələ tələbələrin yaralı yeridir. Uzağa getməyək, gələcək həmkarlarımızın problemindən yazaq. Bakı Dövlət Universitetini (BDU) jurnalistika fakültəsinin tələbəsi danışır ki, fakültədə tələbələrin praktik fəaliyyəti üçün studiya mövcuddur. Lakin həmin studiyanın istifadəsinə icazə yoxdur. Tələbələr oraya daxil olmaq istədikdə qapıdan qaytarırlar. Nəticədə, “varlıq içində yoxluq” çəkən tələbələr studiya şəraiti ilə tanışlıqdan məhrum olurlar.

R.Fikrətoğlunun sözlərinə görə, əksər ixtisaslarda verilən təhsil bazarın tələbini ödəmir. Elə ixtisaslar var ki, onlar dəyişir, daim yenilənir. Məsələn, kompüter elmləri, jurnalistika kimi. Bu və bunun kimi digər ixtisaslar nəzəriyyədən çox praktika, sahədə öyrənmək tələb edir. Bizdə isə auditoriya şəraiti ilə kifayətlənirlər. Həmsöhbətimiz hesab edir ki, universitetlərin bazası acınacaqlı deyil, sadəcə, elə təhsil ocağı var ki, praktika üçün xeyli şərait olsa da istifadə edilmir və ixtisaslaşmış müəllimlər çox azdır.

Azərbaycan universitetlərində təhsil alan tələbə sonuncu kursda təcrübəyə göndərilir. Ekspert deyir ki, təcrübəni həyata keçirən müəssisələrin çoxu tələbələri formal qəbul edir və onlar çox vaxt təcrübə keçən müəssisəyə getmirlər. “Müəyyən müddətdən sonra təcrübəni uğurla başa çatdırılmasına dair sənədi universitetə təqdim etməklə, proses yekunlaşır. Sonra real iş həyatında məsələdən xəbərsiz olan gənci işə götürmürlər. O da “diplomum var, mənə iş vermirlər” deyərək gileylənməyə başlayır”.

Ekspert bildirdi ki, universitetlər lazımi biliyi vermədiyi üçün əsas iş tələbənin üzərinə düşür. O, oxuduğu sahəni istəyi ilə seçibsə, universitetdən kənar öyrənməklə özünü formalaşdıracaq, istəyinə çatacaq. Tanışlıq, pul gücünə işə qəbul dövrü keçmək üzrədir: “Savad erasının başlanğıcındayıq. Reallıq budur ki, özəl sahələr artdıqca iş sektorları bilikli, sahəni bacaran kadrları qəbul edir. Elə dövlət sektoru da belədir. Ən minimum hal kimi müəllimlərin işə qəbulunu götürək. Bütün sahələr bu istiqamətə doğru gedir”.

Təəssüf ki, tələbələrin bir hissəsi sevmədiyi, özünə uyğun olmayan ixtisaslar üzrə təhsil alır. Buna səbəb isə ya valideyn təzyiqi, ya da “diplom almaq” faktorudur. Yəni, bəzi valideynlər övladının istəyinə, seçiminə məhəl qoymayıb, məcbur öz istədiyi sahəyə yönəldir, nəticədə tələbə valideyn qurbanı olur. Bəzən isə tələbə “qonşudan geri qalma”, “xalxın balasına bax, gözünə su ver” deyimlərinin qurbanı olub, diplom almaq üçün topladığı bal nəyə çatırsa, həmin ixtisası seçir. Bu cür məqsədsiz, hədəfsiz universitetə qəbul olunan tələbələrin böyük qismi həm tədris illərini əziyyətlə başa vurur, həm də məzun olduqdan sonra iş tapa bilmir. Ona görə də belə tələbələr üçün universitet təhsili ən yüksək keyfiyyətdə də olsa onların aqibəti dəyişməyəcək. Həmin tələbələr məzun olduqdan sonra öz sahəsi üzrə yox, həvəsi olan sahəyə yönəlməyi seçəcək. Amma həqiqətən ixtisasını sevərək, məqsədli şəkildə oxuyan tələbələr ixtisasını mənimsəmək, savadlı kadr olmaq uğrunda var gücü ilə çalışır və məqsədinə nail olur. Bu məqamda Aristotelin bir kəlamı yada düşür: “Təhsilin kökləri acı, meyvələri şirindir”.

Report Media Məktəbinin rəhbəri, redaktor İsmayıl Rafiqoğlu təcrübə keçdiyi tələbələrin bilik və bacarıqları haqqında Pressklub.az-a danışıb. O, deyir ki, tələbələrin çoxu təcrübədən kənardır. Onlara lazımi təcrübəni qazandırmaq üçün həm əlavə kadrlara, həm də müasir texnikaya vəsait ayrılmalıdır.

“Universitetlərdə kompüter otaqları yaradılmalı, çəkiliş və montaj üçün avadanlıqla təchiz olunmalıdır. Keyfiyyətli jurnalist yetişdirmək elə də asan iş deyil. Beynəlxalq jurnalistika üzrə ingilis dilində dərsi ingiliscə düz-əməlli bilməyən müəllim keçirsə, deməli, özümüzü aldatmaqla məşğuluq”.

