“Onu hüquqi müstəvidə cəzalandırmağa çalışacayıq” - VİP-dən Eldəniz Quliyevə məhkəmə hədəsi
Tarix: 12-03-2014, 11:04 |
Çap et
“Partiyamıza qarşı aparılan kampanyanın arxasında Eldar Namazov dayanır”.
Bu sözləri Moderator.az-a açıqlamasında VİP sədrinin müavini Ramil Hüseynov bildirib. R.Hüseynovun sözlərinə görə, VİP “EL” Hərəkatı rəhbərliyini hüquqi müstəvidə cəzalandırmaq cəhdlərini bundan sonra da davam etdirəcək:
“Hər kəsə məlumdur ki, VİP sədri Ə.Əliyev E.Namazovu debata çağırmışdı. E.Namazov isə Ə. Əliyevlə debatdan qaçdı. Onlar normal polemika aparmaq iqtidarında olmayan adamlardır. “EL” Hərəkatının Ali Məclis sədrinə gəlincə, bizim o adamla məhkəməmiz davam edəcək. Biz onu hüquqi müstəvidə cəzalandırmağa çalışacayıq. O da bunu bildiyi üçün bu cür addımlarla bizimlə vəziyyətini bərabərləşdirmək istəyir. Buna görə də, mən onların barəmizdə səsləndirdiyi sözlərə cavab vermək, xırda kalibrli şəxslərin fikirlərinə münasibət bildirmək istəmirəm. Onlar öz adlarını özgəyə qoyan insanlardır. Onların bizim barəmizdə yazdıqları, dedikləri hər şey onların özünə aiddir”.