“Mən heç zaman AXCP-də işləməmişəm və bu partiyanın üzvü olmamışam"
Tarix: 29-03-2014, 14:20 |
Çap et
Müsavat Partiyası sədrinin müavini Gülağa Aslanlının facebook profilində Azərbaycan Xalq Cəbhəsi Partiyasında işlədiyi qeyd olunub.
Partiya funksionerinin hesabının ələ keçirildiyini zənn etdik. Məlumatı dəqiqləşdirmək üçün G.Aslanlı ilə əlaqə saxladıq.
Hafta.az-a açıqlamasında Müsavat funksioneri bildirdi ki, bu məlumatdan xəbərsizdir:
“Mən heç zaman AXCP-də işləməmişəm və bu partiyanın üzvü olmamışam. Mən 1993-cü ilə qədər Xalq Cəbhəsinin üzvü olmuşam. Sonra partiyalara ayrıalnda mən Müsavat partiyasını seçmişəm. O vaxtdan da Müsavat partiyasındayam.
Mən o məlumatı ora kimin necə əlavə etdiyi haqda xəbərsizəm. İlk dəfədir sizdən eşidirəm ki, mənim profilimdə belə məlumat var. Bəlkə yeni yazılıb. Kimsə profilimə girib əlavə edibsə, bununla məşğul olaram. Mən öz profilimdən axşam istifadə etmişəm”.