“Həyatımda Heydər Əliyevin rolu böyükdür” - İsa Qəmbərin qardaşı
Tarix: 13-12-2014, 10:31 |
Çap et
“Müxalifətdə olanda anlamasam da indi dərk edirəm ki, mənim həyatımda mərhum prezident Heydər Əliyevin də rolu böyükdür”.
Bu fikri Hafta.az-a açıqlamasında Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin Almaniyada yaşayan qardaşı Rövşən Qəmbər deyib. O bildirib ki, Almaniyada təhsil almasında H.Əliyevin rolu danılmazdır:
“Allahdan ona rəhmət diləyirəm. Ruhu şad olsun. Həyatımın dəyişməsində anamın, atamın, Heydər Əliyevin, Azərbaycan Neft-kimya institutunun rektoru İsmayıl İbrahimov və digər şəxslərin rolu böyükdür. 12 dekabr Heydər Əliyevin anım günü keçirilir. İstədim ki, onun haqqında mən də fikir söyləyim. Müxalifətçiliklə Azərbaycana çox da xidmət etmək olmur. Buna görə də xahiş edirəm ki, bütün Azərbaycan xalqı bu gündən başlayaraq bir il müddətində müxalifətçilik yox milli birlik nümayiş etdirsinlər. Beləliklə də Dağlıq Qarabağ problemimizi həll etmiş olarıq”.
Qeyd edək ki, bu ilin 12 dekabr tarixində mərhum prezident Heydər Əliyevin vəfatından 11 il ötdü.