“Azərbaycanın müxalifəti də, iqtidarı da eyni gündədir” - Sərdar Cəlaloğlu
Tarix: 25-07-2014, 10:38 | Çap et
AXC-nin 25 illik yubileyi ilə bağlı AXCP tərəfindən təşkil edilən tədbirdə ADP sədri Sərdar Cəlaloğlunun nitqinin yarıda kəsilməsi ölkə siyasiləri tərəfindən sərt reaksiyalara səbəb olub. Baş verənlərin əxlaqi-siyasi baxımdan yolverilməz olduğunu vurğulayan əksər müxalif partiya yetkililəri, buna görə AXCP rəhbərliyini tənqid edib. Moderator.az olaraq S.Cəlaloğlu ilə söhbətimizdə baş verənlərə aydınlıq gətirməyə, məlum olayla bağlı partiya sərdinin öz qənaətini öyrənməyə çalışdıq. Əvvəli BURADA -Fit səslərinə AXCP sədrinin reaksiyası necə oldu? - Ə.Kərimli baş verənlərə heç bir reaksiya vermədi. O, rahat bir şəkildə oturub gülümsəyirdi. Elə bilirdi ki, bütün bunlar mənə təsir edəcək. Mən bu iqtidarın həbsxanasında yatmışam, işgəncələrə məruz qalmışam. Bunlar mənə təsir edə bilməz. Sənin orada iki cavan uşağı öyrədib onlara fit çaldırmağın mənasızdır. Mən gəncləri bu şəkildə tərbiyələndirməyin böyük qüsur olduğunu Ə.Kərimlinin diqqətinə çatdırmaq istəyirəm. Əgər biri sənin oğluna öyrətsə ki, atan yaşında bir insan çıxış edəndə ayağını yerə döy, fit çal, onun çıxışına imkan vermə, bu, sənə necə təsir edər? Əgər mənim oğlum bunu eləsə, onun gözünü çıxardaram. Baxın görün bu 20 il ərzində bizim hansısa partiya funksioneri digər müxalif liderlər haqqında hansısa söz deyib? Mən özüm deyərəm, İsa Qəmbəri də, Ə.Kərimlini də təqnid edərəm. Lakin heç vaxt partiya funksionerlərinə demərəm ki, filankəs, sən götür filan partiya sədri haqqında nə isə yaz. Heç vaxt bunu eləmərəm. Çünki bir lideri gözdən salmaq bütünlükdə liderlərin hamısını gözdən salmaq deməkdir. Əgər sən gəncləri başqa partiya liderlərinə qarşı bu cür tərbiyəsizlik göstərməyi aşılayırsansa, sabah onlar sənin partiyandan çıxandan sonra sənin özünə qarşı eyni münasibət və tərbiyəsizliyi sərgiləyəcəklər. Bu gəncləri öz arxana salıb hara aparırsan? Kor korun dalından yapışsa hara gedər? Mən Azərbaycan xalqının haqlarını müdafiə edirəm. Xalqın ən ümdə haqqı isə onun dəyərləridir. Sən onun dəyərlərinə tüpürürsənsə, sən bu gəncləri Azərbaycan xalqının milli dəyərlərinə zidd bir şəkildə tərbiyə edirsənsə, necə deyə bilərsən ki, mən xalq uğrunda mübarizə aparıram? Məgər Azərbaycan xalqının maraqları uğrunda mübarizə sənin hakimiyyətə gəlməyin və ya deputat olmağındır? Azərbaycan xalqı uğrunda mübarizə onun tarixinə, mədəniyyətinə sahib çıxmaq, buna yiyələnməkdir. Mən də çıxışımda insanları bu tarixə yiyələnməyə çağırdım. Dedim ki, Nadir şahı unutmayaq, ona Məşdibad kimi yanaşmayaq. Tariximizə sahib çıxın. Bizi gələcəyə bu tarix apara bilər. Bu torpağı bizə qoyub gedən, onu qorumaq üçün öz canından keçən insnalar var. Burada nə qəbahət var? - Sizcə bu olay onu göstərirmi ki, müxalifət düşərgəsinin daxilində siyasi etika və demokratiya baxımından ciddi problemlər mövcuddur? - Bu, şübhəsiz ki, belədir. Ə.Kərimli orada da iqtidarı ittiham edərək bildirdi ki, iqtidar söz və fikir azalığılnı pozur. Ə.Kərimlinin iclasında mənim söz və fikir azadlığım faktiki olaraq pozuldu. Lakin Ə.Kərimli buna reaksiya vermədi. Bu, artıq riyakarlıqdır. Əgər sən iqtidarı pisləyirsənsə, onun söz və fikir azadlığına imkan vermədiyini, hakimiyyətə gələcəyin təqdirdə bütün bu azadlıqları bərqərar edəcəyini iddia edirsənsə, lakin öz tədbirində sənin qonağının sözü kəsilirsə və sən onun fikir azadlığını təmin etmirsənsə və ya edə bilmirsənsə, sənin nə haqqın var ki, hökuməti ittiham edəsən? Bizim faciəmiz budur. Biz özümüz-öz aramızda diqloqa gələ bilmirik, amma iqtidarı dialoqa çağırırıq. Biz özümüz insan hüquq və azadlıqlarını kobud surətdə pozuruq, amma iqtidardan hüquq və azadlıqların müdafiəsini tələb edirik. Biz özümüz xalqımızın dəyərlərinə hörmət etmirik, amma əvəzində iqtidara deyirik ki, sən niyə xalqın milli dəyərlərinə hörmət etmirsən? Özümüz tariximizə sahiub çıxmırıq, amma hökumətə deyirik ki, niyə tariximizə sahib çıxmırsan? Məgər sən özün bütün bunları edirsən? Ümumiyyətlə, sənin siyasi mədəniyyətin var? Səndə olmayan bir şeyi xalqdan necə tələb edə bilərsən? Bizim müxalifətimiz də iqtidarımızla eyni gündədir. Kor atın kor da nalbəndi olar. Mən “Azadlığa məhkum” kitabında yazmışdım ki, bir ölkənin müxalifəti kor, iqtidarı lal olsa, onun demokrtatiyası axsaq olar. Ə.Kərimli partiyanın adını AXCP qoyub, amma nəinki tənqidi, hətta tarixlə bağlı fikirləri belə fitə basır. Madam ki, belə edəcəkdin onda məni ora niyə çağırmışdın ki? Axı sən məni tanıyırsan? Bilirsən ki, mən kimsəyə layiq olmadığı tərifi söyləyən deyiləm. Mən sənin haqqında yalnız sənin layiq olduğun sözləri deyə bilərəm. Sən nəyə layiqsənsə mən ancaq onu deyə bilərəm. Bu isə sənə sərf eləməz. Mən sənin etdiyin addımları sayaram. Elçibəyə və digərlərinə olan münasibətin haqqında həqiqəti söyləyə bilərəm. Lakin sən özün çağırdın və özün söz verdiyin halda mənə danışmağa imkan vermədin. Halbuki, mən gəlməyə də, danışmaya da bilərdim. Mən sənin sadaladığın yüzlərlə arqumentin əsassız olduğunu sübut da edə bilərdim. Lakin bunu etmədim. - Sərdar bəy, AXCP sədrinin hansısa fikrinə etiraz etdinizmi? - Mən orada yalnız Ə.Kərimlinin tarixlə bağlı səsləndirdiyi fikrinə etiraz etdim. Ə.Kərimli bildirdi ki, gənclik keçmişə baxmamalı, yalnız irəli getməlidir. Mən isə qeyd etdim ki, heç bir xalq tarixnə arxa çevirməklə doğru, şərəfli bir gələcəyə gedə bilməyib. Bundan başqa, Ə.Kərimlinin öz söylədiyinə inansaq, onda bugünkü gənclik Ə.Kərimliyə də baxmalı deyil, çünki o da keçmişdir. Xalqı öz tarixindən necə iyrəndirmək, onu öz tarixinə necə yadlaşdırmaq olar? Onu öz tarixi irsindən bəhrələnməməyə necə çağırmaq olar? Ruslar belə edirdi. 70 il müddətində ruslar xalqı öz tarixinə yadlaşdırmağa çalışdılar. Onlar istəyridilər ki, bizim öz tarix vəzifələrimizi yerinə yetirməyimiz üçün tarixi kökümüz, əsasımız olmasın. Ə.Kərimli də çıxışında eyniylə bu siyasəti davam etdirir. Çıxışının sonunda Fərhadı nümunə gətirir və özlərinin də Fərhad kimi dağ çapdığını, mübarizə apardığını söyləyir. Xalqa Fərhadı misal çəkmək lazım deyil. Ona Nadir şahı, Qacarı misal çəkmək lazımdır. Sən bir siyasərçi kimi niyə siyasi tariximuizə müraciət etmir, gedib bir fars əfsanəsinə müraciət edirsən? Mən gözləyirdim ki, o öz çıxışında bizim Hindistanı, Əfqanıstanı tutmağımızdan, Nadir şahın, Qacarın fəaliyyətindən danışacaq. Bunların hamısı qaldı kənarda, Ə.Kərimli gedib Fərhadı nümunə gətirdi. Niyə? Məgər sən Fərhadın nəslindənsən? Fərhad Bisütun dağını çapıb və bunun Azərbaycan xalqına aidiyyatı yoxdur. O, fars mifologiyasından gələn bir adamdır. Azərbaycan tarixində Fərhaddan da min dəfə üstün olan insanlar var ki, onlara istinad etmək lazımdır. Pişəvəriyə, Xiyabaniyə müraciət etmək lazımdır. Sən isə tarixi ancaq Rəsulzadə, Elçibəy, bir də özünlə məhdudlaşdırırsan. Burada söhbət təkcə Ə.Kərimlidən yox, tariximizə bu cür yanaşan istənilən insandan gedir. - Bu baxımdan Müsavat Partiyasında vəziyyət necədir? - Müsavat Partiyasında yalnız iki şəxsin adı çəkilir: Məmməd Əmin- İsa Qəmbər. Azərbaycan xalqı iki nəfərdən ibarətdir? Bəs tarixdə böyük xidmətləri olmuş insanlar necə olsun? İndi gərək vacibdir ki, hər kəsin Ə.Kərimli kimi bir dostu, tanışı, ardıcılı olsun ki, onu təbliğ etsin? İmam Mustafayevin ardıcılı yoxdur. Amma bu adam Azərbaycan dilini həyatı bahasına dövlət dili edib. Onun adını çəkməyim, onun xidmətini yada salmağım səni niyə qıcıqlandırır? Xəlil Rza, Sabir Rüstəmxanlı siyasi maarifləndirmə dövründə böyük işlər gördü. Onlar rayonbarayon düşüb insnaları maarifləndirirdilər. Ziya Bünyadov akademik ola-ola bir dəstə alimi ətrafına yığıb universitetləri bir-bir gəzir, gənclərə siyasi aktivliyi təbliğ edirdi. Belə bir nəsil olub. Indi o nəsli necə unutmaq, onların xidmətini necə danmaq olar? Əgər sən bütün bu insanlara, bütün bu xidmətlərə, bütün bu olanlara fit çalırsansa, deməli sən bu xalqa yad bir adamsan. Sən fəxr etmə ki, partiyanın adınmı Xalq Cəbhəsi qoymusan. Adını Xalq Cəbhəsi qoymaq o demək deyil ki, sən xalqın mənafeyinə xidmət edirsən. Sənin xalqın nə mədəniyyətinə, nə tarixi irsinə, nə də dəyərlərinə hörmətin var. Sən bu xalqın tarixini sevmirsən. Tarixdən bir misal çəkə bilmirsən. Onun və mənim fikirlərimi müqayisə edin. Mənim bütün çıxışlarım öncə siyasi tarixin təhlilindən keçər. Biz gələcəyimizi keçmişimizə bağlamalıyıq ki, bir xalq olaq. Hər dövrün insanları öz bildikləri kimi çalıb oynasa, bu xalq necə formalaşar? Azərbaycan tarixi niyə M.Ə.Rəsulzadədən başlamalıdır? Heç 70 il yaşı olan xalq olar? Elə ailələr, nəsillər var ki, onların 400-500 il tarixi var. Xalqın tarixi necə ola bilər ki, 70 il olsun? Mən niyə öz imperiyalarımızın adını saymamalıyam? Niyə dünyanı lərzəyə salan hökmdarlarımın, sərkərdələrimin adını çəkməməliyəm? Sovet imperiyasının ən qüdrətli dönəmlərində Pyotrun heykəlini Leninqradda götürməmişdilər. Gürcülər dağüstü parkda Tamaranın heykəlini qoymuşdular. Ermənilər öz tarixi şəxsiyyətlərini təbliğ edirdilər. Sən isə Kirovun heykəlini qoymuşdun. Bu gün o heykəl olmasa da, sən yenə Xətainin, Qacarın adı gələndə fit verirsən. Bax bizim ən böyük faciəmiz budur.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri... - Ekspert danışır...
Bu gün, 08:30 |
|
|
|
• Müxalifətin aksiyası dağıdıldı - Tiflisdə SON DURUM
Bu gün, 08:24 |
|
|
|
• İlham Məmmədova ağır itki üz verib
Bu gün, 07:36 |
|
|
|
• Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? - AÇIQLAMA
Bu gün, 07:33 |
|
|
|
• 2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... - İNCƏLƏMƏ
Bu gün, 07:30 |
|
|
|
• Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək - "Bu sülh prosesini dalana salır"
Bu gün, 07:23 |
|
|
|
• "Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09 |
|
|
|
• Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04 |
|
|
|
• "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40 |
|
|
|
• Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34 |
|
|
|
• “Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31 |
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
|