Əzizağa Süleymanovdan Sülhəddin Əkbər haqqında şok ittiham SƏSLƏNDİ
Tarix: 3-06-2014, 09:54 | Çap et
Milli Qvardiyanın keçmiş komandiri, Birinci Qarabağ döyüşlərində göstərdiyi igidliyə görə prezident Elçibəy tərəfindən Milli Qəhrəman adına layiq görülsə də naməlum səbəbdən bu addan məhrum olan polkovnik Əzizağa Süleymanov 4 iyun qiyamında da Gəncəyə göndərilən güc strukturun tərkibində olub.
DİA.AZ Moderator.az-a istinadən onun silsilə xatirələrinin təqdimatını davam etdirir:
Əvvəli BURADA
...4 iyun 1993 cü il tarixində biz saat 16.00- da Bakı hava limanından Xüsusi təyinatlı polis dəstəsinin (OMON-un) 70-ə yaxın üzvü ilə Gəncəyə uçmuşduq. 40-45 dəqiqədən sonra biz artıq Gəncədə idik. Bizi hava limanında Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən göndərilmiş nümayəndəsi qarşılamışdı. Gəncə hava limanında bizi şəhərə aparmaq üçün hazır vəziyyətdə duran avtobuslar gözləyirdi. Dövlət yol polisi maşını bizi yol boyu müşayət edirdi. Onlar bizi Gəncədə yerləşən daxili qoşunların qərargahına gətirmişdilər. Mən hava limanında olarkən hiss etmişdim ki, vəziyyət burada çox ağırdır. Şəxsi heyəti qorxutmamaq üçün çox ehtiyatla hərəkət etmək lazım idi. Kimlərsə hökümət qüvələrinin təyyarə ilə Gəncəyə gəlməsi barəsində Surətçilərə xəbər vermişdi. Biz oturan avtobusları yol boyu hərbi geyimli adamlar maşınlarla müşayət edirdilər. Daxili qoşunlar alayının yerləşdiyi qərargahın qarşısında avtobus saxlamışdı. Mən avtobusdan düşüb qərargaha girmişdim. Qərargahın həyətində qorxu, həyəcan içində sıra baxışına düzülən əsgərlərin üzünə baxmaq olmurdu. Yuxarı mərtəbəyə qalxıb daxili qoşunların burada yerləşən alay komandirindən şəhərdə yaranmış vəziyyət barədə məlumat almaq istəyirdim. Dalanda piləkənlərlə aşağı düşən bir kapitan rütbəli zabitlə üzbəüz gəlmişdim. Ondan “alay komandiri harada oturur”- deyə soruşanda alay komandiri Aslanov olduğunu söyləmişdi. Ona “biz Bakıdan göndərilən hökümət qüvvələrinin tərkib hissəsiyik, hal- hazırda şəhərdə hansı hadisələr baş verir, dövlət qüvvələrinə kim rəhbərlik edir, qərargah harada yerləşir”-deyə sual etdim. “Daxili qoşunların komandan müavini mənim kabinetimdədəir”- deyib mənə yuxarını göstərmişdi. Daxili qoşunlar alayının komandirinin kabineti yerləşən ikinci mərtəbəyə qalxıb komandirin kabinetinin qapısını açanda Daxili Qoşunların komandan müavini polkovnik Səfərovun kabinetdə oturduğunu görmüşdüm. Polkovnik Səfərovu əvvəldən tanıyırdım. O da Daxili Qoşunların komandanı Fəhmin Hacıyev kimi inqilab zamanı hakimiyyətə gələnlərdən idi. Omonçuların komandiri də arxamca bura gəlmişdi. Ondan şəhərdə nə baş verdiyi barədə soruşduqda bildirmişdi ki, heç nə bilmir və bilmək də istəmir. “Oyun oynayırlar, gedib axıracan oynasınlar”-demişdi. Məcbur olub omoncuların komandiri ilə bərabər çölə çıxmışdıq. Bizimlə gələn xüsusi təyinatlı Omon dəstəsi polis idarəsinə getməyi qərara almışdı. Mən də tabeçiliyimdə olan şəxsi heyyətlə omonçularla birlikdə getmək qərarına gəlmişdim. Biz polis idarəsinə gəlib çatan zaman şəhərdə güllə səsləri eşidilirdi. Avtobusda yol gələrkən şəxsi heyyətə hazırlıq komandası vermişdim. Biz polis idarəsinin qarşısına gəlib çatan zaman məni Milli Qvardiyanın komandanı Tahir Məmmədovun şəxsi mühafizəçiləri- qvardiyaçı Əlizadə Tərlan Adil oğlu və qvardiyaçı Rəfiyev Elgün Qoca oğlu mülki formada polis idarəsinin qarşısında gözləyirdilər. Onların əlində “Standart” rabitə aparatı var idi. Avtobusdan düşən zaman onlar məni görən kimi sevindiklərindən üstümə gəlmişdilər. “Komandir, şükür Allaha, gəlib çıxdınız”- deyə qucaqlayıb görüşmüşdülər. Hər ikisi mülkü formada idi. Tərlan və Elgündən bir az aralı divarın dibində xidmətlərində olan “Niva” markalı maşınların yanında idman formasında Milli Qvardiya komandanının şəxsi heyət üzrə köməkçisi Məzahir Bağırov və Milli Qvardiya alay komandirinin arxa cəbhə üzrə müavini Sabir Kərimov durmuşdu. Onların dili söz tutmurdı, yerlərindəcə titrəyirdilər. Tərlandan soruşanda bunlar niyə bu gündədirlər, demişdi dayı demə. Tərlan və Elgün Məzahir Bağırovla birlikdə 1 iyun 1993 cü il tarıxındə Gəncəyə gəlmişdilər. Mən onlardan nə baş verdiyini soruşduqda Sabir Kərimov özünü saxlaya bilməyib ağlamışdı və mənə bildirmişdi ki, daxili işlər nazirinin müavini Qabil Məmmədovu Surət Hüseynovun adamları tutublar. Bu zaman Tahir Məmmədov məni rabitə vasitəsi ilə polis idarəsinin qarşısında bizim gəlişimizi gözləyən Əlizadə Tərlandan soruşmuşdu. Mən rabitəni Əlizadə Tərlanın əlindən alıb Tahir Məmmədovla əlaqəyə girmişdim. “Komandan, buradayam, narahat olmayın”- demişdim. Tahir Məmmədov rabitə vasitəsi ilə mənə bildirmişdi ki, Gəncədəki dövlət təhlükəsizlik idarəsinin binasında onları Surətin adamları mühasirəyə alıblar. Bizi mühasirədən təcili olaraq çıxart. Gəncədəki dövlət təhlükəsizlik idarəsinin inzibati binası polis idarəsinin yaxınlığında yerləşirdi. Atışma səsi oradan gəlirdi. Bizimlə birlikdə təyyarə ilə Gəncəyə gələn OMON dəstəsi avtobusdan düşən kimi polis idarəsinin içərisinə girmişdilər. Onların polis idarəsinin qarşısında duran komandirindən milli təhlükəsizlik idarəsinin binasını Surətçilərdən azad etmək üçün bizə köməklik göstərmələrini xahiş etsəm də məni eşitməmişdi. Mənə heç bir söz demədən dəstə üzvlərinin arxasınca polis idarəsinə keçmişdi. Qvardiyaçıları avtobusdan düşürdüb, onları bir neçə qrupa bölərək qrup komandirlərinə milli təhlükəsizlik idarəsinin binası ətrafındakı küçə kəsişmələrini tutub Surətçilərin dövlət təhlükəsizlik binası ətrafına gəlmələrinin qarşısını almağı tapşırmışdım. Özüm isə bir dəstə qvardiyaçı ilə birlikdə dövlət təhlükəsizlik binasını mühasirədən çıxartmaq üçün hücuma keçmişdim. Qvardiyacıların qəfil hücumu bura toplaşan əli silahlı mülki və hərbi geyimli vətəndaşları qorxuya salmışdı. Böyük çinar ağacına vurduğum birdəfəlik “Muxa” raketinin zərbəsinin səsindən vəlvələyə düşən Surət tərafdarları silahların atıb qaçmağa başlamışdılar. Surətçilər tərəfindən bura gətirilən bir tank və bir hazır vəziyyətdə olan “Qrad” qurğusu milli təhükəsizlik idarəsinin binasının önündə yolun ortasında atılıb qalmışdı. Milli təhlükəsizlik idarəsinin binası ətrafında bir nəfər də olsun silahlı adam qalmamışdı. Milli təhlükəsizlik idarəsinin binası qarşısında Milli Qvardiyanın xüsusi təyinatlı dəstəsinə məxsus bir təzə “Mersedes” markalı avtobus yanırdı. İki nəfər xüsusi təyinatlı dəstənin qvardiyaçıları Milli təhlükəsizlik idarəsinin binasının önündə yerləşən elektrotok şitinin arxasında yaralanmışdı. Xüsusi təyinatlı dəstənin üzvü olan qvardiyaçı Əliyev Əlizadə Siyasət oğlu qolundan və qvardiyaçı Əliyev Paşaxan Əlibala oğlu ayağından güllə yarası almışdılar. Qvardiyaçılar onlara ilk tibbi yardım göstərib, tez bir maşın tapıb onları xəstəxanaya göndərmişdilər və yanan avtobusu söndürmüşdülər. Qvardiyaçılara ətrafdakı hündür binaların üstünə çıxıb ətrafları tam nəzarətə götürməyi tapşırmışdım. Özüm milli təhlükəsizlik idarəsinin binasına daxil olmuşdum. Binaya daxil olan zaman gözlərimə inanmamışdım. Gördüyüm bu mənzərə məni şoka salmışdı. Az qalmışdım hirsimdən bağıram. Bizim xüsusi təyinatlı dəstənin və Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlı dəstəsinin üzvləri boyunlarını bükərək həyəcan içində inzibatı binanın içərisindəki pilləkənlərdə oturmuşdular. Mən onları belə vəziyyətdə görən kimi öz xüsusi təyinatlı dəstə üzvlərimiz olan qvardiyaçıların üstünə qışqırmışdım ki, nə oturmusunuz qurbanlıq qoyun kimi, tez çölə çıxın bina ətrafında möve tutub güclərmizi birləşdirək. Yoxsa bizi Surətçilər tutacaqlar. Mənim səsimi eşidən baş prokuror İxtiyar Şirinov, milli təhlükəsizlik nazirinin birinci müavini Sühəddin Əkbərov, Milli Qvardiyanın komandanı Tahir Məmmədov, Gəncə milli təhlükəsizlik idarəsinin rəisi Rəfail Mirzəyev və tanımadığım başqa vəzifəli dövlət məmurları çönüb mənə baxmışdılar. Mənim səsimi eşidib, özümü görən Sülhəddin Əkbərov üstümə qışqıraraq, “siz buraya haradan gəlmisiniz”- deyə soruşmuşdu. Düzü mən onu başa düşməmişdim. Ona tərəf dönərək “gəlmişik sizi Surətin mühasirəsindən çıxardaq”- deyə bildirmişdim. O isə mənə “nə mühasirə, mən burada danışıq aparıram, siz hücum edirsiniz, nədir, qardaş qanı tökmək istəyirsiniz”- deyə Milli Qvardiya komandanı Tahir Məmmədova üzünü tutub demişdi ki, bunlar sənin dəstəndir, çıxart bunları, burada mənə mane olurlar. Düzü, onun bu sözü mənə çox pis təsir etmişdi. Mən Tahir Məmmədovun üzünə baxıb incik halda cölə çıxmışdım. Mənimlə bərabər binaya daxil olan qvardiyaçılar da çölə çıxmışdılar. Milli Qvardiyanın komandanı Tahir Məmmədov da arxamızca çölə çıxıb bizə yaxınlaşmışdı. Qoluma girib qvardiyaçıların yanında demişdi ki, eybi yoxdur, qoy neçə bilirlər elə də etsinlər, buradan çıxaq, mən bilirəm nə edəcəm. O dövlət rəhbərlərindən birinin ünvanına yağlı bir söyüş də söymüşdü. Əlavə olaraq bildirmişdi ki, dövlət rəhbərliyində fikir ayrılığı əmələ gəlib. Baş nazir Pənah Hüseynov Bakıdan zəng edib, Sülhəddin Əkbərlə danışırdı, qoy görək nə məsələdir. Deyəsən əməliyyata Sülhəddin Əkbər rəhbərlik edəcək. Sən bir az səbr elə. Tahir Məmmədov yenidən içəri qayıtmışdı. Komandan milli təhlükəsizlik idarəsinin inzibati binasının icərisinə keçən zaman komandanla bir yerdə olan qvardiyanın xüsusi təyinatlı dəstə üzvləri mənə dedimişlər ki, cənab kapitan sizin xəbəriniz yoxdur. Tahir Məmmədovla Sühəddin Əkbər səhərdən höcətləşirlər. Az qalıblar dava çıxsınlar. Sülhəddin Əkbər Tahir bəyə deyir ki, burada əməliyyata mən rəhbərlik edəcəm. O Prezident Aparatına zəng edib, oradan Tahir bəyə nə deyiblərsə qanı qaralıb. Siz gəlməmişdən bir az qabaq Surətçilər binada bizə hücum edən zaman komandan havaya tapançadan atəç açdı. Sülhəddin Əkbərov bunu ona irad tutaraq deyirdi ki, sən onları qızışdırırsan. İstəyirsən qardaş qanı tökülsün. Danışıq aparmağa maneəçilik törədirsən. Komandan isə ona bildirirdi ki, nə qardaş qanı, gözümüz görə-görə bir dəstə bandit dövlət obyektinə, dövlətin güc sturukturalarına silahlı hücum edir, sənsə danışıqdan dəm vurursan. Demək olar ki, qısa bir müddət ərzində mənim əmrim əsasında ətrafda yerləşən bütün binalar, yol keçidləri Gəncə şəhər icra hakimiyyətinin inzibati binası və ətraf meydan bütünlüklə Milli Qvardiyanın nəzarəti altında idi. Bu vaxt Milli Qvardiyaçılar rabitə vastəsi ilə mənə məlumat vermişdilər ki, Surət Hüseynov tərəfindən iki nəfər danışıq aparmaq üçün əllərində ağ bayraq milli təhlükəsizlik idarəsinin binasına yaxınlaşmaq istəyir. Bu xəbəri rabitədə olan komandan da eşitmişdi. O İnzibati binadan çölə çıxıb mənə göstəriş vermişdi ki, Qvardiyaçılara göstəriş ver, onları buraxsınlar. Bunlar onlarla danışıq aparmaq istəyirlər. Mən onların buraxılması barədə göstəriş vermişdim. Üzümü Tahir Məmmədova tutub demişdim ki, komandan, bu danışıq vaxt udmaq üçün onlara bir bəhanədir. Onlar bizə hücum etmək üçün yeni qüvvə toplayırlar. Gəl qvardiycılarla Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlı dəstəsinin əməkdaşlarını birləşdirib qəflətən Surətin qərargahına hücum edib onu tutaraq girov götürülənləri azad edək. Vaxt gedir. Prezident bu əməliyyatın icrasını sizin dediyinizə görə mənə həvalə edibsə, icazə verin tapşırığı yerinə yetirim. O mənə qvardiyaçıların yanında soz vermişdi ki, gözlə görək nəyə gəliblər. Sonra bir şey fikirləşək. Bu zaman Surət Hüseynov tərəfində olan hərbi hissəyə komandirlik edən briqada komandiri polkovnik Eldar Əliyev və cinayət aləmində adı hallanan “Zobik” ləqəbli, Ruslan adlı Gəncə zonasında kirminal aləmdə hörmətə malik olan bir şəxs milli təhlükəsizlik binasına yaxınlaşırdı. Onları binanın kandarında milli təhlükəsizlik nazirinin birinci müavini Suləddin Əkbərov çox mehribanlıqla qarşılayıb gülə-gülə görüşüb içəri dəvət etmişdi. Onlar binaya daxil olmuşdular. Tahir Məmmədov da onlarla bərabər içəri keçmişdi. Bir neçə dəqiqə keçəndən sonra məni içəri çağırmışdılar. Milli Təhlükəsizlik Nazirinin birinci müavini Sühəddin Əkbərov mənə bildirmişdi ki danşığa gələn şəxslərin tələbinə əsasən Milli Qvardiyanın komandiri danışıq gedənə qədər onların döyüşçülərinin arasında olmalıdır ki, hər iki tərəfdən atışma olmasın. Mən Milli Qvardiya komandanı Tahir Məmmədovun üzünə baxmışdım. Ona bildirmişdim ki, Siz məni prezidentin adından əməliyyata rəhbərlik etmək üçün bura göndərmisiniz. Bu nə məsələdir? Tahir Məmmədov mənə yaxınlaşıb əlini çiynimə qoyaraq demişdi ki, Sülhəddin Əkbərov deyir ki, prezident onu əməliyyatın rəhbəri təyin edib. Eybi yoxdur, belə məsləhətdirsə get. Özünlə iki nəfər götür. Mən çox hirsli bir şəkildə çölə çıxmışdım. Dalımca çölə çıxan Milli Qvardiya komandanı Tahir Məmmədov iki nəfər qvardiyaçını arxamca göndərmişdi. Onları geri qaytarmaq istəmişdim, lakin onlar məndən əl çəkməmişdilər. Biz Surətçilərə çatan zaman arxamca gələn qvardiyaçılara göstəriş vermişdim ki, Surətin döyüşçülərinə qarışmasınlar. Mənə bir az aralıdan nəzarət etsinlər. Surətcilərə yaxınlaşıb silahlı dəstələrinin önündə dayanmışdım. Üstümdə yalnız bir tapança var idi, o da görünmürdü. Danışıq hardasa 40-45 dəqiqədən çox çəkmişdi. Bu zaman məni mühafizə edən qvardiyaçılarin nəzarəti getdikcə zəifləyirdi. Xüsusilə Məhərəmov Ədaləti tanıyan milli orduda olan keçmiş döyüş yoldaşları onunla görüşür, fikirini istər-istəməz məndən yayındırırdılar. Ədalət Məhərəmov Milli Qvardiyaya gəlməmişdən əvvəi ilk yaranmış könüllülər ordusunda xidmət etmiş, Şuşa rayonunda ermənilərə qarşı gedən döyüşlərdə, Daşaltı əməliyatı zamanı sağ qalan beş-altı döyüşçüdən biri idi. Milli qvardiyanın tərkibində də bir neçə döyüş əməliyatında iştirak etmişdi. Lakin burada vəziyyət tam başqa idi. Birdən gördüm ki, məni mühasirəyə aldılar. Başı söhbətə qarışan mühafizəçilərim heç nə edə bilməmişdilər. Artıq gec idi. Dövlət rəhbərləri ilə danşıq aparan qiyamçı polkovnik Eldar Əliyev və cinayət aləmində oğru sayılan Ruslan Rzayev yanımda idilər. Mənim onların danşıqdan nə vaxtı qurtarıb gəlməsindən xəbərim olmamışdı. Bu barədə məni bunların içinə göndərən insanlar mənə xəbər vermədən onları buraxmışdılar. Bu fürsətdən istifadə edən Ruslanın göstərişi ilə Surətçilər tərəfindən qəfil mühasirəyə alınaraq tutulmuşdum. Üzümü Ruslana tutub demişdim ki, kişi kişini danşıqda tutmaz. O isə mənə demişdi ki, biz səni tutmamışıq, səni bizə sizin dövlət işçiləriniz özləri təhvil veriblər. Şəhərə gələndən Gəncəni lərzəyə salmısan. Az qala bütün planlarımızı alt -üst etmişdin. Onlarla bacarmaq asandır, əsas bəla sənsən. Səni də özləri qurbanlıq qoyun kimi verdilər bizə. Danışıq gedənə qədər sən bizimlə olmalısan. O məni qolumdan tutmuş iki hərbiçinin köməkliyi ilə özü idarə etdiyi ağ “Niva” markalı maşının arxa otracağına mindirtirib, sağımda solumda iki hərbçi otuzdurub, Surət Hüseynovun qərargahına yola düşmüşdü. Hərbçilər maşında mənim qollarımı tutmuşdular Üstümdə olan silahı çıxarda bilmirdim, buna imkan yox idi. Mən yanımdakı hərbçidən xahiş etmişdim ki, əlimi burax onsuz da siz 4 nəfər, mən tək, arxadan da sizi müşayət edən bir neçə maşın gəlir. Ruslan isə həmin hərbçiyə bildirmişdi ki, siz onu yaxşı tanımırsınız, üstünü axtarın. Bu zaman mən qəfildən qolumu onların əlindən çıxartmaq istəsəm də mümkün olmamışdı. Onlar üstümdəki silahı tapıb götürmüşdülər. Məni Surət Hüseynov oturan hərbi qərargaha gətirib Surət Hüseynovun otağına salmışdılar. Surət Hüseynov məni görən kimi tanımışdı. Prezident Əbülfəz Elçibəyin ünvanına nalayiq bir söz işlədərək, “əlacı hər yerdən kəsilib, indi də səni mənim üstümə göndərib”-deyə qışqırdı. Onun yanında duran Nüsrət adlı bir nəfər əlində tutduğu TT markalı tapancanı havada yellədərək “bu, sənin nazirin Qabilin tapancasıdır”- deyə dəstəyi ilə başıma vurmaq istəmişdi. Lakin özünü qabağa verən Ruslan qoymamışdı və demişdi ki, onu mən gətirmişəm, ona heç kim toxuna bilməz. Sonradan adını öyrəndiyim Nüsrət Budaqovun bu hərəkəti mənə çox pis təsir etmişdi. Orada onların üzünə demişdim ki, siz məni tuta bilməzdiniz. Məni sizə danışıq yolu ilə təhvil verən adam var. Çox heyf, aldatdılar məni. Mənim bu sözümdən sonra yanındakılara göstəriş vermişdi ki məni aparıb əsir götürülmüş yüksək çinli zabitlərin yanına salsınlar. Məni oradakı hərbi kazarmanın birinə salmışdılar. Onlar qapını açanda görmüşdüm ki, Milli Qvardiya alayının Gəncədə olan şəxsi heyyətinin butün zabitləri başda Milli Qvardiyanın qərargah rəisi polkovnik-leytenant Taryel Nəsirov olmaqla hamısı buradadır. İçəri girib üzümü onlara tutub demişdim ki, siz kişi deyilsiniz. Qvardiyanı təhvil verib gəlib oturmusunuz burada. Onlar məndən soruşanda ki, bəs sən nə gəzirsən burada, onlara bildirmişdim ki, məni dövlət rəhbərləri sizi azad etmək üçün Surət Hüseynova “zaloq” veriblər. Milli qvardiyanın qərargah rəisi Taryel Nəsirov, alay komandiri Elmar Hüseynov, alayın qərargah rəisi Zakir Ağayarov bir küncdə bir yerdə oturmuşdular. Buraya Milli Qvardiyaçı zabitlərdən başqa tutulan daxili qoşunların və milli ordunun zabit heyəti də salınmışdı. Mən öz zabitlərmizdən soruşanda ki, necə oldu bura düşdünüz, demişdilər ki, Əzizağa müəllim, bizi döyüşsüz komandirlərimiz Surət Hüseynovun dəstəsinə təhvil vermişdilər. Buranı tutmağa hər cür imkanımız var idi. Lakin əmr verən olmadı. Onlar mənim başıma yığışıb otağın bir küncündə asta-asta söhbət edirdilər ki, 4 iyun 1993 cü il tarixində saat 8-9 radələrində hərbi hissəni mühasirəyə almışdıq. Hərbi hissədə heç kim yox idi. Qvardiyacı leytenant Hüseynov İsmayıl Məmməd oğlunun söylədiyinə görə 709 sayli hərbi hissənin zabit və əsgərləri dünəndən bizim Gəncəyə gələn xüsusi təyinatlı dəstənin üzvlərini görüb qaçıb dağılımışdılar. Biz qvardiyaçı leytenant Qudulov Abdurəhman Qurbanmaqamad oğlunu hərbi hissənin içinə kəşfiyyata göndərdik. Bir azdan Qudulov gəlib bizə bildirdi ki, hərbi hissənin içərisində sağ tərəfdə cəmi 15 nəfər hərbçi var. Onlar mənə söz verdilər ki, siz sağ tərəfə güllə atmasanız biz sizə güllə atmayacağıq. Surət Hüseynov səhər tezdən Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlı dəstəsi tərəfindən müasirədə olan evindən gizli yolla çıxaraq 709 saylı hərbi hissəyə gəlib. Hərbi hissənin zirzəmisindədir, yanında da 4 nəfər hərbçi var. Qudulovun söylədiyi bu məlumatı bizim yanımızda olan tabor komandiri mayor Yusifov Akif İsaxan oğlu da eşitdi. Mən şəxsən onunla bərabər gəlib bu məlumatı Milli Qvardiyanın qərargah rəisi polkovnik-leytenant Taryel Nəsirova və alay komandiri mayor Elmar Hüseynova tabor komandiri Akif Yusifovla birlikdə söyləmişdik. Nəsirova demişdim ki, mən uzun müddət sovet ordusunun tərkibində xarici dövlətlərdə xidmət etmişəm, dəfələrlə belə əməliyatlarda iştirak etmişəm. Nə qədər gec deyil göstəriş verin Surət Hüseynovu götürək. Bir azdan mülkü əhali özü bilmədən panikaya salınacaq, heç bir hərəkət edə bilməyəcəyik. (Nəsirov şəxsən mənə dedi ki, rus dilində idi svayom delam zanimaysa, nos ni suy kuda ninada) Bir azdan bizim yanımıza müdafiə nazirliyinin bir polkovniki və bir mayoru gəlmişdi. Onun əlində 709 saylı hərbi hissəyə komandir təyin olunması barədə müdafiə nazirinin əmri var idi. Müdafiə nazirinin bu əmrini o hərbi hissənin köhnə komandiri polkovnik Eldar Əliyevə təqdim edib hərbi hissəni qəbul etməli idi. Bizim zabitlərdən də biri onu hərbi hissəyə gedib əmri köhnə komandirə təqdim etmək üçün müşayət etməli idi. Elmar Hüseynovun göstərişi ilə polkovnik İsa Sadıqovu qvardiyaçı baş leytenant Yaqubov Məhəmməd Camal oğlu müşayət etməli olmuşdu. Onlar hərbi hissəyə getdikləri vaxtdan beş-on dəqiqə keçəndən sonra geri qayıtmışdılar. Polkovnik İsa Sadıqov bildirmişdi ki, polkovnik Eldar Əliyev deyir ki, mən kiməm ki, bizim hamımızın böyüyü Surət Hüseynovdur. O bir saatdan sonra gələcək, onda gələrsiniz. Biz ona demişdik ki, cənab polkovnik, onlar sizi aldadırlar Bizim dəqiq məlumatımıza görə Surət Hüseynov hərbi hissədə zirzəmidə dörd nəfər hərbçi ilə bir yerdədir. O bizim sözümüzə məhəl qoymamışdı, Nəsirovla gözləmək qərarına gəlmişdilər...
Ardı var...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02 |
|
|
|
|