Keçmiş müşavir Əli Kərimlidən uzaqlaşmasının səbəblərini açıqladı
Tarix: 6-08-2014, 11:50 | Çap et
AXCP sədrinin müşaviri, partiyanın Ali Məclisinin və Rəyasət Heyətinin üzvü Rəsul Mirhəşimli 1989-cu ildən üzv olduğu təşkilatdan istefa verib. Araşdırma zamanı bəlli olub ki, Əli Kərimlinin müşaviri partiyadan bir ay əvvəl istefa verib, lakin bu istefasını ictimailəşdirmək istəməyib. Dünən Rəsul Mirhəşimli suallarımıza cavab verib. O, əsasən istefasının səbəbi, bundan sonra atacağı addımlar, AXCP üzvlərinin ona münasibəti, partiyada olan mövcud münasibətlər və digər mövzularda fikirlərini açıqlayıb.
- Rəsul bəy, 1989-cu ildən bu yana AXC-nin, daha sonra AXCP-nin üzvü, partiya sədrinin müşaviri, Ali Məclisin nümayəndəsi olmusunuz. Hansı səbəblərdən AXCP-dən istefa verdiniz?
- Əslində, bu haqda danışmaq niyyətində deyiləm. Hesab edirəm ki, jurnalist fəaliyyəti ilə siyasi fəaliyyət bir-birinə uyğun gəlmir. Düzdür, bir jurnalist kimi mənim yazdıqlarım siyasi yazılar olmayıb, mən partiyanın mövqeyini əsaslandıran məqalələrlə çıxış etməmişəm, əsasən dini mövzularda yazmışam. Ancaq bütün hallarda jurnalistika ilə siyasi fəaliyyət bir araya sığışmır. Bu zaman istər-istəməz tərəf kimi çıxış etdirsən. Hesab etmişəm ki, bundan sonrakı fəaliyyətim siyasi olmamalıdır. Mətbuatı özümə doğma sayıram, iş yerim jurnalistikadır. Jurnalist kimi fəaliyyətimi davam etdirmək qərarını vermişəm.
- Demək istəyirsiniz ki, AXCP-dən getməyiniz siyasi səbəblərlə bağlı deyil?
- Hesab etmirəm ki, sırf siyasi məsələlərlə bağlıdır. Bundan sonra siyasi fəaliyyətdə hər hansı bir aktivlik, perspektiv olacağını da düşünmürəm. Bu mənim subyektiv fikrimdir. Perspektiv görmürəm. Əgər siyasi partiyalar ölkədəki siyasi proseslərə təsir imkanlarına malik deyillərsə, orda qalmağım öz-özümü aldatmaqdan başqa bir şey deyil.
- İstefanızda siyasi motiv varmı?
- Bundan sonra siyasi partiyaların perspektivinə inanmıram. Təsəvvür edin ki, müxalif siyasi partiyalar 20 ildir seçkilərdən əvvəl bir araya gəlir, birgə seçkilərə gedirlər. Seçkilərdən sonra isə aşağı səviyyəli sözlərlə bir-birlərini təhqir etməyə başlayırlar.
- Bu siyasi mədəniyyət məsələsi deyilmi?
- Əlbəttə, siyasi mədəniyyət məsələsidir. Əgər siz bir yerdə ola bilmirsinizsə, bu yaratdığınız siyasi bloklar nəyə lazımdır? Yox, əgər bir yerdə ola bilirsinizsə, seçkilərdən sonra bir-birinə qarşı ittihamlar, aşağı səviyyəli ifadələr kimə lazımdır? Bu kimi səbəblərdəndir ki, partiya sıraları getdikcə seyrəlir. Vaxt olub ki, bir müxalifət partiyasının 40 mindən çox üzvü olub, bu gün isə 10 min üzv partiyalarda fantastik rəqəm sayıla bilər. - Buna səbəb nədir? - Obyektiv səbəbləri də var. Əlbəttə, müxalifət partiyaları uzun illərdir fəaliyyət göstərir, bəzən çətin şərtlər altında mövcudluğunu qoruyur. Bütün bunlar perspektivə təsir edir. Ancaq həm də müxalifətdə olan partiyaların bir-birinə münasibəti məsələsi də var. Eyni zamanda siyasi partiya üzvləri özlərini xalqdan kənarda görürlər. “Kim bizim kimi düşünmürsə, bizə düşməndir” prinsipi demokratik düşərgəyə yaraşmayan haldır. Çünki bu bolşevizm prinsipidir. -
İstefanızdan əvvəl partiyada aparılan müzakirələr zamanı bu tənqidi fikirləri rəhbərliyə çatdırmısınız?
