1000 nəfərlik yer Müsavat Partiyasına qurultay üçün azlıq edir?
Tarix: 24-07-2014, 10:55 |
Çap et
İyulun 16-da AXCP Əmircan qəsəbəsində Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında AXC-nin yaranmasının 25 illiyini təntənə ilə qeyd etdi.
Həmin saray bir çox parametrlərinə görə müasirlərindən geri qalsa da insaf naminə qeyd edilməlidir ki, memarlıq və rahatlıq baxımından müxalifətin təntənəli tədbir keçirməsi üçün məqbul hesab oluna bilər. Xatırladaq ki, Müsavat bu məkanda qurultay keçirməkdən imtina edib və yerin azlığını əsas gətirərək meriyadan fərqli yer istəyib.
Moderator.az AXCP Ali Məclisinin sədri Həsən Kərimovdan yubiley tədbirində zalda neçə nəfərin olduğu və icarə haqqının məbləği ilə maraqlanıb. AXCP funksioneri deyib ki, zal 650 yerlik olsa da...:
“Bizim hesablamamıza görə tədbirdə 1000-nə yaxın adam iştirak edidi. Zal dolduğu üçün xeyli sayda insan koridorda və bayırda qalmışdı. İcarə müqaviləsi üzrə 3 saat üçün 660 manat vəsait ödənilib.”