YAP-ın növbədənkənar Prezident seçkilərində namizədi İlham Əliyev olacaq - AÇIQLANDI
Tarix: 12-12-2023, 10:50 |
Çap et
Hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində partiyanın namizədinin İlham Əliyev olacağını bildirib.
"Report"un xəbərinə görə, T.Budaqov jurnalistlərə açıqlamasında qeyd edib ki, yaxın günlərdə YAP İdarə Heyətinin iclası keçiriləcək.
Onun sözlərinə görə, iclasda Prezidentliyə namizəd irəli sürüləcək: "2021-ci ildə keçirilən sonuncu qurultayda qəbul edilən nizamnaməyə görə, Prezidentliyə namizədliyin irəli sürülməsi səlahiyyəti idarə heyətinə verilib".