“Milli təhlükəsizliyimizə xələl gətirə biləcək bir sıra istiqamətlər var” - İLGİNC AÇIQLAMALAR
Tarix: 7-01-2024, 12:10 | Çap et
Ermənistan rəhbərliyi sülh danışıqlarını yekunlaşdırmaq və yekun sazişi imzalamaq üçün “siyasi iradə” sahibi olduğunu iddia etsə də, reallıqlar bunun əksini sübut edir. Nikol Paşinyan və komandasının prosesi süni şəkildə uzatmaq üçün ən absurd yollara əl atdığını görməkdəyik. Beləliklə, sülhün imzalanacağına bəslənən ümidlərlə 2024-cü ilə adladıq. Amma elə yeni ilin ilk günlərindən rəsmi İrəvanın absurd iddiaları yayılmağa başladı.
Bütün bunlarla əlaqədar təhlükəsizlik eksperti İlham İsmayıl Musavat.com-un suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik: - İlham bəy, qısa fasilədən sonra ABŞ-dan Azərbaycana növbəti həmlə oldu. Bu dəfə olduqca absurd iddiaların əks olunduğu hesabatla üstümüzə gəldilər. Ağ Ev Bakıdan nə istəyir?
- Sualınıza birbaşa cavab verməzdən öncə, 1987-ci ildə erməni akademik Ambarsumyanın “Dağlıq Qarabağ”ın Ermənistana birləşdirilməsi ideyasını Paris mətbuatında səsləndirdiyini xatırlatmaq istəyirəm. Daha sonra Qarabağ hadisələri başlandı və bütün SSRİ-nin digər millətləri arasında da ixtilaflar qanlı qarşıdurmaya çevrildi, üç ildən sonra da SSRİ dağıldı. Bu gün də ermənilər Fransada, Rusiyada, ABŞ-da dövlət strukturlarında açar nöqtələrdə yerləşiblər və ən kiçik imkandan belə istifadə edib, Azərbaycanı hədəfə alan hesabatlar, tezislərlə çıxış edir, çalışdıqları ölkənin siyasətinə təsir göstərərək münasibətləri korlamağı qarşılarına məqsəd qoyurlar. Bu hesabatı tərtib edən şəxs – erməni Daniela Saroyan Aşbaxyan da ilk fürsətdəcə Azərbaycanı hədəfə alan qondarma bir hesabat tərtib edib və Dövlət Departamentinə göndərib. Kimdir Saroyan? Daniela Saroyan Aşbaxyan ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyasının İctimaiyyətlə Əlaqələr və Konqreslə Əlaqələr üzrə rəhbəridir. USCIRF-ə qoşulmazdan əvvəl o, Amerika Erməni Assambleyasında Kommunikasiyalar direktoru olub. ABŞ-da müxtəlif istiqamətlər üzrə bir çox komissiyalar var, bu komissiya da onlardan biridir. Amma Ambarsumyan necə öz işini görmüşdü, bu Saroyan da öz işini gördü və ABŞ-la Azərbaycan arasında yeni bir soyuqluq yaratdı. Hesab edirəm ki, Azərbaycandakı ABŞ səfirliyi öz ölkəsini xəbərdar edəcək. İnanıram ki, Azərbaycanın da konkret etirazlarından sonra Azərbaycan o siyahıdan yaxın vaxtlara çıxarılacaq. Praktikada belə hallar olub. Ağ Ev ötən il Konqres dinləmələrində ermənipərəst mövqe nümayiş etdirdiyinin zərərli olduğunu dərk edib dekabrın 7-də O'Brayenin Bakıya səfər etməsini xahiş etdiyi kimi, bir erməni qadının yanlış və məkrli hesabatının da münasibətlərə necə mənfi təsir etdiyinin fərqində olacaq. Amma necə deyərlər, “Mavr öz işini gördü, Mavr gedə bilər” situasiyası yarandı. Bu situasiyanı dərinləşdirməyi məqsədəuyğun hesab etmirəm.
- Bu kimi gərginliklərdən sonra Vaşinqtonun Azərbaycan-Ermənistan münasibətlərində moderatorluğu qəbul oluna, yaxud effektli sayıla bilərmi?