- Mənim imkanlarım məhdud olub. Rəyasət Heyətinin toplantılarında iştirak etmək hüququm olduğu təqdirdə iş rejimimə görə, iclaslara qatıla bilməmişəm. Həm də partiyanın qərargahı yox idi. Qərargah olduğu zaman bir-iki dəfə toplantıda iştirak etmişəm. Müntəzəm şəkildə deməsəm də, ayrı-ayrı vaxtlarda fəaliyyətlə bağlı iradlarım olub. Hətta məni müşavir təyin edəndə də, bəzi iradlarımı çatdırmışam. Arqumentlərimi gətirmişəm, sədr də öz aqrumentlərini söyləyib. Sonra da razılaşmışam və 2011-ci ilin noyabrında da müşavir təyinatına razılıq vermişəm. Ancaq tənqidlərimi də çatdırmışam. 2001-ci ildə partiyada siyasi fəaliyyətlə bağlı etirazımı bildirib Ali Məclisdən istefa vermişəm, amma AXCP sıralarını tərk etməmişəm. Bundan sonra isə düşünmüşəm ki, mənim siyasi fəaliyyətim əməli fəaliyyətimə uyğun gəlmirsə, siyasi fəaliyyətlə məşğul olmuramsa, siyasi partiyada qalmağımın əhəmiyyəti yoxdur.
- Partiyadan istefa verdikdən sonra sizə münasibət necə olub?
- Mən istefamı partiya rəhbərliyinə bildirmişəm. Partiya rəhbərliyində olan şəxslərdən bir neçəsi də təəssüfləndiyini deyib. Çalışmışam ki, istefadan sonra partiya üzvləri ilə münasibətləri qoruyub saxlayım. Demək olar ki, partiyanın geniş təbəqəsinin mənim istefamdan xəbəri yoxdur. Sosial şəbəkədə yazdığım statusa qədər çoxluq mənim istefamdan xəbərsiz idi. Partiyadakı fəaliyyətim şəffaf olub. Tutduğum post bu təşkilatın apardığı xəttə, mübarizəsinə xələl gətirməyib. İstefam da onlara xələl gətirməyəcək. Çünki mən özümü əvəzedilməz və həm də itirilmiş insan hesab etmirəm. Azərbaycanda dini anlayışı olan kifayət qədər insan var. Əgər məni partiyada əvəz etmək istəsələr əvəz edəcəklər, məsləhət görməsələr heç təyinatda olmayacaq. - Ancaq istefanızdan sonra sizi görüb salam verməyən, üzünü yan tərəfə çevirən keçmiş partiyadaşlarınız da olub...
- Bu şəxsi münasibətdir. Ola bilsin ki, 1989-cu ildən partiya üzvü olan və heç bir səbəb göstərmədən istefa vermək onlara təsir edib. Mən insanları qınamıram. Bir vaxtlar mənim də partiyanı tərk edənlərə münasibətim pis olub, buna kəskin etiraz etmişəm və s. Kimsə partiyada qala və hesab edə bilər ki, apardığı işə mənim istefam kölgə salır, opponentləri sevindirir və s. Bunu əsas gətirib mənimlə görüşmək istəməyənin canı sağ olsun. Salamı Allaha xatir verər və Allaha xatir də alarlar.
- Bizim cəmiyyətdə niyə partiyadan çıxmaq insanlıqdan çıxmaq kimi qiymətləndirilir? - Kimsə hesab edə bilər ki, adama partiya üzvü olduğuna görə salam verərlər. İnsanlar dünyəvi düşünür, bəzən çox materialist olurlar. Materializmin verdiyi fəsadlardan biri budur.
- Sizin yaxın ətrafınız demək olar ki, AXCP üzvlərindən ibarət idi. İstefanız bu baxımdan sizə mane olamayacaq ki?
- Mənim bütün ətrafım partiyaya bağlı deyildi. İnsanlarla siyasi mənsubiyyətə əsaslanıb münasibət qurmamışam. Normal münasibət bəslədiyim başqa siyasi partiya üzvləri, partiya üzvü olmayanlar, hətta hakim partiyanın təmsilçiləri, hakimiyyətdə olub mənimlə normal münasibətdə olanları var. Mənin siyasi mövqeyim onlara münasibətdə fərq yaratmayıb, eləcə də, onların əqidəsi mənimlə münasibətdə maneə yaratmayıb. İnsana insan olaraq dəyər vermək daha doğrudur.
- Partiyadan gedənə düşmən kimi baxmaq, ittihamlar irəli sürmək, satqındır demək günün reallığıdır. Siz bu kimi ittihamlara hazırsınızmı?
- Mən bütün ittihamları əsassız hesab edirəm. Partiyaya qarşı ittiham irəli sürmədən istefa vermişəm. Hesab edirəm ki, mənim siyasi fəaliyyət göstərmək imkanlarım minimum olduğundan partiya sıralarını tərk etmişəm. Əgər başqa cür hesab edirlərsə, bu ayrı məsələ. Ancaq biz partiya üzvü ola-ola satılanları görmüşük və bu gündə belə adamları bir çoxlarımız tanıyırıq. Bütün ittihamların qarşısına susqunluqla, cavab vermədən çıxmağa hazıram. Ancaq mən bütün ittihamları əsassız hesab edirəm. Hər kəsin etdiyini, bildiyini Allahdan yaxşı bilən yoxdur. Kim əsassız ittiham irəli sürəcəksə, şər edəcək. Bu fikirdə olanlar anlasınlar ki, dini baxımdan bu böhtandır və Allah qarşısında günah edirlər. Amma hesab etmirəm ki, belə ittihamlar olsun. Çünki olsaydı, indiyə qədər olardı. Mən bir aya yaxındır ki, partiya sıralarını tərk etmişəm. Ümid edirəm ki, mənə qarşı ittihamlar olmayacaq. Həm də diqqətlə baxsanız görərsiniz ki, mənim sosial şəbəkədə yazdığım statusların çoxunu elə AXCP üzvləri bəyəniblər. Odur ki, bütün ittihamlar yersizdir. Mənim onlara ən böyük arzum uğurlardır. AXCP Əbülfəz Elçibəyin adına bağlı, Azərbaycana müstəqillik qazandıran təşkilatdır. Bu təşkilatın ilk sədri Əbülfəz Elçibəy milli azadlıq hərəkatının lideri olub və öz siyasi karyerasında təmənnasızlıq simvolu ortaya qoyub.
- Siz Əbülfəz Elçibəy haqqında belə yüksək fikirlər səsləndirsəniz də, əslində AXCP-də Yurd-a yaxın şəxs kimi qəbul olunmusunuz...
- Bizim rayon işğal edildikdən sonra 1993-cü ildən sonra fəaliyyətimi Bakıda davam etdirmək məcburiyyətində qalmışam. İlk tanıdığım şəxslər Yurdun üzvü olub. Ancaq bu o demək deyil ki, Yurddan kənarda olan insanlarla münasibətim olmayıb. Mən AXC və daha sonra AXCP-də olduğum müddət başqa təşkilatın üzvü olmamışam. Hesab etmişəm ki, AXC 1995-ci ildə siyasi fəaliyyətini AXCP kimi davam etdirə, parlamentdə təmsil oluna bilər. Mən bu istiqamətdə fəaliyyət göstərmişəm. Mən Yurdun üzvü olmamışam. Olsaydım, bunu deyərdim. Düşünmüşəm ki, AXCP üzvü olduğun halda başqa bir ictimai təşkilatın üzvü olmamalıyam.
- Sizin Əli Kərimli ilə münasibətləriniz hansı səviyyədə olub?
- Partiyanın qərargahı olmadığı səbəbindən rəhbərliklə təmaslarım minimum şəkildə olub. Tədbirlərdə rastlaşmışıq. İlk təyin olunduğum müddətdə sədrin müşavirə tapşırıqları var idi. Ancaq mənim iş fəaliyyətim imkan verməyib ki, tapşırıqları yerinə yetirim. Əsas budur ki, siyasi fəaliyyətlə məşğul olmağa imkanım olmayıb. Əsasən iş yerində kompüter arxasında yazı redaktə etmişəm, xəbərlərə baxmaqla məşğul olmuşam. Siyasi fəaliyyət tamam arxa plana keçib. Mənim siyasi fəaliyyətimi davam etdirməyim ilk növbədə özümü aldatmaq idi. Amma normal münasibətlərimiz olub.
- Müxalifət düşərgəsində mövcud olan indiki durumu necə qiymətləndirirsiniz?
- Seçkidən sonra partiyaların bir-birinə qarşı ittihamları dayandırmaqla bağlı müraciətim olub. İttihamlara kəskin etiraz etmişəm. Ədalətsiz mövqe olanda iradımı bildirmişəm. İstəməmişəm ki, ittihamlar çoxalsın. Çünki ittihamlar çoxaldıqca xalqın bu partiyalara inamı azalır. Müxalifətdə bir yerdə ola bilməyən insanların hakimiyyətdə komandası necə formalaşa bilər? Ancaq müxalifətdə olan partiyaların bir-birinə qarşı fərqli mövqedə olmasının əsas səbəbi uğursuzluqdur. Məğlubiyyət yetim olur, ona heç kim sahib çıxmaq istəmir. Hər kəs də, bu uğursuzluğu bir-birindən görür. Yəqin uğur qazansaydılar, ittihamlar bu şəkildə geniş yayılmazdı.
- Siz AXCP-nin İctimai Palatada və Milli Şurada təmsil olunmasına qarşı olmusunuz?
