Azərbaycanda məşhur ailənin evindən növbəti oğurluq - TƏFƏRRÜAT
Tarix: 20-06-2024, 12:10 | Çap et
 Azərbaycanda məşhur Kəngərlilər nəslinə məxsus evlərdən birindən yenidən oğurluq hadisəsi olub. Altı il əvvəl 1 milyon 200 min manatlıq oğurluğa məruz qaldığını deyən ailənin, bu dəfə 20 minə yaxın pulu oğurlanıb.
"Qafqazinfo” xəbər verir ki, oğurluq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru Gülşən Əliyeva - Kəngərlinin evindən edilib.
G.Əliyevanın Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən villasında işləyən tibb bacısı, 1988-ci il təvəllüdlü G.Təhməzovanın evdəki çantadan 19 300 manat oğurladığı məlum olub. Belə ki, G.Əliyevanın anası, AMEA-nın Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini Aybəniz Əliyevanın baxıcısı işləyən G.Təhməzova barəsində Cinayət Məcəlləsinin 177.2.4-cü (Xeyli miqdarda oğurluq) maddəsi ilə iş açılıb. İş baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib və iyunun 14-də hökm oxunub.
Məhkəmə iclasında G.Təhməzova törətdiyi əməli etiraf edib və oğurladığı pulları geri qaytardığını deyib: "2022-ci ilin sentyabr ayından Gülşən xanımın Pirşağıdakı 4 mərtəbəli bağ evində həm xadimə, həm də tibb bacısı kimi işləmişəm, insult keçirmiş anası Aybəniz xanıma baxmışam.
Məndən başqa, evdə daha iki xanım da tibb bacısı kimi işləyərək Aybəniz xanıma nəzarət edirdi. 5 sentyabr 2023-cü ildə evdə Aybəniz xanımla tək olduğum vaxt dolabda əl çantasından 19 300 manat götürdüm. Mənə az əməkhaqqı verilməsi səbəbindən aqressiv olmuşam, bu səbəbdən də həmin pulları çantadan götürmüşəm”.
Araşdırmalar zamanı məlum olub ki, G.Təhməzova pulun böyük hissəsini yaxın münasibətdə olduğu şəxsə verib. İşin üstü açıldıqdan sonra isə o, bütün pulları polisin vasitəsilə geri qaytarıb.
Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, peşmanlıq hissi duymasını, dəymiş zərəri ödəməsini, qarşı tərəfin şikayətini geri götürməsini nəzərə alaraq, ona həbslə bağlı olmayan cəza verib. 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilən G.Təhməzovaya elektron qolbaq tətbiq edilib və polisin nəzarəti altına verilib.
Qeyd edək ki, Aybəniz Əliyeva-Kəngərli bir müddət AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsini də tutub. Onlar məşhur Kəngərlilər nəslindəndirlər.
Onu da əlavə edək ki, bir neçə il əvvəl ailənin Nəsimi rayonunda yaşadığı evdən də xidmətçi 536 min ABŞ dolları (912 min AZN), 143 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamışdı. Həmin vaxt xadimə X.Zeynalova və onun tanışı barəsində də cinayət işi açılmış və hər iki şəxs məhkum edilmişdi.

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02 |
|
|
|
• "Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00 |
|
|
|
• Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57 |
|
|
|
• Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52 |
|
|
|
• Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49 |
|
|
|
• “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42 |
|
|
|
• Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40 |
|
|
|
• Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: - “Məndə olan gözəllik onda yoxdur”
Bu gün, 12:32 |
|
|
|
• Ramiz Mehdiyevin qızı “təslim olmur” - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Eşidib ki, inilti səsi gəlir... - 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatı
Bu gün, 12:27 |
|
|
|
• Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu - Görünməmiş dələduzluq
Bu gün, 12:22 |
|
|
|
• Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər
Bu gün, 12:20 |
|
|
|
• SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib - YENİ FAKTLAR...
Bu gün, 12:17 |
|
|
|
• Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı - 85 minlik DƏLƏDUZLUQ
Bu gün, 12:15 |
|
|
|
• “Tualet kağızını reklam etmək istəmirəm”
Bu gün, 12:09 |
|
|
|
• "Eldar, bu iş sənlik deyil, çıx get" - ÇAĞIRIŞ
Bu gün, 12:00 |
|
|
|
• Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər - “Fox News Digital”
Bu gün, 11:58 |
|
|
|
• SOCAR-ın SİRLİ HÜMMƏTİ... - Burada haqqı deyənlər haqqı əzənlərə qurban verilir...
Bu gün, 11:51 |
|
|
|
• "Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" - QALMAQAL
Bu gün, 11:25 |
|
|
|
• Ən çox şikayət olunan sığorta şirkətləri - SİYAHI
Bu gün, 11:18 |
|
|
|
• Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb
Bu gün, 11:17 |
|
|
|
• Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? - Görünəni odur ki...
Bu gün, 11:12 |
|
|
|
• Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... - DAYANACAQMI?
Bu gün, 11:10 |
|
|
|
• Naxçıvan küçələrinə işıq gətirəcək - TENDERİN ÜZÜ İŞIQ GÖRMƏDİ
Bu gün, 11:06 |
|
|
|
• Üzr istəmək kifayət etməyəcək: - Nəhəng şirkətlərin Rusiyaya qayıdış şərtləri açıqlandı
Bu gün, 10:59 |
|
|
|
• Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? - ARAŞDIRMA
Bu gün, 10:57 |
|
|
|
• Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi - Yekun qərar verildi
Bu gün, 10:53 |
|
|
|
• "Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı
Bu gün, 10:52 |
|
|
|
• Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır - İNCƏLƏMƏ
Bu gün, 10:49 |
|
|
|
• Müxalifətin Paşinyanı yola salmaq axtarışları - Liderlərin sözü üst-üstə düşmədi
Bu gün, 10:48 |
|
|
|
• TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına 4.8 milyon xərcləyəcək
Bu gün, 10:42 |
|
|
|
• Paşinyanı impiçmentlə devirmək mümkün deyil - Akop Aslanyan
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 10:29 |
|
|
|
• Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... - AXI NİYƏ?..
Bu gün, 10:25 |
|
|
|
• Siyəzəndə dövlət tenderlərini kimlər udur? - SİYAHI
Bu gün, 10:17 |
|
|
|
• Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? - AKTUAL
Bu gün, 10:00 |
|
|
|
• Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... - Şəhəri sökənlər seviləsi nəsə qoymayıblar...
Bu gün, 09:59 |
|
|
|
• Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi - DOSYE
Bu gün, 09:49 |
|
|
|
• "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
Bu gün, 09:48 |
|
|
|
• Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi
Bu gün, 09:28 |
|
|
|
• Məmura “donuz” deyən şəxs cəzalandırıldı - Məktub 400 nəfərlik kollektivdə oxunub
Bu gün, 09:28 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? – DETALLAR
Bu gün, 09:23 |
|
|
|
• Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” MTK sədri ilə bağlı QƏRAR
Bu gün, 09:21 |
|
|
|
• “Loğman” ASC səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 09:16 |
|
|
|
• Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 09:15 |
|
|
|
• “Azercell” abunəçiləri nömrələrindən imtina edir – SƏBƏB, VİDEO
Bu gün, 09:12 |
|
|
|
• Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarır
Bu gün, 09:05 |
|
|
|
• Azərbaycanın beton şirkətinə - YENİ SƏDR SEÇİLİR
Bu gün, 09:03 |
|
|
|
|