“Elə bilirlər ki, istənilən nağılı danışmaq olar”
Tarix: 17-07-2014, 09:57 | Çap et
AXC-nin yubileyinin qeyd olunduğu ərəfədə AXCP sədri Əli Kərimlinin ruporu kimi fəaliyyət göstərən “Azadlıq” qəzetində “xatirə”ləri dərc olunub. Əsası Əbülfəz Elçibəy tərəfindən qoyulan, sonra isə parçalanmaya məruz qalan qurumun yaradılmasının növbəti ilində Ə.Kərimli yenə də özünə əl qataraq AXC-nin fəaliyyətindəki “misilsiz” xidmətlərindən danışıb. Klassik cəbhəçilərin Elçibəyə xəyanətdə ittiham etdiyi Ə.Kərimli xislətinə sadiq qalaraq cəbhə hakimiyyətinin etdiklərini öz adına çıxıb, öndər “zəhmətkeş”in özü olduğunu vurğulamağa çalışıb. Təbii ki, onun dedikləri ciddi qəbul olunmayıb və partiya sədri növbəti dəfə özünü lağ obyektinə çevirib. AXC dövrünü yaşamış, baş verənlərə canlı şahid olmuş şəxslər onu özünü həmin dövrün lideri kimi təqdim etməsinə, hər şeyi öz adına çıxmaq mərəzindən qurtula bilmədiyinə görə qınadılar. Bu mövzuda fikirlərini bizimlə bölüşən millət vəkili Aydın Mirzəzadə dedi ki, yazını oxuyarkən oradakı şişirtmələrə görə təəssüf hissi keçirib: “Hamı bilir ki, o komanda çox təcrübəsiz idi. Ona görə də onlar tarixdə ölkənin inkişafı ilə bağlı heç bir strateji planı olmayan, bir-birinin ardınca həm daxili, həm də xarici siyasətdə məğlubiyyətə uğrayan iqtidar kimi qalıblar. Həmin dövr Azərbaycan vətəndaşlarının yaddaşına “itirilmiş imkanlar dövrü” kimi yazılıb. Təəssüf ki, o dövrkü iqtidar nümayəndələri vahid komandan ətrafında birləşə bilmədilər. Heç normal ordu da qurmadılar. Bunun nəticəsində ölkəmiz cəbhə xəttində böyük məğlubiyyətlərə düçar oldu. Azərbaycan üçün təkcə siyasi deyil, iqtisadi tərəfdən də bir şey edə bilmədilər. Onlar planlı, nizamlı fəaliyyət göstərmirdilər. Hətta hakimiyyətlərinin son dövründə ən zəruri ərzaq mallarının qıtlığı yaranmışdı. Bilirsiniz ki, o zaman insanlar çörək növbəsində dururdular. Ona görə də millətdə iqtidara qarşı böyük inamsızlıq əhval-ruhiyyəsi formalaşmışdı”. A.Mirzəzadə qeyd etdi ki, AXC dövrü təkcə daxili siyasətdəki uğursuzluqları ilə yadda qalmayıb: “İqtidar xarici siyasətdə də böyük uğursuzluğa uğramışdı. Qonşu dövlətlərlə, Azərbaycana strateji müttəfiq ölkələrlə düşmənçilik münasibətləri yaratmışdılar. Ona görə də həmin dövlətlər beynəlxalq aləmdə Azərbaycana dəstək olmaqdan imtina etdilər. Məlumdur ki, iqtidarın daxilində də parçalanma var idi və hakimiyyət nümayəndələri açıq şəkildə biri-birini müəyyən məsələlərdə ittiham edirdilər. Onların fəaliyyətləri sonda vətəndaş müharibəsi həddinə gəlib çıxdı. Yazıdan da gördüyünüz kimi, Əli Kərimli bu məqaləsini müstəqillik dövründə anadan olmuş və bu gün elə də çox yaşı olmayan gənc nəsil üçün nəzərdə tutub. O hesab edir ki, gənclərimiz öz tarixlərindən xəbərsizdirlər və onlara istənilən nağılı danışmaq olar. Düşünürəm ki, Azərbaycanın həmin dövrdəki uğursuzluqlarına məsuliyyət daşıyan şəxslərdən biri məhz Əli Kərimli özüdür. Bu gün Azərbaycanın uğurları göz qabağındadır. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişindən sonra seçdiyi düzgün yol nəticəsində ölkəmiz böyük uğurlara imza atıb. Qeyd etməliyəm ki, Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Əli Kərimli və onun komanda üzvləri Sürət Hüseynov tərəfindən Bakının mərkəzi meydanında dar ağacından asılmaq təhlükəsindən xilas olub. Sürət Hüseynov bunu açıq şəkildə elan etmişdi. Əli Kərimlinin indiki dövrdə, demokratiyanın inkişaf etdiyi ölkədə, özünün nəzarəti altında olan mətbuat orqanında belə çıxış etməsi normaldır. Hesab edirəm ki, bu cür, yalana söykənən fikirlərlə geniş auditoriyaya təsir etmək mümkün deyil”. Millət vəkilinin fikrincə, Əli Kərimli o dövrdə görülən işləri adına çıxırsa, elə birdəfəlik həmin müddətdə ölkəyə prezidentlik etdiyini elan eləsin: “Əli Kərimli etiraf etsin ki, o zaman prezident özü olub, Əbülfəz Elçibəy yox. Bu məqam bayaq dediyim fikri bir daha təsdiq edir ki, həmin dövrdə iqtidarda olanlar bir-birilərini vurmağa çalışırdılar. Yüksək vəzifədə olanların hamısı, o cümlədən, Əli Kərimli Əbülfəz Elçibəyi nəzarət altında saxlamağa, öz siyasətini yürütməyə çalışırdı. Aydın məsələdir ki, bu gün o şəxslərin hər biri özünü qəhrəman kimi təqdim etməyə çalışacaq, olanları başqa formada təqdim edəcək. Əminəm ki, xalqımız bir dəfə onların hakimiyyətini gördüyünə görə bir daha öz taleyini həmin komandanın əlinə verməyəcək”.
Vəhdət Partiyasının sədri Tahir Kərimli qeyd etdi ki, birillik hakimiyyəti iyirmi bir illik hakimiyyətlə müqayisə etmək doğru deyil: “Həmin dövrün böyük təhlilə ehtiyacı var və bir səhifəlik yazı ilə bitən məsələ deyil. Hamı bilir ki, o dövr Əli Kərimlinin dediyi kimi ideal olmayıb. O, yazısında Kəlbəcər və Qarabağ məsələsində Türkiyənin iştirakını vurğulayır. Qeyd edir ki, guya buna onlar nail olublar. Amma məlumdur ki, Türkiyə bütün məsələlərdə bizə yardım edir. Onlar təkcə AXC dövründə deyil, bütün müstəqillik tariximizdə bizimlə olublar. Türkiyənin bizə yardım etdiyi kimi, Azərbaycan da hər zaman onlara köməyini əsirgəməyib. Belə bir sual verə bilərlər ki, Türkiyə o zaman həmsədr dövlət idimi? Xeyr. Türkiyə heç vaxt həmsədr dövlət olmayıb. Sadəcə olaraq, ATƏT-in Minsk qrupunun 11 üzvündən biri olub və yaxın dövlət kimi bizə yardım etməyə çalışıb. Əli Kərimli yazısında məhkəmələrlə bağlı məqamlara da toxunub. Doğrudur, o zaman müstəqil məhkəmə hakimiyyəti formalaşması üçün işlər görülürdü. Məhkəmə quruculuğu, onların müstəqil hakimiyyəti üçün, hakim statusu və s haqda qanun qəbul edilmişdi. Bəs nə üçün gizlədilir ki, həmin qanunlara prezident qol çəkməmişdi”. T.Kərimli nəzərə çatdırdı ki, o dövrkü iqtidardan hər zaman təzyiq görüb: “Mən xaricdə olanda Milli Məclisə qanun təqdim edilmiş və o rədd olunmuşdu. Ondan sonra mən əlimdə istefa ərizəmlə parlamentdə çıxış etdim. Dedim ki, ya bu qanun qəbul olunacaq, ya da belə hakimiyyətin Ali Məhkəməsinin sədri işləməyəcəyəm. Bir məsələni də deyim. O vaxt Lenin muzeyi ləğv olunmuşdu və prezidentin fərmanı ilə ədalət evi kimi ədliyyə orqanlarına verilmişdi. Sual yaranır – onu icra etməyə kim qoymadı? Həmin vaxtlarda «Azadlıq» qəzetinin özündə əleyhimizə yazılar verildi. Mənim rüşvətxorluğun qarşısının alınması üçün etdiyim təklifə lağ edirdilər. O vaxtı demişdim ki, hakimlərin rüşvət almaması üçün əmək haqqını 100 dollar civarında vermək lazımdır. Buna görə qəzet mənə gülür, haqqımda onlarla iftira yazırdı”. Müsahibimiz bildirdi ki, o dövrdə Əli Kərimlinin iddia etdiyi kimi şəffaflıq olmayıb: “Məhkəmənin qərarlarını icra etmirdilər. Nazirlərin özbaşınalıqları da göz qabağında idi. Ay Əli Kərimli, sən müxalifətsən və hazırkı hakimiyyəti tənqid edə bilərsən. Buyur, sağlam şəkildə tənqidlərini söylə. Bunun əvəzində durub o dövrü, özünü ideallaşdırmağa ehtiyac yoxdur. Bütün məsələlərdə obyektiv olmaq lazımdır. İnsan gərək öz səhvlərini deməyi bacarsın. Barəndə təriflər deməklə iş bitmir, yanlışlarınızı da yazmağı bacar. Belə obyektivsinizsə, o dövrü təkcə tərifləməyin, harada səhv etdiyinizi də yazın. Özünün edə bilmədiyini başqasından tələb etmək nə dərəcədə düzgündür?” Partiya sədri staus-məqalədə hakimiyyətin ideallaşdırılması cəhdinə təəssüfləndiyini dedi: “Orada qeyd olunur ki, Azərbaycan hərbi qüvvələri Rusiya ordusunu ölkə ərazisindən çıxara bilib, amma digər dövlətlər bunu bacarmayıb. Bu, düzgün mülahizə deyil. Necə olur daha böyük dövlətlər edə bilmir, amma balaca Azərbaycan Rusiya qoşunlarına təzyiq edir və onu ərazisindən çıxarmağa müvəffəq olur? Heç kim bu sualı onlara vermir. Rus hökuməti getməsəydi, onu ölkədən çıxarmaqmı olardı? Bu məsələdə Azərbaycan hakimiyyətinin rolunu şişirtmək lazım deyil. Çünki Rusiya beynəlxalq danışıqlar nəticəsində Azərbaycan ərazisindən çıxdı. Özləri getməsəydilər, bizim onları çıxarmağa heç cür gücümüz çatmayacaqdı. Bu məqamı ona görə deyirəm ki, tənqidlərin obyektiv olmağına tərəfdar adamam”. \\ kaspi.az \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İlham Məmmədova ağır itki üz verib
Bu gün, 07:36 |
|
|
|
• Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? - AÇIQLAMA
Bu gün, 07:33 |
|
|
|
• 2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... - İNCƏLƏMƏ
Bu gün, 07:30 |
|
|
|
• Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək - "Bu sülh prosesini dalana salır"
Bu gün, 07:23 |
|
|
|
• "Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09 |
|
|
|
• Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04 |
|
|
|
• "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40 |
|
|
|
• Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34 |
|
|
|
• “Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31 |
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
|