Qarabağ Azadlıq Təşkilatı üzvləri cəbhə bölgəsinə yollandı
Tarix: 6-08-2014, 11:18 |
Çap et
Son günlər cəbhə xəttində gərginləşmiş vəziyyətlə bağlı Qarabağ köçkünləri, keçmiş hərbçilər və bir sıra ictimai təşkilatlar hərbi əməliyyatlara qatılmağa hazır olduqlarını bildirirlər. Avqustun 2-də Qarabağ Azadlıq Təşkilatının qərargahında müharibə veteranlarının, keçmiş alay və tabor komandirlərinin iştirakı ilə keçirilmiş tədbirdə QAT sədri Akif Nağı və digər tədbir iştirakçıları torpaqlarımız uğrunda savaşa başlamğın vacibliyini vurğulayıblar.
Hafta.az-ın bu dəqiqələrdə QAT sədri Akif Nağıdan aldığı məlumata görə, onun başçılığı ilə bir qrup təşkilat fəalı cəbhə bölgəsinə yollanıb. Yaxın saatlarda QAT-ın bölgə nümayəndələrinin və ziyalıların da qatılacağı tədbir keçiriləcəyi gözlənilir.