"Cənab Prezidentin görüşdəki daha bir açıqlamasından gəldiyim nəticə budur" - deputat
Tarix: 8-06-2024, 11:22 | Çap et
 Türk dünyasının gücləndirilməsi, birləşməsi Türk dünyasını, Türk Dövlətləri Təşkilatını dünya miqyasında böyük bir güc mərkəzinə çevirəcək.
Bu fikri Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə səsləndirib.
Dövlətimizin başçısı deyib ki, mövcud olan güc mərkəzləri böhran içindədir. Hərəsinin öz böhran çərçivələri var. Bizim isə əksinə, potensialımız gündən-günə çiçəklənir.
TÜRKPA-nın fəaliyyətdə olan sədri, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Bakıda keçirilən TÜRKPA-nın 13-cü plenar sessiyası çərçivəsində təşkil olunan mətbuat konfransında söyləyib ki, Azərbaycan TÜRKPA-nın fəaliyyətdə olan sədri kimi əməkdaşlığın inkişafı naminə var gücü ilə çalışacaq.
O, TÜRKPA-nın 13-cü sessiyasının nəticələrinin ümumi işə, əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyinə əmin olduğunu bildirib:
“ TÜRKPA ortaq dəyərlərə sahib bir qurumdur və biz hamımız vahid güc kimi türk dövlətlərinin həmrəyliyi naminə birgə səylərimizi davam etdirəcəyik.
O qeyd edib ki, sessiyanın gündəliyində duran bütün məsələlər nəzərdən keçirilib, müəyyən qərarlar verilib, qurumun büdcəsi, Bakı Bəyannaməsi qəbul edilib. Bəyannamədə bir sıra mühüm mövzulara toxunulub.
Milli Məclisin sədri ümidvar olduğunu bildirib ki, tədbirdə “yaşıl enerji” sahəsində plenar sessiyada aparılan müzakirələr, irəli sürülən təkliflər öz töhfəsini verəcək.
TÜRKPA sədrliyinin Azərbaycana keçməsini “Sherg.az”a dəyərləndirən millət vəkili Sahib Alıyev bildirib ki, İkinci Qarabağ Savaşından sonra türk dünyasının sıx inteqrasiyası yönündə- "dildə, fikirdə və əməldə birliyə" doğru mühüm addımlar atıldığını görürük: “Əminəm ki, bunu arzulayan əcdadlarımızın ruhu indi şaddır. TÜRKPA-ın Bakıda keçirilən 13-cü sessiyası və özəlliklə də Cənab İlham Əliyevin qardaş dövlətlərin parlament rəhbərləri ilə görüşdə səsləndirdiyi fikirlər göstərdi ki, türk dünyasının böyük potensialının bu ailənin hər birinin maraqlarına eyni dərəcədə xidmət edə biləcək gücə çevrilməsində Azərbaycan çox mühüm rol oynayır. Şimali Kipr parlamenti sədrinin ölkəsinin də Türk Dövlətləri Təşkilatının tamhüquqlu üzvü olmaq istədiyini bildirərkən Cənab Prezidentin bunun ikiəlli dəstəklədiyimizi deməsi də bizimlə eyni soydan olanlara necə yanaşdığımızın bir örnəyidir. Yəqin, beş-on il öncə türk dövlətlərinin sıx birliyinə bu qədər çalışmamız torpaqlarımızın işğaldan azad edilməsində qardaşlarımızdan dəstək ummaq təsiri bağışlaya bilərdi. Ancaq indi hər kəs görür ki, Azərbaycanın bu yöndəki istək və fəaliyyətinin arxasında türk dünyasının güc mərkəzinə çevrilməsi, kiminsə diqtəsinə boyun əymədən müstəqil, üzv olduğumuz ailənin çıxarlarına uyğun siyasət yeritməsi durur. Eyni zamanda, türk dünyasının sıx inteqrasiyasında oynadığı rolu da gördükləri üçündür ki, 29-cu Neft və Qaz sərgisinin açılış törənindəki çıxışında OPEK-in baş katibi Cənab İlham Əliyevi qlobal lider adlandırdı”.
Parlamentari qeyd edib ki, düz 30 il bundan əvvəl ilk sərgi keçirilərkən təkcə yatırım deyil, həm də yardıma böyük ehtiyac duyan, parçalanmaq təhlükəsi ilə üzləşən, min faizlik inflyasiya burulğanında boğulan Azərbaycan indi özü investor və donor ölkə olaraq çıxış edir: “Artıq işğal altındakı torpaqlarımız azaddır. Ölkəmizi parçalamağı, hətta yer üzündən silməyi planlaşdıranlar isə artıq Azərbaycandan özləri üçün belə bir təhlükənin gəldiyini iddia edirlər. Halbuki ən yüksək səviyyədə də deyilib ki, bizim heç kimin torpağında gözümüz yoxdur. Əgər Ermənistan yenə ötən əsrdəki addımlarını təkrarlamağa qalxarsa, dövlət başçmızın da bildirdiyi kimi bu onun üçün intihar demək olacaq. Ermənistanla aparılan danışıqların üzərindən sirr pərdəsinin məhz türk parlamentlərinin rəhbərləri ilə görüşdə götürülməsi heç də təsadüfi deyildi. Azərbaycan hər hansı konyunktur maraqların təminində deyil, regionda dayanıqlı əmin-amanlıqda maraqlıdır və buna çalışır. Bizə dövlətlərarası sülh anlaşması lazımdır, hakimiyyətlərarası yox. Yəni Ermənistan Konstitusiyasının dəyişmədiyi təqdirdə Paşinyandan sonra hakimiyyətə gələn hər hansı Baqrat, yaxud da Vartan orada Ermənistan rəsmlərinin Qarabağın Azərbaycanın tərkibində görən hər hansı sülh anlaşmasına imza atamısını yasaqlayan hissəyə dayanaraq ondan imtina edə bilər. Cənab Prezidentin görüşdəki daha bir açıqlamasından gəldiyim nəticə budur ki, o türk dövlətlərinin hərbi potensialının artmasına və bu sahədə bir-biri ilə sıx əməkdaşlığı olduqca önəmli sayır”.

