Krıma getmək istəyən Müsavat başqanının müavinləri Rusiyada həbs olundu - Onlardan xəbər yoxdur
Tarix: 10-03-2014, 11:51 |
Çap et
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, başqan müavini Arif Hacılı Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində saxlanılıb. Bu barədə APA-ya A.Hacılı özü məlumat verib. O, “məni Mahaçqalada saxlayıblar, xahiş edirəm ailəmə xəbər verin”, - deyib. A.Hacılı ilə əlaqə kəsildiyindən hadisənin təfərrüatlarını öyrənmək mümkün olmayıb.
Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli APA-ya bildirib ki, A. Hacılı martın 9-da axşam digər başqan müavini Gülağa Aslanlı ilə birlikdə Krım Muxtar Respublikasına getmək üçün qatarla Ukraynaya yola düşüb: “Yəqin ki, Rusiya ərazisində onları saxlayıblar”.
Qeyd edək ki, hazırda A.Hacılı və G.Aslanlı telefon zənglərinə cavab vermirlər.