17 Martda Bakıda Rusiyaya qarşı mitinq gözlənilir
Tarix: 13-03-2014, 12:20 |
Çap et
Dünya Azərbaycanlıları Konqresi və Vətəndaş Həmrəyliyi Partiyası birlikdə aksiya keçirməyi planlaşdırır.
DAK-ın şöbə müdiri Real Cəfərli açıqlamasında bildirib ki, bununla bağlı dünən Bakı meriyasına müraciət edilib: “Aksiya martın 17-də saat 15-ə təyin olunub. Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısında Ukraynanı dəstəkləmək üçün aksiya keçiriləcək”.
VHP Mərkəzi İcra Aparatının sədri Samir Əsədli Hafta.az-a bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin cavabını gözləyirlər: “Biz razılaşdırılmış aksiya keçirəcəyik. Əgər meriya müsbət cavab verməzsə, ona uyğun qərar verəcəyik”.