Redaktorun sözlərinə görə, təcrübəyə gələn tələbənin bilik və bacarığı yüksək deyil. Universitet təhsili gündəlik həyatdan çox uzaqdır. Jurnalistika fakültəsində uğurlu kadrlar yetişdirmək üçün tələbənin daim gündəmi izləməsindən və aktual mövzuların müzakirəsindən başlamaq lazımdır.

Rafiqoğlu düşünür ki, tələbələrin uğur qazanması üçün həvəsli olmaları mütləqdir. Jurnalistikaya marağı olmayan, elə-belə zaman öldürən insanlar da az deyil: “Həyat özü onları ələyir, kim bizim peşədə yerini bərkitmək istəyirsə, onu uğur gözləyir, kim istəmirsə, jurnalistikaya yaxın sahələrə üz tutur. Tələbələrin peşəyə həvəssiz olduğu daim duyulur. Bizim media məktəbə qəbul zamanı əsas tələblərin başında elə həvəs durur. Hər namizədə deyirəm, həvəslisənsə, gəl, həvəssizsənsə, gəlmə. Nə mən zamanımı itirim, nə də sən”.

Müsahibimiz sonda deyib ki, tələbə yönəldiyi sahədə diqqətli olmalı, dərindən öyrənməlidir. O, hesab edir ki, jurnalistika təhsilində çox məsələ həllini tapmalıdır. Jurnalistə ilk növbədə dil və ədəbiyyat lazımdır. Həmçinin o reportyor olacaqsa, dinamik işləməyi, jurnalist jarqonu ilə desək, “qaçmağı” bacarmalıdır. Bəlkə də jurnalistə bir az reallığı da öyrətmək pis olmazdı: “Kimi dindirirsən, deyir televiziyada çalışmaq istəyirəm, amma nitqindəki qüsurları da düzəltmək fikri yoxdur. Hər kəsin özünün çalışa biləcəyi bir yer var, universitetdə tələbəni həmin tərəfə yönləndirmək üçün şərait yaradılmalıdır”.

Universitetdə tələbələrin potensialını aşkarlayıb, aidiyyəti sahə üzrə yönəldib, maarifləndirmək onların karyera həyatı üçün çox böyük dəstək olar. Ancaq hazırda nəinki potensialı aşkarlamaq, heç oxuduğu ixtisas üzrə yetərli maarifləndirmə həyata keçirilmir.

Özəl sektorun da vəziyyətə baxışı maraqlıdır. “Stellar business solutions” şirkətinin direktoru Orxan Rzayev Pressklub.az saytına açıqlamasında şirkətə gələn təcrübəçilərin fəaliyyətindən bəhs edib. O, bildirib ki, universitetin verdiyi bilik tələbəyə işləmək üçün yetərli deyil.

“Nəzəriyyə və təcrübə hər zaman fərqlənir. Universitet nəzəri bilik verə bilər, amma bu tələbəni hazır işçiyə çevirməyə kifayət etmir. İnşaatçı, kənd təsərrüfatı mütəxəssisi, mühasib, memar və s. auditoriyada yetişə bilməz. İndi bəzi ixtisaslar istisna olmaqla, elə kurslar, təlimlər var ki, tələbəni ixtisas üzrə yetişdirir. Ona görə də universitetdən gözlədiyi nəticəni ala bilməyən tələbələr bu cür təlimlərə üz tutur. Bu da əlavə xərc və vaxt itkisi ilə nəticələnir. Ona görə yaxşı olardı ki, ciddi nəzarət altında universitetlərdə tələbələr üçün təcrübə proqramları təşkil olunsun”.

Müsahibimizin dediyi kimi, bəzi tələbələr ixtisasını tam mənimsəmək üçün müxtəlif təlimlərə getməli olur. Lakin belə təlimlərin bir çoxu ödənişlidir. Bu da o deməkdir ki, ixtisasını sevən, amma təlimə getməyə maddi imkanı çatmayan tələbələr ixtisasından uzaqlaşıb, başqa sahələrə yönəlməyə məcbur olur.

Azərbaycanda təhsilin inkişafı üçün müxtəlif addımlar atılır, tədbirlər görülür. Amma yenə də kifayət etmir.

Ölkənin tərəqqisi xalqın təhsilindən asılıdır. Yüksək səviyyəli təhsil özlüyündə peşəkar kadrlı, aydın və uğurlu gələcəyin təminatı deməkdir.

Yaxın gələcəkdə hər kəsin sevdiyi sahədə çalışdığı, savadlı kadrların saysız olduğu, təhsil səviyyəsinin yüksək standartlara malik olduğu, bütün sferalarda inkişafı ilə digər ölkələri geridə qoyan Azərbaycan görmək ümidi ilə…

Mənbə: Pressklub.az
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41
Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36
"Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34
70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26
Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25
Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17
Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15
Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10
“Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57
Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52
Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38
Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19
Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16
Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13
Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57
Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52
AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49
"Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16
Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09
“Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03
"Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56
Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54
Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50
"COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47
MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41
Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:39
Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Dünən, 12:38
10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Dünən, 12:24
Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Dünən, 12:22
"Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Dünən, 12:14
Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Dünən, 12:01
Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Dünən, 11:47
İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Dünən, 11:39
COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Dünən, 11:34
FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Dünən, 11:32
Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Dünən, 11:29
Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Dünən, 11:21
Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Dünən, 11:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru