KXCP bələdiyyə seçkiləri ilə bağlı qərar verəcək
Tarix: 1-03-2014, 13:54 |
Çap et
Klassik Xalq Cəbhəsi Partiyası rayon (şəhər) şöbə sədrlərinin iştirakı ilə nəzərdə tutulan Ali Məclisinin növbəti sessiyası keçirilir. İclasda sədr Mirmahmud Mirəlioğlu və müavini Bəybala Əbil çıxış edib.
Partiya sədrinin müavini Xəzər Teyyublu Hafta.az-a açıqlamasında bildirib ki, iclas KXCP-nin mənzil-qərargahında keçirilir: “Hazırda iclasdayıq və müzakirələr davam edir. Bundan öncə verilən qərarların icra vəziyyəti, ictimai-siyasi durum və bələdiyyə seçkilərində iştirak məsələləri müzakirə edilir. Hələ ki, bir qərar verilməyib”.
Qeyd edək ki, Mirmahmud Əlioğlu Hafta.az-a açıqlamasında Milli Şuranın seçkiyə qatılmayacağı təqdirdə KXCP-nin seçkilərdə tək iştirak edəcəyini demişdi. Bugünkü iclasda yekun qərar veriləcəyi gözlənilir.