Gələn həftədən prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq - Diqqət
Tarix: 10-01-2024, 10:14 |
Çap et
Gələn həftədən növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq.
“Report”un xəbərinə görə, prosesə yanvarın 15-də start veriləcək.
Fevralın 6-sı saat 8:00-da təşviqatın aparılması dayandırılacaq.
Qeyd edək ki, Azərbaycanda prezidentliyə namizədliyin qeydə alınması prosesi yanvarın 9-da başa çatıb. Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb.
Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır:
1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;
3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev
7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev;