Rauf Arifoğlu iqtidarla müxalifəti bir arada olmağa dəvət edir
Tarix: 5-08-2014, 12:59 |
Çap et
“Azərbaycan kifayət qədər həlledici və məsuliyyətli bir dövrə qədəm qoyub. Belə bir həssas məqamda hər kəsin borcudur ki, vahid mövqedən çıxış etsin və ermənilərə qarşı güc birliyi ortaya qoysun”.
Bu sözləri Editor.az-a açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Rauf Arifoğlu söyləyib.
Onun sözlərinə görə, iqtidarla müxalifət də bir arada olmalıdır: “Xocalı soyqrımı, Xocalı həqiqətlərinin dünyaya yayılması ilə bağlı Azərbaycan cəmiyyəti kifayət qədər vahid mövqe ortaya qoymağı bacarıb. Siyasi mövqeyindən və baxışlarından asılı olmayaraq, hər kəs Xocalı ilə bağlı keçirilən aksiyalarda birgə və fəal iştirak edib. Hesab edirəm ki, indiki məqamda da cəmiyyətin bütün təbəqlərinin birliyinə ehtiyac var. Biz bununla həm işğalçı Errmənistana, həm də dünya birliyinə mesaj vermiş olarıq. Təklif edirəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətin bütün təbəqələrinin, iqtidar, müxalifət mənsublarının, ictimaiyyət fəallarının böyük toplantısı keçirilsin və bu toplantıda ölkəmizin haqlı mövqeyi bir daha dünyaya nümayiş olunsun”.