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyanı impiçmentlə devirmək mümkün deyil - Akop Aslanyan
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 10:29 |
|
|
|
• Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... - AXI NİYƏ?..
Bu gün, 10:25 |
|
|
|
• Siyəzəndə dövlət tenderlərini kimlər udur? - SİYAHI
Bu gün, 10:17 |
|
|
|
• Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? - AKTUAL
Bu gün, 10:00 |
|
|
|
• Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... - Şəhəri sökənlər seviləsi nəsə qoymayıblar...
Bu gün, 09:59 |
|
|
|
• Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi - DOSYE
Bu gün, 09:49 |
|
|
|
• "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
Bu gün, 09:48 |
|
|
|
• Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi
Bu gün, 09:28 |
|
|
|
• Məmura “donuz” deyən şəxs cəzalandırıldı - Məktub 400 nəfərlik kollektivdə oxunub
Bu gün, 09:28 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? – DETALLAR
Bu gün, 09:23 |
|
|
|
• Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” MTK sədri ilə bağlı QƏRAR
Bu gün, 09:21 |
|
|
|
• “Loğman” ASC səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 09:16 |
|
|
|
• Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 09:15 |
|
|
|
• “Azercell” abunəçiləri nömrələrindən imtina edir – SƏBƏB, VİDEO
Bu gün, 09:12 |
|
|
|
• Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarır
Bu gün, 09:05 |
|
|
|
• Azərbaycanın beton şirkətinə - YENİ SƏDR SEÇİLİR
Bu gün, 09:03 |
|
|
|
• Qısaldılmış iş vaxtı hansı işçilərə tədbiq oluna bilır? - Ekspert danışır...
Bu gün, 08:50 |
|
|
|
• SSRİ bayrağı qaldıran sədr: `Türkiyə bayrağına niyə bir söz demirsiniz...` - Adam SƏRSƏMLƏMƏYƏ DAVAM EDİR...
Bu gün, 08:47 |
|
|
|
• “Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44 |
|
|
|
• Şoyqu Azərbaycan TŞ-nin katibini Moskvada gözləyir - TƏFƏRRÜAT
Bu gün, 08:42 |
|
|
|
• Özü haqqında sənədli film çəkdirdi... indi də özünə 13-CÜ İMAM dedirdir - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:35 |
|
|
|
• Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub - cavab tədbirləri görülüb
Bu gün, 08:26 |
|
|
|
• Banka krediti olanların NƏZƏRİNƏ - ALDANMAYIN...
Bu gün, 07:19 |
|
|
|
• Bakı ilə bağlı qorxunc durum: nə etməli? – “1 milyon nəfər çıxarılır…”
Bu gün, 07:17 |
|
|
|
• "Harada da qarşılaşsaq, "necəsən" deyərəm"
Bu gün, 06:49 |
|
|
|
• Müdafiə Nazirliyinin 6,3 milyonluq 3 tenderi ləvğ edildi - SƏBƏB AÇIQLANMADI
Bu gün, 06:45 |
|
|
|
• Perik düşən Orta Asiya türkləri Bakı ilə Ankaranın planını poza bilməyib - GƏLİŞMƏ
Bu gün, 06:38 |
|
|
|
• Şirvanda 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
Bu gün, 06:34 |
|
|
|
• "Terrorsuz Türkiyə" strategiyası: qazanılmış nəticə və Azərbaycanın dəstəyi - İNCƏLƏMƏ
Bu gün, 06:21 |
|
|
|
• Silah buraxıldı, təşkilat bitdimi? - Görünəni odur ki...
Bu gün, 06:17 |
|
|
|
• “Silah tapa bilərlər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!” - deputat
Bu gün, 06:15 |
|
|
|
• Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53 |
|
|
|
• Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44 |
|
|
|
• Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40 |
|
|
|
• Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38 |
|
|
|
• Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31 |
|
|
|
• "Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?"
Bu gün, 00:28 |
|
|
|
• Lerikdə vəzifə saxtakarlığı: - Kommunal birliyin rəisi və məktəb direktoru cəzalandırıldı
Bu gün, 00:26 |
|
|
|
• Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi
Dünən, 23:00 |
|
|
|
• 1,2 milyon vergi borcu olan şirkət kimindir? - İLGİNC
Dünən, 22:58 |
|
|
|
• "Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" - İŞƏ POLİS QARIŞDI
Dünən, 22:29 |
|
|
|
• Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Dünən, 22:26 |
|
|
|
• Azərbaycanda nazir koronovirusa yoluxdu - FOTO
Dünən, 22:23 |
|
|
|
• Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib - ƏMR
Dünən, 22:21 |
|
|
|
• Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Dünən, 19:02 |
|
|
|
• Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Dünən, 18:58 |
|
|
|
• AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Dünən, 18:11 |
|
|
|
• AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Dünən, 18:10 |
|
|
|
|