“Demokratik üsulla hakimiyyətə gəlməyin yolunu seçkilərdə iştirak etməkdə görürük” - Partiya sədri
Tarix: 19-12-2023, 07:51 | Çap et
Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürən şəxslərin sayı 7-yə çatıb. Prezident İlham Əliyevin (Yeni Azərbaycan Partiyası) namizədliyindən sonra millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin və keçmiş Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin, deputat Fazil Mustafanın (Böyük Quruluş Partiyası), Elşad Musayevin (Böyük Azərbaycan Partiyası) və Zahid Orucun (Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri) prezidentliyə namizədliyi irəli sürülüb. Müxalifət partiyaları - Müsavat Partiyası növbədənkənar prezident seçkilərində iştirak etməmək, Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkiləri boykot etmək barədə qərar qəbul ediblər. Məlumat üçün deyək ki, Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək. "Şərq"in bugünkü həmsöhbəti prezidentliyə namizədliyini irəli sürmüş Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevdir. Onun namizədliyi ilə bağlı qərar partiyanın siyasi şurasında qəbul olunub. Partiya sədri ilə söhbətə keçməzdən öncə məlumat üçün deyək ki, BAP 2003-cü il mayın 11-də təsis edilib, 2005-ci ildə dövlət qeydiyyatına alınıb. “Siyasi Partiyalar haqqında” yeni qanun qəbul edildikdən sonra 2023-cü ildə təkrar dövlət qeydiyyatına alınıb. Elşad Musayev 2003-cü ildə prezident seçkilərində də namizədliyi irəli sürsə də, Mərkəzi Seçki Komissiyası onun namizədliyini qeydə almayıb.
E.Musayev parlament seçkilərində də deputatlığa namizəd olub... - Elşad bəy, öncə növbədənkənar seçkinin elan olunmasına münasibətinizi öyrənmək istərdim. Partiya rəhbəri kimi bu qərarı necə qarşıladınız? - Növbədənkənar prezident seçkisi hamı üçün gözlənilməz oldu. Bunun da müəyyən səbəbləri var və onları araşdırmaq lazımdır. İlk növbədə ondan başlayaq ki, ölkədə, bölgədə və dünyada gedən proseslərə nəzər saldıqda görürük ki, vəziyyət həqiqətən gərgindir. Kənarda oturub fürsət gözləyənlər var ki, Azərbaycanda qarışıqlıq olsun. 2024-cü ildə Rusiyada prezident seçkisi keçiriləcək. O cümlədən ABŞ və Avropa İttifaqında seçkilər keçiriləcək. 2025-ci ildə Rusiya sülhməramlı kontingetninin Azərbaycanda qalma müddəti bitir. Ruslar öz qoşunlarını buradan çıxartmaq istəmirlər, qalmaq üçün min hoqqadan çıxırlar. Ölkə daxilindəki uzantıları vasitəsilə gərginlik yaradarlar. Ermənistanla münasibətlərimiz həll olunmayıb. Ona görə də düşünürəm ki, dövlətçilik baxımından götürəndə növbədənkənar seçkilərin təyin olunması doğru qərardır. Digər yandan hər bir siyasi hakimiyyət çalışır ki, həm özü, həm də dövlət üçün münbit, komfortlu seçki mühiti yaratsın. İndiki məqamda kənardan heç bir müdaxilə ehtimalı yoxdur, ölkə daxilində də ciddi gərginlik yoxdur. Normal qaydada, iki ay sonra seçkilər keçirilə bilər. Bu, siyasi hakimiyyətin hüququdur və ondan istifadə edir. Hörmətlə yanaşmaq lazımdır. - Bəzi siyasi partiyalar hələ də müzakirə mərhələsindədir. Seçkidə iştirakla bağlı tərəddüd edən partiyalar haqqında nə deyə bilərsiniz? - Əlbəttə, partiyaların hansısa seçkidə iştirak edib-etməyəcəyi onların hüququdur, özləri bilərlər. Ancaq nəzərə alaq ki, "Siyasi partiyalar haqqında" qanuna görə, siyasi partiyaların qarşısındakı öhdəliklərdən biri seçkilərdə iştirak etməkdir. Demokratik üsulla hakimiyyətə gəlməyin yolunu seçkilərdə iştirak etməkdə görürük. Bəzən deyirlər ki, ölkədə demokratik seçki mühiti yoxdur. Demokratik seçki mühitini yaratmaq lazımdır. Bəs bunu kim etməlidir? Təbii ki, burada əlini daşın altına qoyacaq əsas qurumlar - siyasi partiyalardır. Əgər siyasi təşkilatlar buna cəhd etmirsə, ortaya cəsarət nümunə qoymursa, onların əvəzinə mühiti kim yaratmalıdır? Gözləyirik ki, kimsə kənardan gəlib bizə seçki mühiti yaratsın?! Yaxud da kimlərsə bunlara "stavka" eləsin, gəlib hakimiyyətdə otursunlar. Nə qədər çətin və problemli də olsa, hesab edirəm ki, bütün siyasi partiyalar seçkilərdə iştirak etməlidir. Seçkilərlə bağlı bizim o qədər şikayətlərimiz olub. Amma indiki halda növbədənkənar seçki qərarı dövlətimiz üçün doğru qərardır. İlk növbədə dövlətimizi, ölkəmizi fikirləşməliyik. Ondan