“Ukraynada tüpürcək yarışı gedir”
Tarix: 28-02-2014, 12:20 |
Çap et
“Rusiyanın maraqları Qərb tərəfindən tapdalanıb”. Bu fikri Hafta.az-a Rusiya-Krım münasibətlərini şərh edərkən politoloq Zərdüşt Əlizadə deyib. O bildirir ki, hazırda Ukraynada yarışmadır:
“Rusiya hazırda geosiyasi və strateji maraqlarını müdafiə etməyə çalışır. Qərb və Ukraynanın millətçiləri isə onun bu maraqlarını tapdalayır. Rusiya da öz rusdilli tərəfkeşlərinə mənəvi dəstək verir. Həmin rusdillilər də Ukrayna qanunlarına tüpürərək öz hüquqlarını müdafiə edirlər. Necə ki, Kiyevdə millətçilər qanunlara və Ukrayna dövlətinin maraqlarına tüpürürdülər, indi də Krımdakı rusdillilər eyni addımı atır. Nəticə olaraq bir yarış yaranır. Kim daha çox Ukrayna maraqlarına tüpürəcək. Hələlik Kiyevdəkilər üstünlük qazanıb daha çox tüpürüblər. Çünki onlar artıq vəzifələrə yiyələniblər. Bundan sonrasını isə zaman göstərəcək”.