Hafiz Hacıyev ad gününü necə keçirəcək?
Tarix: 16-04-2014, 10:57 |
Çap et
Yoldaşlar, yaxın tanışlar, bizi tanıyan insanların hamısı zəng edib təbrik edirlər. Ad günümü ailəmlə keçirəcəyəm. Təntənəli qeyd etməyi sevmirik. Evimdə, uşaqlarımla, ailəmlə bir yerdə olacağam`.
Bunu AzVision.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri, bu gün 58 yaşını qeyd edən Hafiz Hacıyev deyib.
Partiya sədri vurğulayıb ki, xüsusi gözlədiyi hədiyyə yoxdur: “İstəmirəm, belə şeyləri qəbul etmirəm. Uşaqlar nə etsələr, qəbuldur”.
Kimlərdən təbrik aldığına gəlincə isə H.Hacıyev onların adını açıqlamaq istəməyib: “Təbrik edənlər arasında dostlar, siyasətçilər, rəsmi şəxslər də var, amma onların adını açıqlamaq istəmirəm. Kim istəyir zəng edib təbrik edəcək, istəmirsə etməyəcək. Məcbur deyil ki. Hamısı sağ olsun, minnətdaram”.