- Mən İctimai Palatanın üzvü olmuşam. O zaman demişəm ki, Ərəb dünyasında baş verən proseslərin Cənubi Qafqaza təsiri ola bilməz. Çünki Yaxın Şərq başqa regiondur. Mən Milli Şura yaradılan zaman da hesab etmişəm ki, bu müxalifətin birliyinin yaradılması baxımından əhəmiyyətli hadisədir, amma qeyd etmişəm ki, Rüstəm İbrahimbəyov Azərbaycana gəlməyəcək, belə niyyəti də yoxdur. Vurğulamışam ki, bütün prosesi bir nəfərin üzərində qurmaq müsbət nəticə verə bilməz. Çünki biz bunu 2005-ci ildə Rəsul Quliyevin qayıdışı şousu zamanı yaşamışdıq. Seçkilərdən sonra da Milli Şuranın elə bir fəaliyyəti olmayıb. Müsavat bu qurumu tərk edib, bu gün Milli Şura iclas keçirmək üçün yer tapa bilmir və siyasi proseslərə təsir gücünə malik olmayan qurum halına çevrilib.
Teleqraf.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36 |
|
|
|
• “Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34 |
|
|
|
• Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32 |
|
|
|
• “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21 |
|
|
|
• ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15 |
|
|
|
• Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04 |
|
|
|
• “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03 |
|
|
|
• NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57 |
|
|
|
• Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49 |
|
|
|
• Vasif Talıbovun yaratdığı PROBLEM... HƏLƏ DƏ QALIR...
Bu gün, 09:48 |
|
|
|
• Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər - MÜJDƏ
Bu gün, 09:42 |
|
|
|
• Ermənistan ATƏT-ə missiya rəhbəri TƏYİN ETDİ
Bu gün, 09:39 |
|
|
|
• Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... - “Hraparak”
Bu gün, 09:37 |
|
|
|
• Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:32 |
|
|
|
• “İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” - QANUN BELƏ DEYİR...
Bu gün, 09:28 |
|
|
|
• Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi - SƏBƏB
Bu gün, 09:23 |
|
|
|
• "Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..." - Qarabağ qazisinə YAĞI MÜNASİBƏTİ?
Bu gün, 09:21 |
|
|
|
• Milli Məclisin vəzifəli şəxsi qəfil ürəktutmadan vəfat etdi - FOTO
Bu gün, 09:17 |
|
|
|
• Paytaxtda dilimizə sayğısızlıq -qanunu pozanlar niyə cəzalandırılmır?
Bu gün, 09:16 |
|
|
|
• Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına qoşulub
Bu gün, 09:15 |
|
|
|
• Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə AĞIR CƏZA
Bu gün, 09:13 |
|
|
|
• Ermənilər bu ölkənin torpaqlarını ələ keçirir – Hiyləgər plan etirazlara səbəb oldu
Bu gün, 09:11 |
|
|
|
• Nə üzlə gəlmişdi, nə sözlə getdi – Konqresmenin etdiklərinin bədəli
Bu gün, 09:10 |
|
|
|
• Bərdədə QOÇULUQ EDƏN KİMDİR? - GİLEY
Bu gün, 09:08 |
|
|
|
• Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var - İLGİNC FAKTLAR...
Bu gün, 09:00 |
|
|
|
• Göyçay sakini özbaşınalıqla ÜZ-ÜZƏ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:56 |
|
|
|
• Kəlbəcərin azad edilməsindən 4 il ötür - MƏQALƏ
Bu gün, 08:53 |
|
|
|
• Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:52 |
|
|
|
• "Mən hardan bilim ki bunlar dələduzluqda, yola verməkdə peşəkardırlar..." - NARAZILIQ VAR...
Bu gün, 08:51 |
|
|
|
• Xaçmazda problemlər BUNA GÖRƏ QALIR... - İLGİNC YANAŞMA...
Bu gün, 08:43 |
|
|
|
• Müştərisindən `Azercell`ə LAYİQLİ QİYMƏT - FOTO
Bu gün, 08:36 |
|
|
|
• Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri... - Ekspert danışır...
Bu gün, 08:30 |
|
|
|
• Müxalifətin aksiyası dağıdıldı - Tiflisdə SON DURUM
Bu gün, 08:24 |
|
|
|
• İlham Məmmədova ağır itki üz verib
Bu gün, 07:36 |
|
|
|
• Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? - AÇIQLAMA
Bu gün, 07:33 |
|
|
|
• 2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... - İNCƏLƏMƏ
Bu gün, 07:30 |
|
|
|
• Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək - "Bu sülh prosesini dalana salır"
Bu gün, 07:23 |
|
|
|
• "Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09 |
|
|
|
• Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04 |
|
|
|
• "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40 |
|
|
|
• Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34 |
|
|
|
• “Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31 |
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
|