“Milli xəyanətkarların yeri “türmə”dir” – Deputat
Tarix: 27-08-2014, 13:00 |
Çap et
“Leyla Yunus və digər “hüquq müdafiəçiləri”nin həbsi ilə Azərbaycana qarşı ssenarilər cızan beynəlxalq dairələr də ifşa olundular”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Əlağa Hüseynov söyləyib.
Onun sözlərinə görə, xaricə emissarlıq edən qüvvələrin hansı məqsədlərə xidmət etdiyi bir daha aydın oldu: “Azərbaycan torpaqları işğal altındadır. Bir milyondan artıq soydaşımız məcburi köçkün həyatı yaşayır. Ermənilər Xocalıda misli görünməmiş vəhşiliyə imza atıblar. Bütün bunların fonunda işğalçı siyasətini bu gün də davam etdirirlər. Belə olan halda xalq diplomatiyası adı altında erməniləri mədh eləmək, onlardan məsum xalq obrazı düzəltmək, ermənilər haqqında qalaq-qalaq romanlar yazmaq yalnız milli xəyanətkarların işi ola bilər. Milli xəyanətkarların yeri isə “türmə”dir. Özünü azərbaycanlı adlandıran hər hansı vətəndaş öz ölkəsinin maraqlarını düşmən marağına satırsa, onun bizim aramızda olmağa nə mənəvi, nə də hüquqi haqqı yoxdur”.