“Qarabağda müharibə versiyası aktual deyil” - YAP
Tarix: 28-03-2014, 12:51 | Çap et
Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr komissiyasının katibi Elman Nəsirli “Media forum” saytının suallarına cavab verib.
- Rusiya Krımı özünə birləşdirdikdən sonra regionda yeni situasiyanın yarandığı haqda rəylər verilir. Krım hadisələrinin Dağlıq Qarabağ münaqişəsinə nə kimi təsiri olacaq? Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nə gözləmək olar?
- Krımın ilhaq edilməsi, heç şübhəsiz, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə də təsir edir, özü də mənfi təsir. Krım hadisələrinə görə Rusiya-Ukrayna münasibətlərinin gərginləşməsi fonunda Amerika Birləşmiş Ştatları və müttəfiqlərinin Rusiya ilə münasibətləri son dərəcə gərginləşib. İş elə gətirib ki, bu gün münasibətləri həddindən artıq gərginləşən tərəflər elə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğuldur. Bir tərəfdən Birləşmiş Ştatlar və Fransa, digər tərəfdən isə Rusiya. Ola bilməz ki, bu dövlətlər arasında çox ciddi bir etimad böhranı əmələ gəlsin, amma Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində özlərini çox rahat, çox problemsiz aparsınlar. Bu mümkün deyil. Dolayısı yolla bunun təsirləri var.
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin öz “Twitter” səhifəsində münaqişənin həlli ilə bağlı yaydığı son fikirlər prosesə buxovlayıcı təsir göstərir. Uorlik yazır ki, münaqişə Dağlıq Qarabağ və Azərbaycan arasındadır. Bu, kökündən səhv yanaşmadır. Uorlik ən azı peşəkar olaraq bilməli idi ki, münaqişə Azərbaycan və Ermənistan arasındadır. Onun tabe olduğu Dövlət Departamenti Dağlıq Qarabağı separatçı rejim kimi tanıyır. Amma bu separatçı rejimi cənab Uorlik tərəf kimi görmək istəyir. Belə yanaşmalar münaqişənin həlli yollarına mənfi təsir göstərir.
- Dağlıq Qarabağla bağlı müəyyən ssenarilərin işə düşəcəyi haqda rəylər var...
- Ermənistan İrs Partiyasının rəhbəri Raffi Ovannisyan deyir ki, bu vəziyyətdən maksimum faydalanmalıyıq və ilk addım kimi gərək Ermənistan hamıdan öncə qondarma respublikanı tanısın. Yəni fürsətdən istifadə edib tanımaq və eyni zamanda referendum keçirmək məsələsini gündəmə gətirmək istəyirlər.
Digər yandan Rusiyanın avantürist siyasətçilərindən Vladimir Jirinovski təklif edir ki, Dağlıq Qarabağın Ermənistana deyil, Rusiyaya birləşdirilməsinə nail olmaq, bununla bağlı referendum keçirmək lazımdır. Belə təkliflər, yanaşmalarla sülh prosesini pozmaq istəyirlər.
Krım hadisələri və Krımda referendum keçirilməsi məsələsi bir məqama aydınlıq gətirdi ki, Qərb belə referendumları qəbul etmir. Qərb Krımdakı referendumun nəticələrini tanımır, qeyri-legitim hesab edir. Rusiya pasportunu daşıyacaq Krım əhalisinə isə Avropa İttifaqı Şengen vizasının verilməməsi haqqında qərar qəbul edib. Yəni krımlı şəxs Avropaya getmək istəyirsə, zəhmət çəkib Ukrayna hökumətindən viza alsın və özünü Ukrayna vətəndaşı kimi təqdim etsin. Bunlar təzyiq mexanizmləridir. Ermənilərin, rusların Dağlıq Qarabağda referendum keçirmək, ərazinin Ermənistana, Rusiyaya birləşdirilməsi kimi yanaşmalara Qərbin mövqeyi birmənalı bəllidir. Hesab edirəm ki, heç bir halda bu ssenarilər işləməyəcək.
Amma bu olaylar sülh danışıqlarına mənfi təsirini göstərəcək. Təsadüfi deyil ki, həmsədrlərin çox ciddi cəhdlərindən sonra, nəhayət ki, Haaqada Azərbaycan-Ermənistan prezidentlərinin görüşü keçirildi. Uorlik özünün “Twitter” səhifəsində yazır ki, bu görüş çox qısa oldu. Eyni zamanda yazır ki, görəsən, prezidentlər öz dedikləri sözləri əməli addımları ilə təsdiq edəcəklərmi, onların sözlərinə inanmaq olarmı? Belə bir sual da qoyulub. Bu onu göstərir ki, danışıqlar alınmayıb.
- Hərbi əməliyyatlar başlana bilərmi?
- İndiki halda həmsədr dövlətlərin əsas niyyəti ondan ibarətdir ki, vəziyyət heç bir halda hərbi əməliyyatlara keçidlə yekunlaşmasın. Bu ilin mart ayında ATƏT-in Minsk qrupunun 22 yaşı tamam oldu. Onların bütöv fəaliyyətinə baxsanız, bu fəaliyyət münaqişəni həll etmək yox, müharibəyə çevrilməsinin qarşısını almaq olub. Vəziyyətin kifayət qədər mürəkkəbləşməsinin müharibəyə gətirəcəyindən çəkinərək Haaqada prezidentlər səviyyəsində görüşə nail olublar və bir müddət üçün atəşkəs rejimini qoruyub saxlamaq istəyirlər. Qərb, ATƏT-in Minsk qrupu heç bir halda müharibənin başlamasına maraqlı deyil. Ona görə də görüşlər keçirilir, ona görə də təmasları çoxaltmaq istəyirlər. Hesab edirəm ki, indiki halda müharibə versiyası aktual deyil.
- Vladimir Jirinovskinin Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsi ilə bağlı fikirlərini xatırlatdınız. Dağlıq Qarabağın Rusiya birləşdirilməsi gündəmə gələ bilərmi?
- Bir çox hallarda hesab edirlər ki, Jirinovski bir alətdir. Yuxarı hərbi-siyasi dairələrin demək istədiyi sözləri Jirinovskiyə dedizdirirlər. Ona görə bu təhlükə var. Daha ehtiyatlı olmaq və belə təxribatçı bəyanatlara uymamaq lazımdır.
Azərbaycan dövləti çoxvektorlu siyasət yeridir. Biz Qərblə yaxın münasibətlərdəyik, Avropa ilə enerji sahəsində əməkdaşlığı genişləndiririk, Rusiya ilə də iqtisadi baxımdan çox sıx təmasımız var. Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür. Biz bu gün NATO və Avropa İttifaqına daxil olmaq məsələlərini gündəmə qoymamışıq deyə manevr etmək imkanlarımız var. Hesab edirəm ki, Azərbaycan indiki situasiyadan çevik diplomatik gedişlərlə özünü qoruya bilir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02 |
|
|
|
|