“Digər partiyaların Əli Həsənovla görüşdə iştirakında problem görmürük” - Mirmahmud Mirəlioğlu
Tarix: 12-12-2014, 09:44 |
Çap et
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin rəhbəri Əli Həsənovla dekabrın 13-də müxalif partiya təmsilçiləri ilə keçiriləcək görüşdə Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinə üzv olmayan partiyaların da iştirak edəcəui bəlli olub.
Bununla bağlı Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu görüşün bu formatda reallaşmasına qarşı olmadıqlarını bildirib:
“Qarşı tərəflə bu məsələ ilə bağlı hansısa məsləhətləşmə aparılmayıb. Buna ehtiyac da yoxdur. Biz ora hansısa partiya ilə deyil, konkret olaraq Əli Həsənovla görüşə gedirik. Əgər başqa partiyalar da iştirak etmək istəyirsə, buyurub iştirak edə bilər. Ola bilsin ki, Ə.Həsənov başqa hansısa partiyaların da iştirakını lazım bilib. Olsun, biz burda heç bir problem görmürük. Onu da vurğulayıram ki, bu dialoq yox, bu bir görüşdür. Ola bilsin ki, bu görüş əsnasında qarşı tərəflə müxalifətin geniştərkibli dialoqu ilə bağlı məsələ müzakirə olunsun və bununla bağlı hansısa razılıq əldə edilsin. Bu ehtimal da var”.