Sentyabrın 1-də keçiriləcək parlament seçkilərində ən çox namizədlə hakim Yeni Azərbaycan Partiyası çıxış edir. YAP bütün 125 dairədən öz namidələrini irəli sürüb. Lakin hakim partiyanın öz təşəbbüsü ilə namizəd olan nümayəndələri də var. Belə olan halda, bəzi dairələrdə YAP-ın nümayəndələri bir birilərinə rəqib olublar.
Bizim.Media həmin dairələri araşdırıb:
2 saylı Şərur-Kəngərli
2 saylı Şərur-Kəngərli seçki dairəsindən Milli Məclisin deputatı Novruzov Siyavuş Dünyamalı oğlu YAP-ın namizədidir. Bununla yanaşı, hakim partiyanın üzvü olan Vüqar Nəcəfov Hüseyn oğlu da öz təşəbbüsü ilə həmin dairədən namizəddir.
5 saylı Babək-Naxçıvan-Culfa
5 saylı Babək-Naxçıvan-Culfa seçki dairəsindən YAP tərəfindən Həmzəyeva Ülviyyə Tapdıq qızının namizədliyi verilib. Eyni zamanda YAP üzvü Səfər Əlirzayev Cəfərəli oğlu da öz təşəbbüsü ilə həmin dairədən mübarizəyə qoşulub.
33 saylı Xətai
33 saylı Xətai birinci seçki dairəsindən hakim partiya tərəfindən Yengibar Əliyev Sərraf oğlunun namizədliyi verilib. Həmin dairədən digər YAP-çı namizəd isə Gülnar Xəlilova Fərmayıl qızıdır. O, öz təşəbbüsü ilə seçkilərə qatılıb.
82 saylı İmişli-Saatlı
82 saylı İmişli-Saatlı seçki dairəsində YAP-ın namizədi Səyyad Salahlı Adil oğludur. Eyni zamanda, YAP üzvü Qəyyumova Yasəmən Müslüm qızı da öz təşəbbüsü ilə sözügedən dairədən namizədliyini irəli sürüb.
120 saylı Cəbrayıl-Qubadlı
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat Ceyhun Məmmədov Valeh oğlu YAP-ın namizədidir. Bununla yanaşı hakim partiyanın digər üzvü Şahverdiyev Araz Vəli oğlu öz təşəbbüsü ilə həmin dairədən namizəddir.ƏLAVƏ OLUNDU:
"YAP-çıların toqquşduğu dairə sayı 5 yox 6 dairə olmalıdır". Bu barədə Dia-az.İnfo-ya oxucumuz yazır.
Oxucumuz daha sonra bildirir: "61 saylı Qusar seçki dairəsində də əsas rəqabət 2 YAP üzvü Azər Badamov və Şuşa Fatehi Xüsusi Təyinatlı polkovnik Rəşad Aslanov arasında gedəcək...."