Müsavatda “atəşkəs”: narazıların sayı azalır
Tarix: 26-11-2014, 10:24 | Çap et
Müsavat Partiyasının 23 noyabrda keçirilən ümumrespublika müşavirəsi partiya Divanında müzakirə olunub və müşavirə yüksək qiymətləndirilib. Bildirilib ki, müşavirə kütləvilik, partiyanın qarşısında duran vəzifələrin müzakirəsi, partiyadaxili demokratiyanın nümunəsi olmaq baxımından yüksək qiymətləndirilməlidir.
Ümumrespublika müşavirəsinin prosesə xeyli dərəcədə təsir göstərdiyi aradan keçən iki gündə özünü göstərir. Belə ki, artıq müşavirədən əvvəlki səviyyədə ajiotaj, hay-küy müşahidə olunmur, artıq mediada da və sosial şəbəkədə cəmi 2-3 nəfərin üsyankar mövqelərinə rast gəlmək olur.
Müşavirədən sonrakı günlərdə başqan Arif Hacılı ilə başqanlığa sabiq namizəd Tural Abbaslı arasında görüş olması, digər sabiq namizəd Qubad İbadoğlunun əvvəlki mövqeyinin nisbətən yumşalması müsbətə doğru dəyişikliyin əlamətləri hesab edilə bilər.
Müşavirədən keçən iki gün ərzində ən diqqətçəkən hadisə isə Müsavatın sabiq başqanı İsa Qəmbərin Almaniyada yaşayan qardaşı Rövşən Qəmbərin dünən özünün facebook səhifəsində başqan Arif Hacılıya müraciəti oldu. Müraciətdə deyilir: “Arif bəy, Müsavat Partiyasının qurultayında mənə on dəqiqəlik çıxışıma imkan yaranmadı. Hətta partiyadan çıxarıldığım inboksuma yazıldı. Təəssüf ki, nə zaman və hansı legitim qərara əsasən partiyadan çıxarılmağım haqda yazdığım məktublara cavab verilmədi. Bir daha partiya rəhbərliyindən suallarımın cavablandırılmasını istəyirəm. Bir daha bilmək istəyirəm ki, Skype və ya WhatsApp-la danışaraq mənim Müsavat Partiyasının üzvü olmağıma, təzadlı vəziyyətin aydınlaşmasına, partiyanın bölünməməsi istiqamətində ədalətsevər müsavatçıların legitim işbirliyinə aid suallarıma nə zaman cavab ala bilərəm?”
R.Qəmbər isə deyib ki, Müsavat Partiyasının bir neçə saatlıq qurultayında ona on dəqiqəlik çıxış etmək imkanı versəydilər, qurultay nümayəndələrini Qubad İbadoğluna səs verməyə çağıracaqmış. Qeyd edək ki, R.Qəmbər qurultaydan öncə müsavatçılara Qubad İbadoğluna səs vermələri üçün çağırış etmişdi.
R.Qəmbər onu da deyib ki, onu partiyaya bərpa etsəydilər başqanlığa namizədliyini verəcəkmiş: “Kimlərinsə mənim fikirlərimi eşitməkdənsə, partiyadan kənarlaşdırılmağımı izah etməyə çalışması məni məyus etdi. Təəssüf ki, nə zaman və hansı legitim qərara əsasən partiyadan çıxarılmağım haqda yazdığım məktublara cavab verilmədi”.
İsa Qəmbərin keçmiş müşaviri Hüseyn Məlik isə ümumrespublika müşavirəsindən sonra İsa Qəmbərə narazılığının artdığını özünün facebook səhifəsində yazıb. Bundan başqa, indiki başqana qarşı çıxış edən H.Məlik qeyd edib ki, həbsxanaya qədərki Arif Hacılı ilə həbsxanadan sonrakı Arif Hacılı tamam fərqlidir.
10 gün öncə Müsavat üzvlüyündən çıxarılan Səxavət Əlisoy isə qarşılaşdığı durumla barışa bilmədiyini bir daha facebook yazısında nümayiş etdirib. S.Əlisoy bu dəfə İsa Qəmbərə sual ünvanlayıb. S.Əlisoy İsa Qəmbərə sualında bildirib: “Arif Hacılıya Müsavat cameəsinin münasibətinin necə olduğunu gözəl bildiyiniz halda, nədən, siyasi reytinqinizi zərbə altına qoyaraq, onu müdafiə etdiniz? Siz vicdanınıza və şərəfinizə and içərək desəniz ki, Arif Hacılı seçkiləri halallıqla udub, cümlə Azərbaycan xalqının qarşısında şəxsinizdən üzr istəyərək, siyasətdən biryolluq çəkiləcəyimi bəyan edəcəm”.
Müsavat Partiyasından isə Səxavət Əlisoyun partiya üzvü olmadığı, onun və onun kimilərinin qiymətinin İsa Qəmbər tərəfindən verildiyi əsas göstərilərək ona heç bir cavab verilmədi. Müsavat Məclisinin üzvü Vurğun Əyyubun isə müşavirədən sonra da İsa Qəmbərə və partiya rəhbərliyinə qarşı davranışlarını davam etdirməsinə partiya başqanının müavini Elman Fəttah münasibət bildirib. E.Fəttah deyib ki, Vurğun Əyyubun davranışı Müsavatın nüfuzuna zərər vurur və yaxşı hal deyil: “Vurğun Əyyubun Müsavatın strukturlarını legitim hesab etməməsi məsuliyyətsiz yanaşmadır. O, uzun müddət Müsavat rəhbərliyində təmsil olunmuş və partiya strukturlarının qərarlarına əməl olunmasının önəmini bilən bir şəxsdir.
Bütün bunlara baxmayaraq, onun Müsavatın nüfuzuna zərbə vuracaq davranışlarını davam etdirməsi xoş hal deyil. Biz bu kimi fəaliyyətlərin davam etməsini istəmirik. Ancaq kimliyindən, nüfuzundan asılı olmayaraq, hər hansı bir üzv partiya qərarlarının icrasına sistemli maneçilik törədəcəyi, ona əməl etməyəcəyi halda nizamnamə qərarlarının qəbul edilməsinə zərurət yaranacaq. Müsavat rəhbərliyi partiya üzvlərinə qarşı tədbir görməyi planlaşdırmır, ancaq narazıların fəaliyyətləri sistemli şəkildə nizamnamə ilə ziddiyyət təşkil edəcəksə, bunlar bir gün müəyyən qərarlara səbəb ola bilər. Nizamnaməni, partiya rəhbərliyinin və ya strukturlarının qərarlarını tanımamaq, israrlı şəkildə bu məsələ ilə bağlı fəaliyyət Müsavatı parçalamaq istiqamətindəki fəaliyyət kateqoriyasına daxildir. Ona görə də partiya rəhbərliyi bu kimi halların qarşısını almaq istiqamətində, zərurət yaranarsa, nizamnamə çərçivəsində qəti qərarlar qəbul edəcək”.
Başqan müavini Qubad İbadoğlunun partiyada hər hansı vəzifədə təmsil olunmaq arzusu olacağı halda müzakirə ediləcəyini dedi: “Qurultaydan sonra Qubad İbadoğlu bəyanat vermişdi ki, nəinki özü, hətta tərəfdarları da heç bir seçkili orqanlarda iştirak etməyəcəklər. Əgər indi Qubad İbadoğlunun hər hansı vəzifədə təmsil olunmaq arzusu olarsa, istənilən vaxt Müsavat başqanı ilə görüşüb, bunu müzakirə edə bilər.
Qurultaydan sonra yaranmış narazılıqlarla bağlı kompromisin əldə olunmamasının əsas səbəbkarı qarşı tərəfdir. Müsavat rəhbərliyində təmsil olunanların şəxsinə yönələn təhqirlər heç bir halda cavablandırılmır. Yalnız partiyanın ümumi mənafeyinə yönəlmiş ittihamlar Müsavat rəhbərliyi tərəfindən cavablandırılır və bu davranışların dayandırılması tələb olunur. Kimlər ki, partiya nizamnaməsini sistemli şəkildə pozurlar və bunu davam etdirirlər, sözügedən şəxslərlə bağlı nizamnamə çərçivəsində qərarlar qəbul edilir". \\ musavat.com \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39 |
|
|
|
• MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29 |
|
|
|
• Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21 |
|
|
|
• “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19 |
|
|
|
• “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08 |
|
|
|
• “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06 |
|
|
|
• “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03 |
|
|
|
• Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01 |
|
|
|
• “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56 |
|
|
|
• Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54 |
|
|
|
• "Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52 |
|
|
|
• "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50 |
|
|
|
• Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48 |
|
|
|
• Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46 |
|
|
|
• COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37 |
|
|
|
• Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33 |
|
|
|
• Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31 |
|
|
|
• Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21 |
|
|
|
• Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20 |
|
|
|
• "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18 |
|
|
|
• Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01 |
|
|
|
• Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
|