sonra partiya maraqlarını, şəxsi maraqları fikirləşməliyik. Dövlət maraqları da tələb edir ki, Azərbaycanda dinc, demokratik seçki keçirilsin. Çalışmaq lazımdır ki, kənardan basqılar olmasın, seçkinin nəticələri şübhə altına alınmasın. - Namizədliyin qeydə alınması üçün 40 min imza şərti var. Gərəkli imzanı toplamaq mümkün olacaqmı? Məsələn, deyirlər qeydiyyat üçün 5 min üzv tapa bilməyənlər qırx mini necə tapacaq? - 40 min imza həqiqətən çətin məsələdir. Bunu etiraf etmək lazımdır. Qısa müddətdə 40 min imzanı toplamaq lazımdır. Partiyaların qeydiyyatı üçün 5 min üzv tələb olunanda 6378 nəfərlə qeydiyyatdan keçmişik. Qeydiyyatdan keçən partiyalar içində ilk 5-likdəyik. Partiyalara üzv olmaq məsələsi başqadır, insanlar bəzən siyasi təşkilata üzv olmaq istəmirlər, çəkinirlər. Amma 40 min imza toplamaq elədir ki, istənilən partiyanın üzvü namizədlik üçün imza verə bilər. Bu həm də imkan verəcək ki, siyasi partiyalar öz imkanlarını dəyərləndirsinlər. Eyni zamanda ciddi təbliğat imkanları qazanır. Bu, şansdır. Siyasi partiyaların çoxu çalışacaq ki, seçkidə müəyyən uğurlar qazansınlar. Təəssüflər olsun ki, Azərbaycanda yeni gənc siyasi qüvvələr yoxdur, gənclər siyasətə gəlmir. Məhz bu cür problemləri aşmaq üçün seçkilərə qatılmaq lazımdır. Ən azından seçkilərin alternativsiz keçməsinə imkan verə bilmərik. Kənardan deməsinlər ki, "alternativ yoxdur", nəticələri şübhə altına salmasınlar. Bütün siyasi qüvvələr əllərini daşın altına qoymalıdır. Dövlətçiliyimiz bunu tələb edir. - İndiyədək 7 nəfərin prezidentliyə namizəd olacağı açıqlanıb ki, onların arasında hazırkı prezident, qalib lider İlham Əliyev də var. Digər namizədlərə baxdıqda, rəqabət şansını necə dəyərləndirirsiniz? - Normal yanaşıram. Seçkiyə gedən optimalist yanaşmalıdır. Təbii ki, İlham Əliyev hamıdan çox qabaqdadır. Real vəziyyət budur. Amma bizim partiya olaraq seçkidə ilk üçlükdə olmaq, hətta ikinci yerə çıxmaq imkanlarımız var. Özümüzdə bu potensialı görürük. - Sizcə, bir çox partiya rəhbəri güclü rəqiblərdən çəkindikləri üçün seçkiyə getmir? - Əlbəttə, elədir. Siyasətdə ən açıq danışan adam mənəm. Seçkiyə qatılıb çox biabırçı səslə uduzmaqdan qorxurlar. Buna rəğmən, seçkidə iştirak etməyin özü bir növ cəsarət tələb edir. Azərbaycanda elə qüvvələr var ki, kənardan kimsə gəlib onları hardasa otuzduracaq. Bu düşüncədən imtina etmək lazımdır. Hamı öz gücünü-qüvvətini ortaya qoymalıdır. Keçmişi arxada qoymaq, irəli baxmaq lazımdır. İqtidarlı-müxalifətli mədəni surətdə seçki mühiti yaratmağ bacarmalıyıq. Təklif edirəm ki, sorğular keçirilsin, hansı partiyanın, hansı siyasətçinin şansı nə qədərdir, neçənci yerdədir, aydınlaşsın. - Seçki öncə blokların yaranmasını, bir neçə partiyanın güclərini birləşdirməsini necə dəyərləndirirsiniz? - Hesab edirəm ki, bu məsələ də arxada qalıb. Bizə də müəyyən təkliflər oldu, amma qəbul etmədik. Çünki artıq seçkidə iştirakla bağlı qərarımızı vermişdik. Kim istəyir birləşsin, blok halında seçkiyə getsin. Məsələn, ideologiyası eyni olan siyasi təşkilatlar seçkiyə bir yerdə qatıla bilərlər. Əslində, bloklaşma ideoloji yönünə görə olmalıdır. Yoxsa kimin kimlə dostluğu varsa, deyir ki, blok yaratmışıq. Halbuki biri sağ, o biri sol təmayüllü təşkilatdır. Nəhayət, ölkədə siyasi təşkilatları yerinə oturtmalıyıq. Çox istərdim ki, proporsional seçki sistemi də qəbul olunsun. Ölkədə referendum keçirilməsinə ehtiyac var. Fundamental islahatlar olmalıdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Dünən, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Dünən, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Dünən, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Dünən, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Dünən, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Dünən, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Dünən, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Dünən, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Dünən, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Dünən, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Dünən, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Dünən, 11:19 |
|
|
|
|