"Əbülfəz Elçibəy Xomeyni haqqındakı sözünü geri götürdü" - Hacı Əbdül Meydandakı məxfi yığıncaqlardan danışdı
Tarix: 28-11-2014, 10:08 | Çap et
"Tövbə" Cəmiyyətinin sədri Hacı Əbdül əməkdaşımızla söhbətində 1988-ci ilin payızında başlanan Meydan hərəkatında özünün və rəhbəri olduğu təşkilatın iştirakı barədə maraqlı açıqlamalar verib. O, bəzi məqamlar barədə ilk dəfə danışdığını vurğulayıb. Hacı Əbdülün sözlərinə görə, hələ noyabrın 17-də indiki Azadlıq meydanında mitinqlər başlanmamışdan öncə Sabir bağındakı ilk mitinqi o, dostları ilə birgə təşkil edib:
"Hələ Meydan hərəkatı başlanmamışdı. Dəqiq tarixi unutmuşam. Amma xatirimdədir ki, bir axşam dostlarımla birgə bizim evdən bütün üzdə olan lider və fəallara zəng etdik ki, filan vaxtı, filan saatda Sabir bağına toplaşın. Hatəmi, Sabir Rüstəmxanlı, Zərdüşt, rəhmətlik Əbülfəz bəy, Nemət Pənahlıya və b. də biz zəng etmişdik və onlar mitinqə gəlmişdilər. Amma heç biri bilmirdi ki, onlara zəng edib çağıran kim olub. Bunu ilk dəfə sizə deyirəm. Mitinqə çağırışla bağlı kiçik bəyanat yazmışdıq. Əsas söhbət Qarabağdan, erməni təcavüzündən, yerli hakimiyyətin və Moskvanın ikiüzlü mövqeyindən gedirdi. Telefonda həmin bəyanatı həyəcanlı səslə oxuyub camaatı mitinqə çağıran indi də həyatda olan dostumuz Hacı Kərəm olmuşdu. Bəyanatı isə hazırda Rabitə Nazirliyində işləyən digər dostum Hacı Teymurla birgə yazmışdıq...
- Bəs Sabir bağında birinci kim çıxış etdi? - Dəqiq yadımda deyil. Birinci Sabir Rüstəmxanlı, ya Zərdüşt, ya da Hatəmi danışdı. Amma əvvəlcə heç kəs danışmağa risk etmirdi. Hamı gözləyirdi ki, mitinqə kim dəvət edibsə, yəqin, ilk çıxışı da özü edəcək... Sonra biz o vaxtkı Mərkəzi Komitə, indiki Prezident Aparatının qarşısına getdik, orda da çıxışlar oldu. Sonrasını unutmuşam: ordan Azadlıq meydanına getdik, yoxsa yox. Amma noyabrın 17-də artıq güclü mitinqlər başlayanda Meydana nəzarət edən əsas qüvvələrdən biri biz idik. Hamı şahiddi ki, Meydanı qoruyan, saxlayan tövbəkarlar idi. Yüzlərlə cavan "Tövbə" üzvü əl-ələ verib meydanı dairəyə alırdılar və içəri keçənlərin kimliyi ilə maraqlanır, şübhəli adamları buraxmırdılar. Vəzifəmiz Meydanı dağıtmaq, qarşıdurma, qarışıqlıq yaratmaq istəyən təxribatçıların qarşısını almaq idi. O zaman "Tövbə" çox güclü və nüfuzlu cəmiyyət idi. Yeganə təşkilatlanmış, nizam-intizamlı təşkilat, qüvvə idi. Hətta yadımdadı ki, meydanda Zərdüşt Əlizadə qardaşı Arazla birgə yanıma gəldi ki, sizin uşaqlardan verin, Xalq Cəbhəsi yaradaq...
- Hansı bayraqla girmişdiniz meydana? - Biz İslam rəmzi olan böyük yaşıl bir bayrağın altında girmişdik meydana. Yadımdadır ki, bir çıxışında rəhmətlik Elçibəy İran dini lideri Xomeyninin əleyhinə danışdı. Onda mən tərəfdarlarıma dedim ki, artıq bunlar həddini aşdılar, getdik. Beləliklə, biz getdik, Meydan nəzarətsiz qaldı. Sonra Etibar Məmmədov, Rəhim Qazıyev və digərləri yanıma gəldilər ki, Əbdül bəy, xahiş edirik, qayıdın Meydana. Cavab verdim ki, yalnız bir şərtlə gələ bilərik; Əbülfəz bəy Xomeyni haqqında dediyi sözü geri götürsün. Razılaşdılar və biz qayıtdıq meydana, Əbülfəz bəy də həqiqətən Xomeyni haqqındakı sözünü geri götürdü.
Meydanda birinci çadırı da biz qurmuşduq. Hər gün mitinq başlamamışdan öncə bizim palatkada yığıncaq olur və mitinqin ssenarisi müəyyənləşirdi; birinci çıxışa kim başlayacaq, nədən danışacaq, sonra kimlər çıxış edəcək və s. Bu işə də əsasən Məhəmməd Hatəmi nəzarət edirdi. Ancaq bəzən "Tövbə"nin özünün məxfi yığıncağı olanda heç Hatəmini də içəri buraxmırdıq. Deyim ki, o vaxt Hatəmi ilə çox yaxın olmuşuq...
- Həmin məxfi müşavirələrdə nədən danışırdınız? - "Tövbə"nin öz mübarizə xətti var idi. Meydanda təxribatların qarşısını almaq, Meydanın mühafizəsini, təhlükəsizliyini təmin etmək və s. barədə müzakirə aparırdıq.
- O vaxt Meydanın əsas liderlərindən olan Nemət Pənahlı ilə münasibətləriniz necə idi? - Nemət ilk günlər meydanda görünmürdü, sonradan fəallaşdı. Amma artıq rus qoşunlarının meydana girməsi barədə xəbər yayılan kimi Nemət qaçdı. Bunu biləndə uşaqlara tapşırdım ki onu tapın, tutun gətirin bura. Onu tutub gətirdilər və ona tapşırdıq ki, axıra kimi otur burda, Meydanı çətin vəziyyətdə qoyun qaçmaq olmaz...
- Bəs 1988-ci il dekabrın 4-dən 5-nə keçən gecə sovet əsgərlərinin Meydanı dağıtdığı vaxt orda olmuşdunuzmu? -Xeyr. Həmin gecə möhkəm yorulmuşdum yatıb qalmışdım.
- "Tövbə" üzvlərindən qalmışdı meydanda? - Bəli, üzvlərimizdən meydanda qalan, həbs edilənlər də olmuşdu...
- Hacı, hadisələrdən sonra Moskvadan gəlmiş Baş Prokurorluq və DTK müstəntiqləri Meydan hərəkatı ilə bağlı istiintaq apardılar. Sizi çağırmamışdılar ki? - Xeyr, məni istintaqa çağırmamışdılar...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39 |
|
|
|
• MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29 |
|
|
|
• Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21 |
|
|
|
• “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19 |
|
|
|
• “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08 |
|
|
|
• “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06 |
|
|
|
• “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03 |
|
|
|
• Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01 |
|
|
|
• “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56 |
|
|
|
• Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54 |
|
|
|
• "Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52 |
|
|
|
• "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50 |
|
|
|
• Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48 |
|
|
|
• Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46 |
|
|
|
• COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37 |
|
|
|
• Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33 |
|
|
|
• Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31 |
|
|
|
• Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21 |
|
|
|
• Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20 |
|
|
|
• "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18 |
|
|
|
• Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01 |
|
|
|
• Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
|