"Lakin bu müxalif qüvvələrin fikridir"
Tarix: 5-03-2014, 10:26 |
Çap et
“Bu Ukraynanın daxili işidir və iqtidarın bu məsələyə qarışması Rusiyanın mövqeyini dəstəkləmək deməkdir”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı Ukraynada baş verən hadisələrlə bağlı müxalifət və iqdidarın birgə bəyanat verməsinin mümkünlüyü ilə bağlı iddialara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, iqtidarın Ukraynadakı hadisələrlə bağlı hər hansı bir müdaxiləsi hesab edirəm ki, beynəlxalq hüquq normalarına ziddir:
“Müxalifət isə Ukraynada gedən hadisələrlə bağlı artıq öz münasibətini ifadə edib və Ukraynanın daxili işinə Rusiyanın müdaxilə etməsini pisləyir, eləcə də bunu qəbul etmir. Lakin bu müxalif qüvvələrin fikridir. Bu kimi məsələlərdə müxalifət və iqtidarın birgə bəyanatla çıxış etməsi düzgün anlayış deyil. Çünki kənardan bu, birgə bəyanat kimi deyil, bir dövlətin bəyanatı kimi qəbul edilir. Ona görə də hesab edirəm ki, Azərbaycan kimi bir dövlətin iqtidarının Ukrayna hadisələri ilə bağlı hər hansı bir müdaxiləsi düzgün olmazdı. Ukrayna hadisələri ilə bağlı nəhəng dövlətlər Rusiyaya artıq öz narazılıqlarını bildiriblər. Azərbaycan kimi xırda dövlətlərin bu kimi vəziyyətdə neytral mövqe tutması məqsədəuyğundur”.