“Demokratik qüvvələrin qalibiyyəti üçün Qərbin dəstəyi zəruridir” - ADP
Tarix: 11-05-2014, 12:00 |
Çap et
Azərbaycanda demokratik qüvvələrin apardığı mübarizədə ciddi uğurların əldə edlməməsi müxtəlif amillərlə izah olunur ki, bunlardan da biri Qərbin ölkə müxalifəinə yetərincə dəstək verməməsidir. Bununla bağlı Moderator.az-a açıqlama verən ADP sədrinin müavini Taliyət Əliyev demokratik qüvvələrin qələbəsi üçün belə bir dəstəyin zəruri olduğunu vurğulayıb:
“Demokratik qüvvələrin qalibiyyəti üçün Qərbin dəstəyi zəruridir. Heç bir ölkədə demokratik mübarizə beynəlxalq dəstək olmadan qələbə qazana bilməz. Bu baxımdan Azərbaycanda da demokratik qüvvələrin qalibiyyəti üçün Qərbin dəstəyi vacibdir. Bu dəstək olarsa, o zaman aparılan mübarizədə ciddi uğurlar əldə etmək mümkündür”.