Azərbaycanda seçki mühitinin ölçülməsi məqsədilə sosioloji sorğuya başlanılıb
Tarix: 22-01-2024, 11:02 |
Çap et
Azərbaycanda seçki mühitinin ölçülməsi məqsədilə sosioloji sorğuya başlanılıb.
“Report”un xəbərinə görə, sorğu Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası “ORACLE ADVİSORY GROUP”- (ABŞ) təşkilatı ilə birgə həyata keçirilir.
Qeyd edək ki, ABŞ-nin “ORACLE ADVİSORY GROUP” təşkilatı və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində "exit-poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib.