Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri... .....                     Müxalifətin aksiyası dağıdıldı .....                     İlham Məmmədova ağır itki üz verib .....                     Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? .....                     2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... .....                     Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək .....                     "Valideynimin səhhətində olan problemə görə buradayam" .....                     Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? .....                     "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." .....                     Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? .....                     “Başıma o boyda faciə gəldi ölmədim, amma... .....                     "Bu proses artıq bir neçə ildir ki, başlayıb" .....                     Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... .....                     SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... .....                     Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı .....                     Rusiya vurularsa: Kim nə qazanacaq? .....                     Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR .....                     Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu .....                     Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır .....                     Paşinyan arvadı və qızı ilə muzeydə .....                     Azərbaycanda tanınmış müğənni vəfat etdi .....                     Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən .....                     Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? .....                     Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi .....                     "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: .....                     Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib .....                     “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” .....                     Dollarla bağlı HANSI QƏRAR VERİLİR? .....                     Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: .....                     Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? .....                     Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir .....                     “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm” .....                     Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR .....                     Fransa meydan oxudu .....                     “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? .....                     BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb .....                     "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" .....                     Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov .....                     NCQG üzrə real nəticəyə nail olmalıyıq .....                     “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb .....                 

“Allahşükür Paşazadə Surət Hüseynovun qardaşı Şöhrəti özüylə Gəncəyə gətirdi”
Tarix: 15-07-2014, 10:43 | Çap et
“Allahşükür Paşazadə Surət Hüseynovun qardaşı Şöhrəti özüylə Gəncəyə gətirdi”
Keçmiş baş nazir Surət Hüseynova yaxınlığı ilə tanınan 709 saylı hərbi hissənin keçmiş qərargah rəisi, polkovnik-leytenant Nazim Bayramov Moderator.az-a bir yazı göndərib və 4 iyun hadisələrinin ildönümü günlərində saytımızda getmiş silsilə yazılarının ardının işıqlandırılmasını xahiş edib. Bu yazıda AXC iqtidarı ciddi tənqid olunur. Halbuki sabah AXC-nin yaranmasının 25 ili tamam olacaq və bildirmək istəyirik ki, yazının məhz bu ərəfədə tirajlanması sırf təsadüfdür və oxucularımızın bunu anlayışla qarşılayacağına ümid edirik:

Əvvəli BURADA

“1993-cü ilin iyunun 5-i Gəncə “Tufan”ın qurbanlarının yasına bürünmüşdü. Şəhərin bir çox məhəllələrində mağarlar qurulmuş, insanlar baş verənlər haqqında həyacanla bölüşürdülər.
Şəhər İcra Hakimiyyəti binası qarşısında iyunun 4-dən başlamış etiraz mitinqində insan kütləsi hər saat böyüyürdü. Mitinq Gəncədə baş vermiş hadisələrin təqsirkarlarını təcili olaraq müəyyənləşdirilməsi tələbi ilə dövlət rəhbərliyinə müraciət qəbul etdi və bu tələb yerinə yetirilməzsə Azərbaycan xalqını vətəndaş itaətsizliyinə çağırdı. Bu müraciəti həmçinin Azərbaycan Milli İstiqalal Partiyası, Azərbaycan Sosial- Demokrat Partiyası və “Turan” Birliyinin nümayəndələri də imzalamışdılar.
AXC iqtidarının ölkədə apardığı siyasətə qarşı etiraz aksiyaları aparıcı müxalifət partiyaları və ictimai- siyasi təşkilatlar tərəfindən 1 illik hakimiyyətləri boyu davam etmişdi. 1993-cü ilin martında keçirilən ictimai sorğular Prezident Ə. Elçibəyin əhali arasında nüfuzunun 3-5% təşkil etdiyini göstərmişdi. Iqtidarın apardığı yarıtmaz siyasət nəticəsində ölkədaxili ictimai-siyasi vəziyyət o dərəcəyə çatmışdı ki, hakimiyyətlərinin son dövründə AXC ölkəni fövqaladə vəziyyət rejimində idarə edirdi.
1993-cü ilin mayın 3-dən bir aylıq fövqəladə vəziyyət rejimi və komendant saatı artıq paytaxt Bakıda da elan olundu. Bir aylıq fövqəladə vəziyyət rejimi iyunun 3-ü bitməli idi. Lakin məhz iyunun 3-ü hakimiyyət Bakının mərkəzi küçə və prospektlərinə zirehli texnika çıxartdı və müxalifət partiyalarının etirazlarına baxmayaraq, Milli Məclis səs çoxluğu ilə fövqəladə vəziyyət rejimini daha 60 gün uzadılmasını qərara aldı. Siyasi müxalifət AXC iqtidarını fövqəladə vəziyyət rejimindən siyasi azadlıqlar və haqların məhdudlaşdırılması və müxalifətlə mübarizə üçün istifadə etdiyində ittiham edirdi. Həmin gün DİN-nin bölmələri “kazarma vəziyyətinə” keçirildi. Fövqəladə vəziyyətin Bakıda daha 60 gün uzadılmasına Milli- Demokratik(Bozqurd) Partiyasının iyunun 5-ə Azadlıq meydanında təyyin etdiyi etiraz mitinqi də böyük qalmaqalla qadağan edildi.
Keçmiş AXC iqtidarı mənsubları və onların KİV-i insanların hazırki iqtidardan narazılıqları üzərindən spekulyasiyalar və manipulyasiyalar edib, 1 illik hakimiyyətləri haqqında “işıqlı demokratik imic” yaratmağa cəhdlər edirlər. Sanki Azərbaycanı yalnız bunlar seviblər və dövlət müstəqilliyini və demokratik dəyərləri anlamayan daxili mühitdə ölkəni azadlığa və demokratiyaya aparırdılar, lakin bu zaman ölkənin “daxili düşmənləri rusiyapərəst hərbi müxalifətlə birləşərək, milli höküməti devirdilər, ona görə biz indi bu vəziyyətdəyik”. 1992- 1993-cü illərdə AXC iqtidarının bir tərəfdən yaratdığı anarxiya və xaosun, o biri tərəfdən hərbi- polis rejimin tətbiqi cəhdləri arasında çarpındığı mənzərəsi orta və yaşlı nəslin yaddaşlarında, o zaman qəbul edilmiş dövlət sənədlərində və KİV-lərdə faktlarla əks olunub. Aydındı ki, istənilən ölkənin paytaxtında uzunmüddətli(3 aylıq) fövqaladə vəziyyət rejimi nə sabitlik və inkişafdan, nə iqtidarın uğurlu siyasətindən, nə də demokratik üsul idarəsindən xəbər verir.
Lakin yaxın tarixi bilmədən də, bu günki “ana- müxalifət” partiyalarındakı partiyadaxili şərait və ab- havayla və “milli düşərgədaxili” partiyaların münasibətləri ilə onlara məxsus KİV-dən tanış olan istənilən kənar müşahidəçi AXC şinelindən çıxmış siyasi təfəkkürün və davranışın nə dərəcədə “demokratik” və fərqli fikrə dözümlü olduğunu asanlıqla müəyyən edə bilər. Həmçinin 20 il ərzində müxalifət düşərgəsində dəyişilməsi mümkün olmayan liderlərə yaxud dəyişilməsi ilə, istisnasız olaraq, dərhal parçalanan partiyalara baxmaq kifayyət edir ki, partiya liderlərinin və daha xırda “liderçiklərin” şəxsi iddialarının dərəcəsi haqqında dolğun təsəvvür yaransın. AXC iqtidarı rəhbərliyində də məhz bu adamlar idi.
1993-cü ilin iyunun 4-dən sonra Gəncədə və ətraf rayonlarda vəziyyət son dərəcə gərgin idi. Dövlət rəhbərliyi isə Gəncədə baş verənləri ört- basdır edib, “Tufan”ın pozulması ilə barışmayıb, Göranboyda cəmləşdirdiyi daha min nəfərlik silahlı qruplaşmanı Gəncəni “cəzalandırmaq” üçün işə salmaq niyyətində idi. Milli Məclisin Gəncədə baş vermiş hadisələr haqqında qərarından: “Planlaşdırılmış və icrasına başlanılmış əməliyyatın 1993-cü il iyun ayının 4-də Gəncə şəhərində baş tutmaması artıq aydınlığı ilə məlum olmasına baxmayaraq, 1993-cü ilin iyun ayının 5-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı Əbülfəz Elçibəyin rəhbərliyi, Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərin, Azərbaycan Respublikasının Baş naziri Pənah Hüseynovun, Azərbaycan Respublikasının Dövlət katibi Əli Kərimovun, Azərbaycan Respublikasının müdafiə naziri Dadaş Rzayevin, Prezident aparatının Dövlət-hüquq şöbəsinin müdiri Fazil Mustafayevin, müdafiə nazirinin birinci müavini, Baş qərargahın rəisi Nurəddin Sadıqovun və Azərbaycan Xalq Cəbhəsi İcraiyyə Komitəsinin sədri Fərəc Quliyevin iştirakları ilə keçirilmiş müşavirədə əməliyyatın başa çatdırılmasını təmin etmək məqsədilə əlavə qüvvələrin, o cümlədən hərbi hava hissələrinin cəlb edilməsi təkidlə təklif edilmişdir. Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini, Baş qərargahın rəisi Nurəddin Sadıqov göstərilən əməliyyata əlavə qüvvələrin və hərbi hava hissələrinin cəlb edilməsinin və ordunun siyasi məsələlərdə iştirakının əleyhinə olduğunu rəsmi bildirdiyinə görə, o, elə həmin gün Prezidentin fərmanı ilə tutduğu vəzifəsindən azad edilmişdir. Bu məsələlərlə əlaqədar müdafiə naziri D. Rzayevin etirazı və istefa verməsi barədə bəyanatı rədd edilmişdir.
Eyni zamanda əməliyyata əlavə qüvvələrin, o cümlədən hərbi hava hissələrinin cəlb edilməsi barədə təklifin həyata keçirilməsini təmin etmək məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyinin dəyişdirilməsinə cəhd göstərilmişdir. Bu məqsədlə müdafiə naziri vəzifəsi general Nəcməddin Sadıqova və polkovnik Səfər Əbiyevə təklif edilmişdir. Lakin onlar bu təklifin məqsədini başa düşdükdə verilmiş təklifdən imtina etmişlər.”
Milli təhlükəsizlik naziri F. Təhməzovun izahatına görə, respublika Prezidenti yaranmış gərgin vəziyyəti sabitləşdirmək əvəzinə hətta sərhəd qoşunlarının bir hissəsini belə səfərbər edib Gəncəyə göndərilməsi haqqında ona göstəriş vermişdir. Daxili işlər naziri A. Allahverdiyevin Milli Məclisə verdiyi məlumatdan aydın oldu ki, Prezidentin tapşırığına istinad edərək P. Hüseynov və İ. Qəmbər nazirdən təcili surətdə Bakı şəhərinin 8 rayonunda bələdiyyə polisi yaradıb, onlara və Azərbaycan Xalq Cəbhəsinin bir qrupuna silah verilməsini tələb etmişlər.
Azərbaycan Xalq Cəbhəsi dövlət sistemində heç bir statusa malik olmadığı halda, Azərbaycan Xalq Cəbhəsinin rəhbərliyi həmin əməliyyatın keçirilməsi ilə əlaqədar tədbirlərin hazırlanmasında iştirak etmiş və hərbi əməliyyatın həyata keçirilməsində başqa hərbi hissələrlə birlikdə özünün sərəncamında olan xüsusi batalyonu Gəncə şəhərinə göndərmişdir.
Hadisənin ilk günləri AzTV və qəzetlərin vasitəsilə “Gəncədə naməlum silahlı qruplaşmaların toqquşması baş verib”, daha sonra “Murova göndərdiyimiz silahlı bölmələr Gəncədə silahlı qarşıdurma yaradıblar. Qurbanlar var” kimi “rəsmi” məlumatlarla dövlət əsl həqiqəti ölkə ictimayətindən gizlədirdi.
Milli Məclisdə isə qızğın müzakirələr başlamışdı. İyunun 4-ü Gəncədə ordusunu ataraq, Bakıya qaçmış Daxili Qoşunların komandanı Fəhmin Hacıyev Milli Məclisin tribunasından “Gəncəyə havadan bomba- raket zərbələri endirmək” icazəsinin verilməsini tələb edirdi. O zaman Milli Məclisdə İsmayıl Şıxlı, Tofiq Bağırov və başqa ağsaqqal deputatlar yerlərindən çıxış edərək, Fəhmin Hacıyevin sayıqlamalarının qarşısını almışlar. F. Hacıyev ilk dəfə deyildi Azərbaycan şəhərlərinə “havadan zərbə endirmək” arzusunda bulunurdu. Bu hadisələrdən bir il öncə 15 may 1992-ci ildə A. Mütəllibovu hakimiyyətdən devirərkən o, AzTV- də “A. Mütəllibov Prezident Apparatını tərk etməsə, binaya havadan zərbə endirəcəyi” ultimatumunu vermişdi... AXC sayağı “demokratik düşüncə” və “demokratik yanaşmanın” məhsulu.
Milli Məclisin Gəncəni bombardman edilməsinə etirazına baxmayaraq, həmin gün 3 ədəd döyüş təyyarəsi qanadları altında bomba və raketlərlə Gəncədə 709-cu h/h ərazisinə şığıdılar, lakin zərbə endirməyərək, qalxdıqları Kürdəmir aerodromuna qayıtdılar. 709-cu briqadanın ştat üzrə döyüş növbəsində olan havadan mühafizə zenit qurğusu təyyarələri müşahidə və nişangahı ilə müşayiət etsə də, bu zaman h/h-də olan Surət Hüseynov onlara atəş açılmasını qadağan etmişdi.
Məhz “bəylərin” bu cür ağlasığmaz “tədbirlərindən” sonra qədim Gəncəyə havadan zərbələrin endirilməsi ehtimalını istisna etmək və beyinləri qızmış “bəyləri” Gəncəyə yeni hücumlardan çəkindirmək məqsədilə S. Hüseynov 709-cu briqadanın şəhərdə olan 500 nəfərlik bölmələrini şəhərdən tamam çıxartdı və yaşayış məntəqələrindən uzaqda dayanmalarına göstəriş verdi.
Briqadanın bölmələri Gəncə- Göranboy arasındakı təpələrdə müdafiə mövqeləri qurdu. Ön post “Göranboy dördyolu” yaxınlığında quruldu. S. Hüseynov postlarda növbə aparan əsgərlərə mülki əhali və qarşı tərəfin əsgərləri ilə xoş və mehriban davranmaq göstərişi vermişdi. Bu da öz nəticəsini verdi. Göranboy istiqamətindən Gəncəyə hərəkət etməyə hazırlaşan Daxili Qoşunların və MN-nin h/h-in bəzi bölmələri könüllü olaraq, xalqın tərəfinə keçir, 709-cu briqadanın əsgərlərinə qoşulurdular.
AXC hakimiyyətində özlərini “jön- türk” hərbi “xadimləri” kimi görən və təqdim edən savadsız, aqressiv, başıpozuq “komandanlar” 4-5 iyun ərzində məğlubiyyətlərindən və ordularının qarşı tərəfə keçməsindən sonra dərin depressiyaya düşdülər. Artıq orta və kiçik komandirlər də yeni qanlı avantyuranın icraçıları olmaq istəmirdilər. Yuxarıda göstərdiyim səbəblərdən Gəncədə “Tufan” əməliyyatının 2-ci eşelonu kimi istifadə olunmalı Göranboyda cəmləşdirilmiş 1 min nəfərlik silahlı qruplaşma dağıldı. Bundan başqa, iyunun 5-i səhər bu qruplaşmanın AXC-yə yaxınlığı ilə tanınan bəzi başçıları Gəncəyə gələrək, 709-cu briqadanın qərargahında S. Hüseynovla məxfi görüşüb, Ə. Elçibəyi devirilməsinin vacibliyini, bu yolda S. Hüseynovun əmrində olduqlarını və Bakıdakı qüvvələri ilə də hərəkət etməyə hazır olduqlarını bildirmişdilər. S. Hüseynov, öz liderlərinə xəyanət etmiş bu adamlara, “gedin məsuliyyət daşıdığınız zonaları ermənidən müdafiə edin”, deyib, rədd etmişdi.
Yaranmış vəziyyəti doğru qiymətləndirən Ə. Elçibəy “ziyanın yarısından qayıtmaq da, xeyirdi” prinsipini rəhbər tutaraq, “Tufan” əməliyyatının fəsadlarını dinc yolla aradan qaldırmaq qərarına gəldi. Bu məqsədlə iyunun 6-ı Ə. Elçibəy Gəncə hadisələri ilə bağlı dövlət komissiyası yaradır. Komissiyanın tərkibinə ictimai- siyasi xadimlər və Allahşükür Paşazadə daxil edilirlər. Ə. Elçibəy Respublika Ağsaqqalar Şurasının sədri akademik İmam Mustafayevi bu komissiyanın sədri təyyin edir. Komissiyanı Gəncəyə yola salarkən, Ə. Elçibəy iyunun 4-ü Gəncədə həlak olanların ailələrinə baş sağlığı verdi və “fövqəladə vəziyyətin əsas məqsədlərindən biri qeyri-qanuni silahların əhalidən yığılmasıdı. Bu, əhalinin təhlükəsizliyinin təmin olunması üçün vacibdir. Bunu dövlətin marağı tələb edir”-açıqlamasıyla çıxış elədi. Yəni iyunun 6-ı ölkə Prezidenti Gəncədə baş vermiş hadisə haqqında nə “qiyam” sözünü işlədir, nə ümumiyyətlə hər hansı hərbi hissənin itaətsizliyindən söz açır.
İyunun 7-i dövlət komissiyası Gəncədə işinə başladı. Komissiya üzvü Şeyxulİslam Allahşükür Paşazadə iyunun 4-ü Bakıda yaşadığı mənzildə həbs edilmiş S. Hüseynovun qardaşı Şöhrəti də özüylə Gəncəyə gətirdi. Qeyd edim ki, Şöhrət Hüseynov riyaziyyət müəlimi idi və Gəncə hadislərinə heç bir aidiyyatı yox idi. O, “Tufan” başlamaqla eyni zamanda yaşadığı mənzildə həbs edilmişdi.

Elə həmin gün səhər saatlarında Surət Hüseynov Gəncə İcra Hakimiyyəti binasında mətbuat konfransı keçirtdi və Gəncədə baş vermiş hadisələrdə təqsirkarların müəyyən edilib, dərhal vəzifələrindən istefa verib, cəzalandırılmalarını tələb etdi.
İyunun 7-i Prezident Aparatında keçirilmiş geniş tərkibli iclasda müdafiə naziri D. Rzayev ilk dəfə “709-cu briqadanın MN əmrlərinə tabe olmaması, bu səbəbdən onun buraxılması əmri və iyunun 4-ü Gəncədə briqadanın buraxılması ilə bağlı tədbirlərin görülməsi zamanı 709-cu briqadanın qulluqçuları tərəfindən silahlı müqavimət göstərməsi” haqqında versiya “Azərbaycan” qəzeti vasitəsilə cəmiyyətə təqdim edildi. Buna qədər Milli Məclisin keçirilən iclaslarında Prezident, Baş Nazir, MM-in sədri, daxili işlər və milli təhlükəsizlik nazirləri Gəncədə nə baş verdiyindən xəbərsiz olduqlarını israrla təkrar edirdilər. Ancaq Prezident Aparatındakı bu müşavirədən sonra “Tufan” əməliyyatının əsas təşəbbüskarlarından biri kimi Baş Nazir Pənah Hüseynov istefa verdi.
İyunun 8-i Ə. Elçibəy Gəncədə baş vermiş hadisələrlə bağlı xalqa müraciət etdi. İyunun 4-ü Gəncədə baş vermiş hadisə haqqında o, “qeyri-qanuni yollarla əlinə silah keçirmiş bir qardaş bu silahı o biri(vəzifələrini yerinə yetirən) qardaşa yönəltmişdi” deyib, həlak olanların yaxınlarına baş sağlığı vermişdi. O, iyunun 8-i ölkədə matəm elan etmişdi və diqqəti daha çox hadisələrin mümkün nəticələrinə yönəldərək, “vətəndaş sülhünü bərpa etməyə” çağırış etmişdi. Ə. Elçibəyin bu müraciətində də nə “709-cu briqadanın itaətsizliyi”, nə “qiyamı” haqqında bir söz demir. Əlbəttə, 709-cu briqada iyunun 4-ə qədər MN-ə itaətsizlik yaxud qiyam etsəydi ölkə başçısının bunu xalqdan gizlətməyin nə mənası var idi? 15-17 mart OMON hadisələri bizim yaxşı yadımızdadı. O hadisələrdə ölkə başçısı xalqa və bütün dünyaya Qazaxda və Bakıda baş verənlər haqqında hələ hadisələr baş verməmiş məlumat vermiş və qarşısını almaq üçün müraciət etmişdi. Ancaq 22 ildi “Gəncə qiyamı” ifadəsini eşitsək də, “qiyamın” qarşısının alınması üçün Ə. Elçibəyin nə “qiyamçılara”, nə xalqa “qiyamla” bağlı bir müraciəti məlum deyil. Artıq bütün ölkəyə məlum hadisədən 4 gün keçsə də ölkə başçısı bunu “qiyam” kimi qiymətləndirmir. “Tufan” əməliyyatının Gəncədə saxlanılan rəhbərləri də Gəncə Hərbi Prokurorluğuna ifadə verərkən, Gəncədə “itaətsizlik”, “qiyam” və bu “qiyamın yatızdırılmasına gəldikləri” haqqında bir kəlmə deməmişdilər. Bu necə “qiyamdı” ki, nə “qiyamçıların” əvvəldən bir tələbi olub, nə də ölkə rəhbərliyi hadisədən 4 gün keçsə də “qiyamdan” danışmırlar? Bunlar bir daha sübut edir ki, iyunun 4-ə qədər 709-cu briqada tərəfindən nə itaətsizlik olmuşdu, nə qiyam qaldırılmışdı. Milli Məclisdə keçirilən dinləmələrdə müdafiə naziri Dadaş Rzayev 709-cu briqadanın tabe olmadığı hər hansı yazılı əmri MM-ə təqdim edə bilmədi. Məlum məsələ idi ki, “709-cu briqadanın buraxılması” Surət Hüseynovun Gəncədə fiziki məhvi üçün hökümət tərəfindən əvvəldən düşünülmüş bəhanə və ssenarisinin bir hissəsi olmuşdu.
İyunun 8-i Bakıda Ali Sovetin qarşısındakı meydanda müxalifət qüvvələrinin Koordinasiya Şurası hakimiyyətin iyunun 4-ü Gəncədə 709-cu briqadaya qarşı keçirtdiyi qanlı aksiyaya etiraz mitinqi keçirtdi. Həmçinin mitinqdə Gəncə hadisələrinin müzakirəsi üçün Ali Sovetin fövqəladə sessiyasının çağırılması tələbi irəli sürüldü.
Ali Sovetin sessiyasının yığışacağı təqdirdə səs çoxluğu ilə hakimiyyətdən bir əvvəl devirdikləri Ayaz Mütəllibovun qaytarılacağından ciddi əndişə keçirən Pənah Hüseynov və Ə. Elçibəyə yaxın olan başqa komanda üzvlərinin təkidi ilə Prezident Ə. Elçibəy Gəncə hadisələrinin nəticəsində ölkədə yaranmış dərin ictimai- siyasi və hakimiyyət böhranını aradan qaldırmaq məqsədilə iyunun 8-i Naxçıvan Ali Sovetinin sədri Heydər Əliyevi Bakıya dəvət etdi. H. Əliyev dəvəti əvvəlcə rədd etsə də, Ə. Elçibəyin bir neçə müraciətindən sonra, iyunun 9-u xüsusi təşkil olunmuş aviareyslə Bakıya gəldi.
Ali Sovetin sessiyasının çığırılmasını tələb edən mitinqlərin qarşısını almaq və müxalifətdən olan Milli Məclis üzvlərinə təzyiq məqsədilə iyunun 9-u Fərəc Quliyevin başçılıq etdiyi AXC-nin qeyri- qanuni silahlı dəstələri Ali Sovetin binasını və qarşısındakı meydanı zəbt etdilər. Bununla bağlı verdiyi bəyantda AXC İcraiyyə Komitəsinin sədri F. Quliyev Milli Məclisdə olan şəxslərin girov saxlanıldıqlarını elan etdi.
AXC iqtidarı rəhbərliyi yaranmış böhrandan çıxış yollarının H. Əliyevlə müzakirə edib, ona Baş Nazir vəzifəsini təklif etdi. Bu təklifə cavabında ölkəni bürümüş böhranın aradan qaldırılması üçün H. Əliyev daha yüksək səlahiyyətlərin tələb olunduğunu bildirdi. Bununla bağlı, Dövlət Şurasının yaradılması və ona H. Əliyevin başçılıq etməsi yaxud Ali Sovetin sədri vəzifəsini tutması müzakirə edildi.
Xüsusilə qeyd etmək istəyirəm ki, bütün bu proseslər zamanı 709-cu briqadanın bölməsi Göranboy “dördyolunda” iyunun 5-dən dayandığı mövqelərdən tərpənməmişdi. “Bakı yürüşü” adlandırılan və İsa Qəmbər tərəfindən Milli Məclis sədrliyindən istefa verməsinin səbəbi kimi göstərdiyi, əslində isə Bakıya yürüşlə heç bir əlaqəsi olmayan, yalnız icra başçıları qaçmış bəzi iri rayonlarda başlanmış xaosun və baş vermiş silahlı təxribatların davamının qarşısını almaq məqsədilə 709-cu briqadanın hər biri 250 nəfərlik iki bölməsinin bəzi rayonlara hərəkəti iyunun 10-da başlamışdı. Gələn yazımda bu haqda ətraflı yazacam.
İyunun 9-u Milli Məclis “Gəncə şəhərində 4-10 iyun 1993-cü ildə hadisələrində iştirak etmiş şəxslərə amnistiya verilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nu qəbul etdi.

Ardı var...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri... - Ekspert danışır...
Bu gün, 08:30
Müxalifətin aksiyası dağıdıldı - Tiflisdə SON DURUM
Bu gün, 08:24
İlham Məmmədova ağır itki üz verib
Bu gün, 07:36
Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? - AÇIQLAMA
Bu gün, 07:33
2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... - İNCƏLƏMƏ
Bu gün, 07:30
Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək - "Bu sülh prosesini dalana salır"
Bu gün, 07:23
"Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09
Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04
"Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40
Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34
“Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31
"Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42
Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38
SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32
Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29
Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24
Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02
Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39
Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35
Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50
Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47
Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45
Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02
"Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59
Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56
“Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09
Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07
Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08
Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00
Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58
“Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05
Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02
Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00
“Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55
BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51
"Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46
Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43
NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37
“La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35
Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31
Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29
Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20
Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17
Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16
Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14
Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11
Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10
Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03
Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru