BŞİH: Müsavat Partiyasının qurultayla bağlı müraciətinə baxılır
Tarix: 8-09-2014, 10:43 |
Çap et
“Müsavat Partiyasının qurultaya yer ayrılması ilə bağlı müraciətinə baxılır”.
Bunu APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov deyib.
Z.Ramazanov bildirib ki, Müsavatın sentyabrın 27-nə təyin etdiyi qurultayla bağlı müraciəti BŞİH-ə daxil olub və müraciətə yazılı surətdə cavab veriləcək.
O, müraciətə cavab veriləcəyi tarixin hələ ki, məlum olmadığını qeyd edib.