“Yunanıstan türk dünyası ilə açıq düşmənçilik edir”
Tarix: 17-09-2014, 11:04 |
Çap et
“Borçalı Cəmiyyəti” İctimai Birliyinin rəhbəri Zəlimxan Məmmədli Moderator.az-a açıqlamasında qondarma erməni soyqırımını tanıyan ölkələrlə iqtisadi əlaqələri kəsmək və ya məhdudlaşdırmaqla bağlı səslənən təklifləri şərh edib:
“Yunanıstan türk dünyası, xüsudilə Türkiyə ilə açıq düşmənçilk etməkdədir. Bu gərginliyin yaranmasının tatixi kökləri də vardır. Amma bu XXI əsrdə yunan siyasilərinin qondarma bir soyqırım tilovuna düşməsi anlaşılan deyil. Deməli, Yunanıstan Türkiyə Cumhuriyyəti ilə mehriban qonşuluq münasibətlərinin qurulmasında maraqlı deyil. Məncə bu tip, kifayət qədər qarışıq bir zamanda baş verən hadisə professional rəsmi siyasilərin işidir. Türkiyə və digər türk dövlətləri əvvəl öz aralarında vahid mövqeyə gələ bilib, müttəfiqlərini də bu prosesə qoşa bilsələr effektiv siyasi gediş olar və bəhrəli olar. Əks halda iqtisadi embarqo çağırışlarının popuşlist şüardan o yana təsirini görmürəm”.