"Bu mükafatı da satqınlığına görə ona vermək istəyirlər” - Hafiz Hacıyev
Tarix: 14-03-2014, 11:36 |
Çap et
“Əkrəm Əylisliyə Nobel mükafatını ermənipərəst olduğu üçün vermək istəyirlər. O, satqın insandır. Bu mükafatı da satqınlığına görə ona vermək istəyirlər”. Bu fikirləri SİA-ya açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev söyləyib.
Partiya sədri bildirib ki, Əkrəm Əylisli heç bir mükafata layiq deyil: “O, satqın, xəyanətkar insan olduğu üçün heç bir mükafata layiq deyil. Ermənilərin təkidi ilə bu mükafata namizəd ola bilər”.