Dünən Xalq Cəbhəsi Partiyasının qərargahında baş verən partlayışdan sonra binanın sökülməsinə qərar verilib.
Bunu Hafta.az-ın hadisə yerində olan əməkdaşına AXCP-nin Ali Məclisinin sədri Həsən Kərimov deyib. Onun sözlərinə görə, bu barədə cəbhəçiləri polis məlumatlandırıb. Amma onlara heç bir rəsmi sənəd təqdim edilməyib. Ofis bu gün günortadan sonra söküləcək.
AXCP-yə qərargahın boşaldılması üçün 1 gün vaxt verilib. Söküntüyə səbəb kimi isə həmin binanın ətraf yerlərə təhlükə yaratdığı göstərilib.
Qərargahın əşyaları cəbhəçilərin evlərinə daşınır. Ofisi icarəyə verən sahibkar isə məsələ ilə bağlı bu gün İstanbuldan Bakıya gəlir.
Nərimanov rayon polis idarəsinin bölmə rəisi Şahmar İbadov Hafta.az-a verdiyi məlumatda qərargahın boşaldılması xəbərini təsdiq edib:
“Daşınma üçün nəqliyyat vasitəsi və işçi qüvvəsi işə yardıme edəcək”.
Məlumat üçün deyək ki, AXCP bu ünvana noyabr ayında köçmüşdü.