"ATƏT-in Minsk qrupu iflasa uğradığını bəyan edib kənara çəkilməlidir"
Tarix: 26-05-2014, 08:53 |
Çap et
ATƏT-in Minsk qrupu missiyasını yerinə yetirə bilmədiyini etiraf edərək, iflasa uğradığını bəyan edib kənara çəkilməlidir.
Bunu SalamNews-a deputat Fəzail Ağamalı ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinə münasibət bildirərkən deyib.
O bildirib ki, bundan sonra Azərbaycan və Ermənistan prezidentlərinin və yaxud dövlət nümayəndələrinin məsələni rahat şəkildə həll edilməsi gündəliyə gələ bilər. Biz indiyədək Ermənistana xidmət edən Minsk qrupunun Azərbaycana qarşı qeyri-obyektiv mövqeyindən və davranışlarından xilas ola bilərik. Çünki onlar missiyalarını bu günədək yerinə yetirməyiblər.”