- Bir erməni qadının yaratdığı məkri ABŞ-ın dövlət siyasəti kimi qəbul etməyi doğru hesab etmirəm. Düzdür, ABŞ daha çox ermənipərəst siyasət yeridib və yeridir də, amma adətən dərin dövlət maraqları ortada olanda Vaşinqton küləyin hardan əsdiyinin fərqində olur. Bu məsələni “gərginliklər” səviyyəsinə qaldırmaq və ya şərh etmək yox, sivil formada etirazımızı bildirməklə qarşı tərəfin səhvini etiraf etməsinə çalışmalıyıq. Necə ki, dekabrda oldu. O ki qaldı Vaşinqtonun moderatorluğuna, bu vasitəçilik vektoru Azərbaycan üçün tam tərəfsiz olmadığından hələ ki, effektli sayıla bilməz. Amma bu o demək deyil ki, biz Vaşinqton görüşündən imtina etməliyik. Bəlkə də ermənilər bu təxribatı qəsdən törədiblər ki, Azərbaycan gözlənilən, amma hələ rəsmiləşməyən Vaşinqton görüşündən imtina etsin və beynəlxalq aləmdə belə bir rəy formalaşdırsınlar ki, Azərbaycan Qranada, Brüssel görüşlərindən imtina edib, indi də Vaşinqton görüşündən imtina etməklə Qərb vektorunun vasitəçiliyindən deyil, ümumiyyətlə sülh müqaviləsini imzalamaqdan yayınır. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Berliner Saytunq” nəşrinə verdiyi müsahibədə doğru vurğulayıb ki, Azərbaycan üçün vasitəçinin və məkanın fərqi yoxdur, əsas dayanıqlı sülhün imzalanmasıdır, amma vasitəçisiz, ikitərəfli görüşlər keçirib sülhə nail omaq daha effektlidir.
- Sizə elə gəlmirmi ki, Fransanın rəhbərliyi ilə Avropa İttifaqının nisbətən kölgəyə çəkilməsi şəraitində ABŞ anti-Azərbaycan fəaliyyətini gücləndirib? Qərbin məram-məqsədi nədən ibarətdir ki, paytaxtlar və ya təsisatlar növbəli şəkildə ölkəmizi hədəfə alırlar?
- Avropa İttifaqı və Fransa rəhbərliyinin nisbətən kölgədə qalması onların Azərbaycana qarşı olan siyasətini dəyişməyib, sadəcə Milad bayramı və Yeni il əhval ruhiyyəsi qeyri-fəal təsəvvür yaradıb. ABŞ-ın Azərbaycanı hədəfə alan mövqelərində Rusiya faktorunun müəyyən təsiri var. Vaşinqtonun strateji hədəfi Rusiyanı Cənubi Qafqazdan çıxarmaqdır. Azərbaycanın balanslı siyasət yürütməsi ABŞ-ı qane etməyə bilər və məhz bunu əsas götürüb Dövlət Departamenti, Konqres tərəfindən maraqlarımıza uyğun olmayan bəyanatların səsləndirilməsinin şahidi olmuşuq. İndi də belə bir situasiyadır, amma biz Rusiya ilə münasibətləri kiminsə istəyinə görə deyil, bizim dövlət maraqlarımıza uyğun olan bütün amilləri nəzərə alaraq qurur, siyasəti də bu istiqamətdə həyata keçiririk.
- İlham bəy, hesab etmək olarmı ki, Azərbaycanda növbədənkənar seçkinin təyin olunması Qərb paytaxtlarının planlarını pozub və aqressiya həm də seçkilərlə əlaqədardır? Bu mənada digər hansısa təxribatlar gözləniləndirmi? Milli təhlükəsizliyimizlə bağlı hansı cinahlarda ayıq-sayıq olmağı tövsiyə edirsiniz?
