İslam Partiyası Analitik İnformasiya Mərkəzi yaradıb
Tarix: 26-08-2014, 07:01 |
Çap et
Azərbaycan İslam Partiyasının mərkəzi qərərgahında keçirilən toplantıda Analitik İnformasiya Mərkəzinin yaradılması qərara alınıb. Yığıncaqda mərkəzin üzvləri, qarşıda duran vəzifələr, görüləcək işlər müəyyənləşdirilib.
Bu barədə Partiyanın mətbuat xidmətindən FaktXəbər-ə daxil olan məlumatda deyilir. Bildirilir ki, Mərkəzin ilk iclasında çıxış edənlər Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı mövcud durum, cəbhədə atəşkəs rejiminin tez-tez pozulması nəticəsində verdiyimiz itkilər, münaqişənin həlli ilə bağlı AİP-in prinsipial mövqeyi, Dini Qurumlarla İş üzrə Dövlət Kömitəsinin dini icmalarla əlaqədar çıxardığı son qərarlar barədə danışıb, təklif və rəylərini bildiriblər.
AİM-in toplantılarının hər həftənin şənbə günü keçirilməsini qərərlaşdıran partiya funksionerləri, eyni zamanda, mərkəzin daha effektiv fəaliyyətni təmin etmək üçün atılacaq mümkün addımları da müzakirə ediblər.