Rəsul Quliyev barəsindəki iddialara sərt reaksiya göstərdi - Eks-spiker iddia müəllifini ağılsız adam hesab edir
Tarix: 16-05-2014, 17:46 |
Çap et
Bu gün keçmiş baş nazir müavini Abbas Abbasov və eks-spiker Rəsul Quliyev haqqında mətbuatda sensasiya hesab olunacaq bir iddia yayılmışdı ki, Gələcək Azərbaycan Partiyası bu iki məhşurun patronajlığı altında fəaliyyət göstərir. İddiada digər şok məqamlar da yer almışdı ki, guya Əli İnsanov və "Quska" ləqəbli Hüseyn Abdullayev də bu partiyaya gəlməyə hazırlaşır.
Moderator.az Rəsul Quliyevdən yayılmış iddiaya münasibət bildirməyi xahiş edib. Keçmiş parlament sədri bir cümlə ilə sualımızı cavablandırıb:
"Bu yazının müəllifinin kim olduğunu bilmirəm, ancaq çox ağılsız olduğuna şübhəm yoxdur."