- Azərbaycanda Prezident seçkisinə əvvəllər də həm Qərbdən, həm Şimaldan təsirlər və təzyiqlər olub, mümkündür ki, Qərb 2025-ci il üçün də hansısa təzyiq planlaşdırıb. Amma Qərb də, Şimal da yaxşı bilir ki, Qarabağ zəfərindən sonra Azərbaycana qarşı heç bir təzyiq xalqın iradəsinə, seçiminə təsir edəsi deyil. Amma təxribatlar tamamilə mümkündür. Bu təxribatlar üçün hələ də erməni kartından istifadəni tamamilə mümkün sayıram. Bu, özünü Qarabağ ermənilərinin beynəlxalq mexanizm üzərindən geri qaytarılması kimi təzyiqlərlə, Ermənistanı silahlandırmaqla göstərə bilər, amma açığı, bu təzyiqlərin nəticə verməyəcəyini ilk növbədə o təxribatları planlaşdıranlar bilir. Milli təhlükəsizliyimizə xələl gətirə biləcək bir sıra istiqamətlər var, amma bu, Qərbdən çox erməni terrorunda və bu terror vasitəsilə bölgədə təsirini artırmaq istəyən erməni havadarların fəaliyyətində özünü göstərə bilər. Azərbaycan xüsusi xidmət orqanlarının peşəkarlığı bu istiqamətdə gözlənilən təxribatların qarşısını almaq üçün kifayət edir.
- ABŞ doğrudanmı Rusiyanın Bakı və İrəvan arasındakı sülh təşəbbüslərinə normal yanaşır? Bu mənada Millerin son bəyanatı nə qədər səmimidir?
- Metyu Millerin bəyanatı diplomatik gedişdir. Rusiya Federasiyasının XİN rəhbəri Lavrov ilin yekunlarına aid hesabat müsahibəsində Rusiyanın iştirakı olmadan sülhün yaranmasının mümkünsüzlüyünə xeyli işarələr vurdu. 30 dekabrda isə onun müavini Mixail Qaluzin daha sərt açıqlama verərək, “Qərbdə möcüzəvi xilas axtarmaq illüziyalı və təhlükəlidir” fikrini səsləndirdi. Bir həftəyə hansı proses baş verdi ki, Rusiya Cənubi Qafqaz siyasətindən imtina etdi. Heç bir tərəf – Rusiya da, ABŞ da sülh müqaviləsinin imzalanmasının əleyhinə heç vaxt rəsmi mövqe bildirmir, amma siyasətlərini daha çox öz maraqları səviyyəsində qabartmaları elə mane olmaq deməkdir. Bunu həm Rusiya, həm də Qərb edir. Miller Rusiyadan yumşalama bəyanatı uma bilər, amma Rusiya Ermənistanı bu tezlikdə Qərbin qucağına atası deyil.
- İranda törədilən terror aktının izləri sizcə, real olaraq hara aparacaq? Bu qətliamın ardınca Tehranın qisas alacağını güman etmək olarmı, yoxsa buna cəsarət etməyəcək?
- İran apardığı siyasətin nəticələrini görür və bu, son olmayacaq. İran dünyada terroru yaradan, maliyyələşdirən bir dövlətdir. Bu dəfə bumeranq effekti verib. Tehran adətən qisas alacağını elan etsə də, qisas üçün tələsmir və uyğun zaman gözləyir, öz miqyasında qisas alır. İndi də elə olacaq, amma əksini də görəcək.
- Rusiya-Ukrayna müharibəsinin illərlə davam edə biləcəyi barədə ehtimalları bölüşürsünüzmü? Krım, Donbas... uğrunda müharibə Qəzza uğrunda savaşa çevrilə, on illərlə davam edə bilərmi?
- Rusiya-Ukrayna müharibəsi tezliklə bitəsi deyil. Martda ABŞ-ın və Avropanın maliyyə, hərbi yardımları yenidən davam edəcək və bu ilin sonunadək müharibənin davam etməsi realdır. Döyüşlər, raket zərbələri mübadiləsi artacaq və səngiyəcək, amma bitməyəcək. ABŞ-da prezident seçkisindən sonra vəziyyət dəyişə bilər. Hansı istiqamətdə proqnoz vermək çətindir. Yeni situasiyalar yaranacaq və dünya gücləri də uyğun olaraq yeni taktiki, strateji addımlar ata bilərlər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Dünən, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Dünən, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Dünən, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Dünən, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Dünən, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Dünən, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Dünən, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Dünən, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Dünən, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Dünən, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Dünən, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Dünən, 11:19 |
|
|
|
• Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Dünən, 11:18 |
|
|
|
|